“Vətən müharibəsi”nin iştirakçıları və onların ailə üzvləri ziyarət olunub
17 İyul 2021 15:38
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun ötən il sentyabrın 27-də düşmən tapdağı altında olan torpaqlarımızın azadlığı uğrunda başladığı zəfər yürüşü 44 gün sonra qalibiyyətlə başa çatdı. Hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi, yenilməz Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Vətən müharibəsi zamanı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları da bu öz şərəfli vəzifələrini icra etmək üçün Azərbaycanın müzəffər Ordu sıralarına qatıldı.
Agentliyin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Qurban bayramı” günü münasibətilə Agentlik tərəfindən “Vətən müharibəsi”nin iştirakçıları və onların ailə üzvləri xüsusi karantin qaydalarına riayət edilməklə ziyarət olunub, rəhbərliyin diqqət və qayğısı onların nəzərinə çatdırılıb. “Vətən müharibəsi” iştirakçılarına, habelə ailə üzvləri döyüşlərdə şəhid olmuş və yaralanmış Agentlik əməkdaşlarının ailə üzvlərinə dəstək üçün ərzaq sovqatı hazırlanaraq paylanılıb.
Qeyd edək ki, “Vətən müharibəsi”ndə Agentliyin 22 nəfər əməkdaşı iştirak edib, onlardan bir çoxu “Şuşa, Cəbrayıl, Füzuli, Xocavənd, Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər və Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Agentliyin Həmkarlar İttifaqı Təşkilatı tərəfindən mütəmadi olaraq, işçilərin əmək şəraitinin yaxşılaşdırılması və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində bu cür tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş