“Yeganə Palace” şadlıq sarayında istehlaka yararsız məhsullar aşkarlanıb
25 İyun 2023 17:31
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının müdafiəsi, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Tədbirlər çərçivəsində Agentlik əməkdaşları tərəfindən Binəqədi rayonu, H.Əliyev küçəsi, 3024-cü məhəllədə fəaliyyət göstərən fiziki şəxs Əliyev Təmkin Rəhim oğluna məxsus “Yeganə Palace” şadlıq sarayında keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Belə ki, yoxlama zamanı müəssisədə müvafiq sənədləri olmayan, üzərində aşkar saxtakarlıq əlamətləri olan 27 ədəd 0,7 litrlik “Kremlin” əmtəə nişanlı, 4 ədəd 0,7 litrlik “Северная столица” əmtəə nişanlı, 5 ədəd 1 litrlik “Beluga” əmtəə nişanlı, 14 ədəd 0,7 litrlik “Булбашъ” əmtəə nişanlı, 79 ədəd 0,7 litrlik “Мънскъ” əmtəə nişanlı, 21 ədəd 0,7 litrlik “Босс” əmtəə nişanlı, 32 ədəd 0,7 litrlik “Almaz” əmtəə nişanlı, 7 ədəd 0,7 litrlik “Chivas Regal” və 12 ədəd 0,5 litrlik “Chivas Regal” əmtəə nişanlı spirtli içkilər aşkar edilib. Eyni zamanda mənşəyi məlum olmayan, orqanoleptik görünüşündə qaralma və istehlaka yararsız 24 kq sub məhsulu (qaraciyər, bağırsaq və s.), 19,8 kq balıq məhsulu, 80 kq piy və 250 kq ət, həmçinin çəkisi 20 kq olan son istifadə tarixi bitmiş “kartof fri” məhsulu aşkar edilib. Bundan əlavə, müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, dondurucularda istifadə müddəti bitmiş məhsullarla istehlaka yararlı məhsulların bir arada saxlanıldığı, işçi heyətin ilkin və dövri tibbi müəyinədən keçmədiyi müəyyən edilib.
Qeyd olunan məhsulların realizasiyasının qarşısı alınıb və dövriyyədən çıxarılıb, məhsullardan nümunə götürülərək təhlükəsizlik göstəricilərin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarına təqdim edilib.
Aşkarlanmış nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələri barədə ətraflı məlumat veriləcək.
Oxşar xəbərlər
Şadlıq saraylarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır - VİDEO
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən şadlıq saraylarında mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir. AQTA-nın Bakı Regional bölməsinin rəisi Elşad Cəbrayılov bildirib ki, şadlıq sarayları yüksək risk qrupuna aid qida obyektləridir. Bu səbəbdən obyekt rəhbərləri qida təhlükəsizliyi tələblərinə əməl olunmasını, xüsusilə mətbəxlərin sanitar-gigiyenik vəziyyətinin, işçilərin şəxsi gigiyenasının, qida məhsullarının daşınması, saxlanması və hazırlanması qaydalarının təmin edilməsini diqqətdə saxlamalıdırlar. Elşad Cəbrayılov kütləvi qidalanma xidmətləri göstərən obyektlərin rəhbərlərini qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə çağırıb. Daha ətraflı:
“Günəş” restoranının fəaliyyəti məhdudlaşdırılıb
Kürdəmir rayonunda yerləşən “Günəş” restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. Məclisdə istifadə olunan qida məhsulları toy sahibi tərəfindən restorana təqdim edilib. Araşdırma zamanı istehlaka təqdim olunan qida məhsullarından, restoranda qida ilə təmasda olan işçilərin əllərindən, bundan əlavə mətbəxdə olan səthlərdən, alət və avadanlıqlardan yaxma nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib. Araşdırma yekunlaşanadək “Günəş” restoranının fəaliyyəti məhdudlaşdırılıb.
Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Şagirdlərin qida məhsulunu alaraq istehlak etdikləri bufetdə yoxlama aparılıb, fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Yoxlama zamanı bufetdə satışa çıxarılan qida məhsullarından nümunələr götürülərək laboratoriyaya göndərilib. Araşdırmalar davam etdirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə Koordinatoru olacaq
Giriş