YAP Binəqədi rayon təşkilatının AQTİ üzrə ərazi partiya təşkilatına seçkilər keçirilib
28 Oktyabr 2026 16:47
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş görüş keçirilib.
AQTİ-nin İdarə Heyətinin sədri Ramazan Nəbiyev çıxışında son illərdə ölkəmizdə bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlar, əldə olunan mühüm nailiyyətlər və qarşıda duran strateji hədəflər barədə ətraflı danışıb. O, ölkənin inkişaf prioritetləri çərçivəsində görülən tədbirlərin Azərbaycanın sosial-iqtisadi inkişafının sürətləndirilməsində, institusional potensialın gücləndirilməsində və ölkəmizin dayanıqlı inkişafının təmin edilməsində mühüm rol oynadığını vurğulayıb.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasətin milli maraqlara əsaslanan qərarlar, müasir yanaşmalar və qətiyyətli mövqe ilə səciyyələndiyini vurğulayıb.
Daha sonra AQTİ üzrə ərazi partiya təşkilatına yeni seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, təşkilatın sədri və sədr müavini seçilib.
Görüşdə ərazi partiya təşkilatının fəaliyyətinin bundan sonra da məsuliyyət, prinsipiallıq və yüksək təşkilatçılıq səviyyəsində davam etdiriləcəyinə, partiyanın nüfuzunun artırılmasına və qarşıya qoyulan hədəflərin reallaşdırılmasına töhfə verəcəyinə əminlik ifadə olunub.
Oxşar xəbərlər
İdentifikasiya sistemi üzrə təcrübə mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Macarıstanın Qida Zənciri Təhlükəsizliyi Qurumu arasında heyvan sağlamlığı sahəsində qanunvericilik və institusional təcrübənin öyrənilməsinə həsr olunmuş onlayn görüş keçirilib. Görüşdə Macarıstanda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin hüquqi və institusional əsasları, tətbiqi və idarə olunması mexanizmləri, mövcud vəziyyəti, izlənmənin təmin olunması və digər məsələlər barədə məlumatlar təqdim edilib. Eyni zamanda, heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, eləcə də heyvan mənşəli məhsulların izləniləbilənliyinin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
AQTA sədri Gəncə və Göygöldə qida emalı müəssisələrinə baxış keçirib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Gəncə şəhərində və Göygöl rayonunda yerləşən qida emalı müəssisələrinin fəaliyyəti ilə tanış olub. Baxış zamanı Gəncə şəhərinin Gülüstan qəsəbəsində fəaliyyət göstərən "Nurçin-2017" MMC-də, həmçinin Göygöl rayonunun Quşqara kəndində sahibkar Məzahir Balayevə məxsus müəssisədə qida məhsullarının emalı prosesi barədə məlumat verilib. Qida təhlükəsizliyi tələblərinin təmin olunmasının, eləcə də istehsal imkanlarının genişləndirilməsinin, tətbiq edilən texnologiyaların təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.
“Demetria” MMC-yə məxsus istixana təsərrüfatında sağlamlaşdırma tədbirləri keçirilib
Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkarlanması, yayılmasının qarşısının alınması və bitkiçilik məhsullarının fitosanitar təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzarət tədbirlərini davam etdirir. Agentliyin Dağlıq Şirvan regional bölməsinin əməkdaşları “Demetria” MMC-yə məxsus istixana təsərrüfatına baxış keçiriblər. İxracı nəzərdə tutulan məhsullardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkarlanıb. Virusun yayılmasının qarşısını almaq məqsədilə təsərrüfatda sağlamlaşdırma işləri aparılıb, müvafiq sanitariya və dezinfeksiya tədbirləri görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş