Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı günlərində heyvan kəsimi və satışı fəaliyyətlərinə həsr olunmuş brifinq keçirib.
22 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və Litva Respublikasının Dövlət Qida və Baytarlıq Xidmətinin nümayəndələri arasında onlayn görüş olub.
“Qida təhlükəsizliyi sahəsində həyat və sağlamlığın qorunması məqsədilə risklərin idarə edilməsi üzrə qeyri-müəyyən subyektlər dairəsinə münasibətdə həyata keçirilən müvəqqəti tədbirlərin tətbiqi Qaydası” “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanıb.
21 iyun tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şirvan rayonunda bir sıra nöqsanlar aşkar olunub.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olan qurumlarda çalışan rəhbər vəzifəli şəxslər Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin mütəxəssisi tərəfindən “Liderliyin əsasları və idarəetmə” mövzusunda keçirilən onlayn təlimə qatılıb.
19-20 iyun tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 24 ticarət müəssisəsi, o cümlədən 1 aptek və 10 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 22 müəssisədə nöqsanlar müəyyən olunub.
28, 29 iyun tarixlərində bayramın müvafiq norma və qaydalar çərçivəsində təşkilinə dəstək verən nəzarət tədbirlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.
Qida məhsullarının zənginləşdirilməsi haqqında qərar Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun elmi əsaslandırılmış təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir və qida zənciri subyektləri üçün məcburi xarakter daşıyır
20 iyun tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhərində bir sıra nöqsanlar aşkar olunub.