“Vahid Sağlamlıq” mentorluq proqramı çərçivəsində tələbələrin mentorlarla görüşləri keçirilir
11 Noyabr 2026 17:31
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Vahid Sağlamlıq” mentorluq proqramı çərçivəsində seçilmiş tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi, peşəkar istiqamətləndirilməsi və praktiki təcrübələrinin artırılması məqsədilə onların fərdi profillərinə və maraq dairələrinə uyğun mentorlarla görüşləri keçirilir.
Proqramın 12 həftəlik ardıcıl və standartlaşdırılmış inkişaf modeli əsasında iştirakçılara qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı, eləcə də ictimai sağlamlıq sahələrini əhatə edən müvafiq bilik və təcrübələr aşılanır.
Görüşlər zamanı mentorlar tərəfindən tələbələrlə müvafiq sahələr üzrə aktual məsələlər, mövcud çağırışlar, qabaqcıl yanaşmalar və praktiki fəaliyyət istiqamətləri barədə müzakirələr aparılır. Eyni zamanda, tələbələrin nəzəri biliklərinin real iş mühitində tətbiqi, analitik düşünmə, problem həll etmə və peşəkar ünsiyyət bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir.
Mentorluq görüşləri ilə paralel olaraq texniki biliklərin dərinləşdirilməsi məqsədilə müvafiq ekspertlərlə müzakirələrin aparılması prosesi də həyata keçirilir.
Oxşar xəbərlər
RİTM - sahibkarlıq subyektləri üçün əlçatan təlim platforması - Video
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Rəqəmsal və İnnovativ Təlim Mərkəzi (RİTM) qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində müasir bilik və bacarıqların əldə olunması üçün yeni imkanlar yaradır. Rəqəmsal platforma sahibkarlar, qida ilə təmasda olan əməkdaşlar, tələbələr və mütəxəssislər üçün müxtəlif istiqamətlər üzrə təlimlərə məsafədən qoşulmaq imkanı təqdim edir. Xüsusilə regionlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektləri üçün əlçatan olan platforma qanunvericiliyin tələb etdiyi gigiyenik təlimlərdə iştirakı da asanlaşdırır. Təlimləri uğurla başa vuran iştirakçılar elektron rəsmi sertifikat əldə edirlər. Ətraflı linkə keçid edin:
“Qidanın Nəbzi”: Bazardan süfrəyədək qida təhlükəsizliyi - VİDEO
Hər gün alış-veriş etdiyimiz bazarlarda ərzaq məhsullarının təhlükəsizliyinə necə əmin ola bilərik? Məhsulların saxlanması, daşınması və satışı zamanı hansı tələblərə əməl olunmalıdır? “Qidanın Nəbzi” podkastının növbəti buraxılışında təhlükəsiz ərzaq bazarının əsas şərtlərindən, sahibkar və istehlakçıların məsuliyyətindən danışırıq.
AQTA nümayəndəsi Serbiyada keçirilən beynəlxalq təlimdə iştirak edib
Serbiyada Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatı (EPPO) tərəfindən “Zərərli orqanizmlərin prioritetləşdirilməsi və risk analizinin əsas elementləri” mövzusunda beynəlxalq təlim keçirilib. 24-dən çox ölkənin milli bitki mühafizəsi qurumlarının təmsil olunduğu tədbirdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bitki sağlamlığında risklərin və böhran vəziyyətlərinin idarə edilməsi sektorunun müdiri Vəfa Rüstəmova da iştirak edib. Təlim çərçivəsində zərərli orqanizmlərin coğrafi arealı və yayılma potensialının qiymətləndirilməsi, eləcə də mümkün iqtisadi və ekoloji təsirlərin təhlili məsələləri müzakirə olunub. Bununla yanaşı, EPPO-nun risk analizi metodologiyaları əsasında praktiki məşğələlər təşkil edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş