Yoluxucu heyvan xəstəlikləri ilə bağlı tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb
20 Fevral 2025 16:50
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Filippin Respublikasının Nueva Esica əyalətində, Niderland Krallığının Şimali-Hollandiya, Utrext əyalətlərində, Fransa Respublikasının O-de-Frans, Pei de la Luar regionlarında, Niger Respublikasının Tillaberi regionunda yüksək patogen quş qripi, Bolqarıstan Respublikasının Qabrovo, Sumen vilayətlərində kü isitməsi, Rusiya Federasiyasının İvanovo, Kostroma, Yaroslavl vilayətlərində xırdabuynuzlu heyvanların çiçək, Tunis Respublikasının Ben-Arous vilayətində dabaq, Rusiya Federasiyasının Mari-El Respublikasında isə qeydə alınmış Nyukasl xəstəliyi aradan qaldırılıb.
Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
Ölkədə at xəstəlikləri üzrə epizootoloji monitorinqlər keçiriləcək
Respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) mövcud olan atlar və digər təkdırnaqlı heyvanların xəstəlikləri üzrə epizootoloji vəziyyəti qiymətləndirmək üçün 2026-cı il 20-30 aprel tarixlərində monitorinqlər keçiriləcək. Monitorinqlər çərçivəsində sözügedən heyvanların həssas olduqları xüsusi təhlükəli xəstəliklər üzrə klinik müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək. Həmçinin təsərrüfatlara ümumi baxış keçiriləcək, baytarlıq norma və qaydalarına riayət olunması məqsədilə maarifləndirmə-təbliğat tədbirləri görüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin mütəxəssisləri iştirak edəcəklər.
Füzulidə “Mandarin” marketdə yoxlama zamanı nöqsanlar aşkar edilib
Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Füzuli rayonu, Horadiz şəhəri, 20 yanvar küçəsində fəaliyyət göstərən Kərimli Oqtay Seymur oğluna məxsus “Mandarin” marketdə yoxlama keçirilib. Yoxlama zamanı marketdə satış sahəsinin divar və tavan səthlərinin təmirli olmadığı, işçilərin soyunub-geyinməsi üçün otağın təşkil edilmədiyi, əllərin yuyulması üçün əl yuma çanağının təşkil edilmədiyi, təmizlik vasitələrinin saxlanması üçün ayrıca sahənin təşkil edilmədiyi, mexaniki və avtonom havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb. Nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Rotterdam Konvensiyası üzrə onlayn görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə “Təhlükəli kimyəvi maddələrin və pestisidlərin beynəlxalq ticarətində əvvəlcədən əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası” üzrə aidiyyəti məsul şəxslər arasında onlayn görüş keçirilib. Tədbir çərçivəsində Konvensiyanın əsas müddəaları və mexanizmləri, xüsusilə əvvəlcədən əsaslandırılmış razılıq (Prior Informed Consent - PIC) proseduru barədə təqdimat edilib. Eyni zamanda ölkəmizdə pestisidlərin qeydiyyatı, dövriyyəsinə nəzarət, 238 adda qadağan edilmiş və məhdudlaşdırılmış pestisidlərə dair təsiredici maddələrin siyahısının təsdiqi, eləcə də idxal-ixrac əməliyyatlarının tənzimlənməsi sahəsində tətbiq olunan yanaşmalar barədə məlumat verilib. Görüş zamanı Konvensiyanın öhdəliklərinin effektiv icrası, institusional mexanizmlərin formalaşdırılması və aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin təşkili məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş