Yasamalda fəaliyyət göstərən satış obyektində yoxlama keçirilib
7 Avqust 2024 14:40
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi ev 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Hüseynov Qəzənfər Əlmövsüm oğluna məxsus meyvə və tərəvəz məhsullarının satışı obyektində plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları müəyyən edilib. Belə ki, meyvə və tərəvəz məhsullarının satışı obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi aşkarlanıb. Bundan başqa, obyektdə satışa təqdim edilən bəzi qida məhsullarının açıq hava şəraitində döşəmə və divardan ara məsafəsi gözlənilmədən saxlanıldığı müəyyən edilib. Həmçinin işçinin dövri olaraq tibbi müayinədən keçmədiyi, həmçinin, sanitar geyim və fərdi mühafizə vasitələrindən istifadə etmədiyi, gigiyenik təlimlərə cəlb olunmadığı, yuma çanaqlarının təmin olunmadığı müəyyən edilib.
Aşkar olunan uyğunsuzluqlarla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, məhdudlaşdırıcı qərar qəbul edilərək ticarət obyektində qida məhsullarının satışı üzrə işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş