Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
AQTA yerli istehsalçıların Çin bazarına çıxışını təmin etmək istiqamətində fəaliyyətini davam etdirir
AQTA yerli istehsalçıların Çin bazarına çıxışını təmin etmək istiqamətində fəaliyyətini davam etdirir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yerli istehsalçıların xarici bazarlara, xüsusilə də Çin bazarına çıxışını təmin etmək istiqamətində fəaliyyətini davam etdirir. Çinin milli qanunvericiliyinə əsasən, bu ölkəyə qida məhsulları ixrac edən xarici istehsalçı müəssisələrin CIFER (China Import Food Enterprises Registration) sistemi üzərindən qeydiyyatdan keçməsi məcburidir. Bu prosesdə AQTA Azərbaycan üzrə səlahiyyətli qurum qismində çıxış edir. Hazırda şərab, qənnadı məhsulları, meyvə-tərəvəz, un məmulatları və digər qida məhsullarının istehsalı ilə məşğul olan 66 müəssisə bu sistemdə qeydiyyatdan keçib. Qeydiyyat zamanı yarana biləcək texniki və inzibati məsələlərin operativ həlli məqsədilə AQTA-da xüsusi işçi qrup fəaliyyət göstərir və sahibkarlara metodiki dəstək göstərir. Bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə Agentliyin əməkdaşları və yerli sahibkarlar üçün CIFER sistemi ilə bağlı onlayn təlim təşkil olunub. Təlim çərçivəsində qeydiyyat prosedurları, müraciətlərin hazırlanması qaydaları, texniki tələblər və qarşıya çıxa biləcək məsələlərin həlli mexanizmləri barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

AQTA sədrinin müavini İstanbulda beynəlxalq forumda iştirak edib
AQTA sədrinin müavini İstanbulda beynəlxalq forumda iştirak edib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov İstanbulda keçirilən “Sıfır Tullantı Forumu 2026” çərçivəsində “Məhsul yığımından sonrakı itkilərin azaldılması – Qida təchizat zəncirində səmərəliliyin artırılması” mövzusunda keçirilən tədbirdə iştirak edib.  Tədbir çərçivəsində AQTA sədrinin müavini Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Ahmet Gümen ilə görüş keçirib. Görüş zamanı “Sıfır Tullantı” konsepsiyası çərçivəsində fikir mübadiləsi aparılıb, qida itkiləri və israfının azaldılması istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlər barədə məlumat verilib.  Tərəflər qida təhlükəsizliyinin təmin edilməsi, heyvan və bitki sağlamlığının qorunması, eləcə də qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi sahəsində əməkdaşlığın uğurla davam etdiyini qeyd ediblər. Qida təhlükəsizliyi nəzarətinə aid məhsullar üzrə iki ölkə arasında ticarət dövriyyəsində müşahidə olunan müsbət dinamika və bu istiqamətdə perspektivdə görüləcək işlər müzakirə olunub. Görüşdə heyvan mənşəli qida məhsullarının ixrac prosedurlarının sadələşdirilməsi, Azərbaycanda istehsal olunan süd və balıq məhsullarının, həmçinin sümük ununun Türkiyə bazarına ixracı ilə bağlı görülən işlər nəzərdən keçirilib. Bu məhsulların ixrac prosesinin sürətləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub. Eyni zamanda, iri və xırdabuynuzlu heyvanların identifikasiyası sahəsində fikir mübadiləsi aparılıb. Naxçıvan Muxtar Respublikasının əlverişli coğrafi mövqeyi və logistik imkanlarının regionun ixrac potensialının artırılmasında rolu da müzakirə mövzularından biri olub. Görüşün sonunda qarşılıqlı əməkdaşlığın bundan sonra da intensiv şəkildə davam etdirilməsinin vacibliyi vurğulanıb.

Video
Çinə ixrac imkanlarımız genişlənir - Real TV

Çinə ixrac imkanlarımız genişlənir - Real TV