“Wolt Market”də nöqsanlar aşkarlanıb
18 İyul 2023 14:48
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən “Volt Services Azərbaycan” MMC-yə məxsus olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Əcəmi Naxçıvani ev 103, giriş 3 ünvanında fəaliyyət göstərən “Wolt Market”də plandankənar yoxlama həyata keçirilib. Yoxlama zamanı marketdə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları müəyyən edilib. Belə ki, ticarət obyektinin satış vitrinlərində yararlılıq müddəti bitmiş hər biri 350 qr olan 2 ədəd “Ülkər” əmtəə nişanlı şokolad yağı və hər biri 1 litr olan 5 ədəd “Final” əmtəə nişanlı qarğıdalı yağı məhsulları aşkarlanıb. Satışı həyata keçirilən xardal məhsullarının etiket məlumatlarında istehsalçı tərəfindən həmin məhsulların 0 °C - +10 °C dərəcə temperaturda saxlanılmalı olduğu yazıldığı halda, vitrinlərdə +20.9 °C dərəcə temperaturda saxlanıldığı aşkar edilib. Satış zalında soyuducularda istifadəyə yararsız məhsullarla istehlaka yararlı məhsulların bir yerdə, həmçinin qida məhsullarının ara məsafə gözlənilmədən birbaşa döşəmə üzərində və çirklənmədən mühafizə olunmayacaq şəkildə saxlanıldığı müəyyən olunub. Satışı həyata keçirilən bir sıra dondurma məhsullarının etiket məlumatlarının Azərbaycan dilinə tərcümə edilmədiyi, eləcə də satış və anbar sahələrinin temperatur və rütubəti ölçən vasitələrlə təchiz olunmadığı aşkarlanıb. Ticarət obyektindən sifariş edilən qida məhsulları daşınan nəqliyyat vasitəsinə baxış keçirilən zaman termoboksun daxili temperaturunun +27 °C dərəcə olduğu (temperatur rejiminin pozulması) və mal qonşuluğu prinsipinə zidd olaraq qida məhsulları ilə qeyri-qida məhsullarının birlikdə daşındığı müəyyən edilib.
Aşkarlanan faktla bağlı protokol tərtib olunub. Eyni zamanda nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib və müvafiq tədbirlərin görülməsi üçün müddət təyin edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirləri bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısını alacaq.
Oxşar xəbərlər
Şadlıq saraylarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır - VİDEO
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən şadlıq saraylarında mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir. AQTA-nın Bakı Regional bölməsinin rəisi Elşad Cəbrayılov bildirib ki, şadlıq sarayları yüksək risk qrupuna aid qida obyektləridir. Bu səbəbdən obyekt rəhbərləri qida təhlükəsizliyi tələblərinə əməl olunmasını, xüsusilə mətbəxlərin sanitar-gigiyenik vəziyyətinin, işçilərin şəxsi gigiyenasının, qida məhsullarının daşınması, saxlanması və hazırlanması qaydalarının təmin edilməsini diqqətdə saxlamalıdırlar. Elşad Cəbrayılov kütləvi qidalanma xidmətləri göstərən obyektlərin rəhbərlərini qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə çağırıb. Daha ətraflı:
“Günəş” restoranının fəaliyyəti məhdudlaşdırılıb
Kürdəmir rayonunda yerləşən “Günəş” restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. Məclisdə istifadə olunan qida məhsulları toy sahibi tərəfindən restorana təqdim edilib. Araşdırma zamanı istehlaka təqdim olunan qida məhsullarından, restoranda qida ilə təmasda olan işçilərin əllərindən, bundan əlavə mətbəxdə olan səthlərdən, alət və avadanlıqlardan yaxma nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib. Araşdırma yekunlaşanadək “Günəş” restoranının fəaliyyəti məhdudlaşdırılıb.
Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Şagirdlərin qida məhsulunu alaraq istehlak etdikləri bufetdə yoxlama aparılıb, fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Yoxlama zamanı bufetdə satışa çıxarılan qida məhsullarından nümunələr götürülərək laboratoriyaya göndərilib. Araşdırmalar davam etdirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə Koordinatoru olacaq
Giriş