Xaçmazda Qəhvəyi mərmər bağacığına qarşı fitosanitar tədbirlər davam etdirilir
22 Oktyabr 2025 09:51
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən Qəhvəyi mərmər bağacığının populyasiya sıxlığının azaldılması və yayılmasının qarşısının alınması istiqamətində fitosanitar tədbirləri davam etdirir.
Bu çərçivədə Agentliyin Quba-Xaçmaz regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən Xaçmaz rayonunun Yalama kəndində növbəti maarifləndirmə tədbiri keçirilib.
Regional bölmənin əməkdaşları tərəfindən payız-qış mövsümündə zərərvericiyə qarşı aparılması zəruri mübarizə üsulları barədə kənd sakinlərinə ətraflı məlumat verilib, maarifləndirici çap materialları paylanıb. Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin aktiv iştirakının vacibliyi vurğulanıb.
Oxşar xəbərlər
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş