Zaqatala və Balakənin 9 kəndində zərərvericiyə qarşı maarifləndirmə tədbiri keçirilib
20 Oktyabr 2025 11:21
Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin əməkdaşları Qəhvəyi mərmər bağacığına (Halyomorpha halys) qarşı maarifləndirici tədbirləri davam etdirir. Bu dəfə Balakən və Zaqatalanın 9 kəndinin sakinləri ilə görüşlər keçirilib. Sakinlərə zərərvericinin bitkilərə və kənd təsərrüfatına vurduğu ziyan, eləcə də payız-qış mövsümündə aparılmalı mübarizə tədbirləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, temperaturun aşağı düşməsi səbəbindən Qəhvəyi mərmər bağacığı aktivliyini itirərək yaşayış evlərinin, təsərrüfat binalarının, daş və taxta aralıqlarının, eləcə də digər isti sığınacaqların içərisində gizlənir. Görüşlər zamanı həmin gizlənmə yerləri əyani şəkildə sakinlərə göstərilir, zərərvericinin aşkarlanması və məhv edilməsi prosesi nümayiş etdirilib.
Maarifləndirmə tədbirlərinin məqsədi əhalini payız-qış dövründə aparılan mexaniki mübarizə işlərinə cəlb etmək, zərərvericinin növbəti vegetasiya mövsümündə artmasının qarşısını almaqdır.
Oxşar xəbərlər
Qida təhlükəsizliyinin 7 qızıl qaydası: HACCP prinsipləri
Qida məhsullarının təhlükəsizliyi müəssisələr üçün həm sağlamlıq, həm də etibar məsələsidir. HACCP-in 7 qızıl prinsipi bunun təmin olunmasının ən etibarlı yoludur.
Azərbaycandan Bolqarıstan və digər Aİ ölkələrinə fındıq ixracı məsələləri müzakirə olunub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Bolqarıstan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri arasında onlayn görüş keçirilib.
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş