Yanvarın 1-dən qida məhsulları üzərində məlumatlarla bağlı yeni tələblər qüvvəyə minir
13 Oktyabr 2022 10:52
Məlum olduğu kimi, 1 yanvar 2023-cü ildən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanunda qida məhsullarının etiket məlumatları (markalama) ilə bağlı yeni tələblər müəyyənləşib. Etiketləmə tələblərinə dair əlavə müddəlar yeni qanunda yer alıb.
Yeni qanuna əsasən, məhsulun etiketi üzərində həmin qida məhsuluna xas olmayan təsir və ya xassələr göstərilməməlidir. Çünki qida məhsulu üzərində yalnış məlumatların yerləşdirilməsi istehlakçıların aldadılmasına, dolayısı ilə onların hüquqlarının pozulmasına gətirib çıxarır. Bu da son nəticədə insan sağlamlığı və həyatı üçün müəyyən problemlər yarada bilər.
Aparılan müşahidələr istehlak bazarında bu kimi halların mövcudluğunu üzə çıxarıb. Belə ki, bütün analoji qida məhsulları ilə eyni xassələrə sahib olduğu halda müəyyən bir qida məhsulunun xüsusi xassələrə malik olduğuna və tərkibində xüsusi inqrediyentlərin və ya qida maddələrinin mövcudluğu və ya olmamasına dair ifadələrin yer aldığı məhsullara rast gəlinir. Bu hal həmin məhsulların digər analoji məhsullardan daha üstün olması təəssüratı yaratmaqla, istehlakçılarda yanlış fikrin formalaşmasına gətirib çıxarır. “Qida təhlükəsizliyi haqqında” qanunda yer alan müvafiq tələb məhz bu kimi halların mövcudluğunu aradan qaldırmağa xidmət edir. Qanuna əsasən, sahibkarlıq subyektləri tərəfindən eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələr xüsusi xassələr kimi təqdim edilməməlidir.
Eyni zamanda qanunun qəbulu ilə qida məhsullarına “müalicəvi” kimi adların verilməsi ləğv ediləcək. Belə ki, hər hansı bir qida məhsulunun, o cümlədən mineral suyun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməsi və ya bu cür təəssürat yaradan ifadələrin qeyd edilməsi yeni qanunla qadağan edilib.
Oxşar xəbərlər
Narşərab emalı müəssisəsində yoxlama keçirilib
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 51A/2858A ünvanında fəaliyyət göstərən, fiziki şəxs İskəndərli Anar Həbib oğluna məxsus narşərab emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Müəssisədə emal edilən “Miraj” əmtəə nişanlı narşərab məhsulunun istehsalında mənşəyi bilinməyən nar şirəsindən istifadə edildiyi, həmçinin yoxlama zamanı məhsulun tərkibində rəngləyici qida əlavəsi müəyyən edilib. Eyni zamanda emal prosesinin həyata keçirilməsi üçün avadanlığın olmadığı və müvafiq sahənin ayrılmadığı, xammal və hazır məhsul anbarında havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi aşkarlanıb. Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Nöqsanlar aradan qaldırılanadək narşərab məhsulunun emalı dayandırılıb. Həmçinin “Miraj” əmtəə nişanlı narşərab məhsulunun satışının dayandırılması, dövriyyədən çıxarılması və məhsul partiyasının geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.
Salyanda “Aystore” marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan şəhəri, Bakı-Astara yolu 130-cu kilometr ünvanında yerləşən, fiziki şəxs Ələkbərova Bahar Ağasəf qızına məxsus “Aystore” marketdə yoxlama keçirib. İctimai iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, eləcə də temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib. İstifadə müddəti bitmiş istehlaka yararsız qida məhsulları və etiket məlumatlarında uyğunsuzluqlar olan saxta alkoqollu içkilər aşkarlanıb. Yoxlama zamanı həmçinin satışa çıxarılan qida məhsullarına dair müvafiq müşayiətedici sənədlər təqdim edilməyib. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsulların satışının qadağan olunması və dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Məhsullardan nümunələr götürülüb, araşdırmalar davam etdirilir.
Gəncədə fəaliyyət göstərən “Kəpəz-Bazar” ASC-yə məxsus bazarda nöqsanlar aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncə şəhərində yerləşən “Kəpəz-Bazar” ASC-yə məxsus ərzaq məhsullarının satışı bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulduğu məlum olub. Bazar ərazisində süd və süd məhsullarının, ət və ət məhsullarının açıq hava şəraitində antisanitar vəziyyətdə satıldığı və baytarlıq müşayiətedici sənədlərinin olmadığı, meyvə-tərəvəz və bitkiçilik məhsullarının satışının sanitar-gigiyenik normalara cavab verməyən yerlərdə həyata keçirildiyi, avadanlıqların, qida ilə təmasda olan piştaxtaların və rəflərin korroziyaya uğradığı, müvafiq təmizlik işlərinin aparılmadığı, çalışan şəxslərin gigiyena qaydalarına ciddi əməl etmədiyi aşkarlanıb. Bazarın daxilində yerləşən ticarət yerlərində də sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı müəssisənin hüquqi nümayəndəsi barədə inzibati pr
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş