Xəzər rayonunda qənnadı məmulatlarının istehsalı müəssisəsinin fəaliyyəti dayandırılıb
5 Mart 2026 16:05
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 1A, m.1505 ünvanında fəaliyyət göstərən qənd və karamel emalı müəssisəsində yoxlama keçirib.
Müəssisədə emal prosesinin antisanitar şəraitdə həyata keçirildiyi müəyyən edilib. Həmçinin texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, istifadə edilən avadanlıqların korroziyaya uğradığı, anbar və emal sahəsinin təmirsiz olduğu və xammalların, hazır məhsulların saxlanma şəraitinə əməl olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və qida təhlükəsizliyi sahəsində digər tələblərin pozulduğu aşkarlanıb.
Məhsullardan nümunələr götürülərək mikrobioloji göstəricilərin yoxlanılması məqsədilə laborator müayinələrə cəlb edilib. Sınaq nəticələri bəlli olana kimi məhsulların dövriyyəsi qadağan olunub.
Nöqsanlar aradan qaldırılanadək müəssisədə qənd, karamel, kozinak, iris və s. konfetlərin emalı sahəsinin fəaliyyəti müvəqqəti dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Oxşar xəbərlər
“Alp Delux” şadlıq evində aparılan yoxlamanın görüntüləri təqdim edilib - Video
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, mediada “Alp Delux” şadlıq evində yoxlama aparılmaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
AQTA Gəncə, Daşkəsən və Samux məktəblərində qida təhlükəsizliyi ilə bağlı maarifləndirici görüşlər keçirib
Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən Gəncə şəhəri və Daşkəsən, Samux rayonlarında yerləşən ümumtəhsil müəssisələrində qida təhlükəsizliyi və sağlam qidalanmanın təşkili mövzusunda maarifləndirici görüşlər keçirilib. Məqsəd məktəb bufetlərində sanitar-gigiyenik qaydalara əməl olunmasını təmin etmək və şagirdlər arasında sağlam qidalanma vərdişlərini təşviq etməkdir.
AQTA sədri “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların II Beynəlxalq Forumu”nda iştirak edib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Caspian Agro 2026” sərgisi çərçivəsində keçirilən “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların II Beynəlxalq Forumu”nda iştirak edib. Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumda dövlət qurumlarının nümayəndələri, aqrar sektor üzrə ekspertlər, sahibkarlar və fermerlər iştirak ediblər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş