Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Bakı Metropoliteni” QSC ilə əməkdaşlığı çərçivəsində əhalinin sıx istifadə etdiyi metro stansiyalarında “Erkən kəsimə son” adlı maarifləndirici kampaniyası ilə bağlı sosial çarx yerləşdirilib. Metronun “Sahil”, “İçərişəhər”, “28 May”, “Elmlər Akademiyası”, “Xətai” və “Nizami” stansiyalarında nümayiş olunan posterlərdə xüsusilə körpə və dişi quzuların 3–5 aylıq dövrdə kəsilməsinin yaratdığı mənfi nəticələr ictimaiyyətin diqqətinə çatdırılır. Kampaniyanın əsas məqsədi heyvandarlıqda davamlılığın qorunması, məhsuldarlığın artırılması və erkən kəsimin qarşısının alınması istiqamətində maarifləndirməni gücləndirməkdir. Qeyd edək ki, indiyədək təşəbbüsə millət vəkilləri, ictimai xadimlər və tanınmış blogerlər də qoşularaq kampaniyaya dəstək verib, quzuların erkən kəsiminin qarşısının alınmasının vacibliyini ictimaiyyətə çatdırıblar.
19 may tarixində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Nümayəndələri Assosiasiyasının 93-cü Ali Baş Sessiyası çərçivəsində FAO-nun EuFMD Komissiyası tərəfindən 10-cu Regional əməkdaşlıq görüşü keçirilib. Tədbirdə Azərbaycanın 2025-ci ildə “Avropada dabaq və digər oxşar transsərhəd heyvan xəstəlikləri ilə mübarizə üzrə Komissiya”nın (EuFMD) 41-ci üzv ölkəsi kimi təşkilata qəbul olunması xüsusi qeyd edilib. Ölkəmizin beynəlxalq bioloji təhlükəsizlik təşəbbüslərinə qoşulması və bu istiqamətdə həyata keçirdiyi tədbirlər iştirakçıların diqqətinə çatdırılıb. Görüş çərçivəsində xüsusi təhlükəli heyvan xəstəlikləri ilə bağlı ölkə hesabatları dinlənilib, regional əməkdaşlığın gücləndirilməsi, gələcək fəaliyyət istiqamətləri və birgə tədbirlər müzakirə olunub. Ölkəmizdə peyvəndləmə tədbirləri həyata keçirilməklə dabaq xəstəliyindən azad zonaların yaradılması istiqamətində görülən işlər tədbir iştirakçıları tərəfindən müsbət dəyərləndirilib və bu təşəbbüs regional biotəhlükəsizlik baxımından mühüm addım kimi qeyd olunub. Tədbirdə Azərbaycanın Komissiyanın üzvlüyünə qəbul olunması ilə bağlı xatirə tablosu AQTA- nın şöbə müdiri, ölkəmizin ÜHST-dəki nümayəndəsi Qalib Əbdüləliyevə təqdim edilib.
Azərbaycanın qida təhlükəsizliyi modeli əsasında Özbəkistan Respublikasında qida məhsullarına “tarladan süfrəyə” prinsipinə söykənən mərkəzləşdirilmiş qaydada nəzarətedici vahid orqan - Qida Təhlükəsizliyi Komitəsi yaradılıb. Bu ilin 12 may tarixində fəaliyyətə başlayan yeni qurum Karantin və Bitki Mühafizəsi Agentliyi, Baytarlığın İnkişafı Komitəsi və Sanitar-Epidemioloji Xidmətin müvafiq struktur bölmələrinin bazasında formalaşdırılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idmançılar və gənclər arasında sağlam, təhlükəsiz qidalanma vərdişlərinin formalaşdırılması, idman qidaları və bioloji aktiv qida məhsullarının düzgün istifadəsinin təşviqi məqsədilə “Doğru seçim, yüksək nəticə” adlı kampaniyasını davam etdirir. Layihənin növbəti qonağı Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qalibi, Avropa çempionu və dünya mükafatçısı Vüqar Talıbov olub. Tanınmış cüdoçu idmanla məşğul olan hər kəsə müraciət edərək bildirib ki, idmanda uğur yalnız güclü məşqlə deyil, sağlam seçimlərlə qazanılır:
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) peşəkar təlimçisi tərəfindən “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim təşkil olunub. Təlim zamanı qida ilə təmasda olan mütəxəssislərə qüvvədə olan qanunvericiliyin tələbləri izah edilib, bu qaydalara gündəlik fəaliyyət zamanı riayət etməyin vacibliyi xüsusi vurğulanıb. Təlimçi tərəfindən qida zəncirinin bütün mərhələlərində yarana biləcək risklər və onların qarşısının alınması üsulları iştirakçıların diqqətinə çatdırılıb. Xüsusilə şəxsi gigiyena qaydalarına əməl olunmasının qida təhlükəsizliyində həlledici rol oynadığı qeyd edilib.
Ölkəmizdə 27-28 may tarixlərində müqəddəs Qurban bayramı qeyd olunacaq. Bayram günlərində əhalinin sağlamlığının qorunması, ətraf mühitin çirklənməsinin qarşısının alınması və təhlükəsiz ət məhsulları ilə təminatın təşkili məqsədilə heyvan kəsimi və satışı prosesinə nəzarət gücləndiriləcək. Qurbanlıq heyvanların kəsimi yalnız xüsusi ayrılmış, müvafiq infrastrukturla təchiz olunmuş və sanitariya-gigiyena tələblərinə cavab verən məntəqələrdə həyata keçirilməlidir. Küçə, yol kənarı və məhəllələrdə qanunsuz və antisanitar şəraitdə aparılan kəsimlər xəstəliklərin yayılmasına şərait yaratdığı üçün yolverilməzdir. Bayram günlərində icra edilən hər bir kəsim prosesi insan sağlamlığı və ətraf mühitin qorunmasına yönəlməlidir. Müəyyən edilmiş qaydalara əsasən, heyvan kəsimi məntəqələrində fasiləsiz su təminatı təşkil edilməli, istifadə olunan bütün alətlər daim dezinfeksiya olunmalıdır. Proses zamanı yaranan tullantılar vaxtında və düzgün şəkildə ərazidən kənarlaşdırılmalıdır. Kəsimi həyata keçirən qəssablar mütləq xüsusi işçi geyimində fəaliyyət göstərməli və müvafiq tibbi yoxlamadan keçməlidirlər.
Parisdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Ümumdünya Nümayəndələr Assambleyasının 93-cü Baş Sessiyası işə başlayıb.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) səyyar qida laboratoriyası Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü (WUF13) Sessiyası çərçivəsində fəaliyyətini uğurla davam etdirir. Laboratoriyada tədbir zamanı istehlak olunan su və qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəriciləri operativ şəkildə yerində müayinədən keçirilir.
Milli Məclisin deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov “Erkən kəsimə son” kampaniyasını dəstəkləyir. Deputatın sözlərinə görə, dini ənənələrimizə əsasən, 6 aylıqdan aşağı quzuların qurbanlıq kimi kəsilməsi doğru hesab olunmur. O vurğulayıb ki, həm dini dəyərlər, həm də ərzaq təhlükəsizliyi baxımından bu məsələyə hər kəs həssas və məsuliyyətlə yanaşmalıdır.
Qida Təhlükəsizliyi Agentliyinin “AQTA hara baxır?” layihəsinin yeni buraxılışında qida zəncirinin müxtəlif mərhələlərində həyata keçirilən sağlamlaşdırma tədbirlərindən bəhs olunur. Materialda heyvan və ərzaq bazarlarında, eləcə də istehsal müəssisələrində aparılan sağlamlaşdırma işlərinin qida təhlükəsizliyinin təmin olunmasındakı rolu diqqətə çatdırılır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idmançılar və gənclər arasında sağlam, təhlükəsiz qidalanma vərdişlərinin formalaşdırılması, idman qidaları və bioloji aktiv qida məhsullarının düzgün istifadəsinin təşviqi məqsədilə “Doğru seçim, yüksək nəticə” adlı kampaniyasını davam etdirir.
Qurbanlıq heyvanların kəsimi zamanı bir sıra baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə ciddi əməl olunmalıdır. Azərbaycan Respublikasında bu sahə “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” sərəncama uyğun olaraq nəzarətdə saxlanılır və qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində mütəmadi tədbirlər görülür. Qurban bayramı günlərində heyvanların kəsimi və satışı yalnız aidiyyəti dövlət qurumlarının müəyyən etdiyi xüsusi məntəqələrdə həyata keçirilməlidir. Küçələrdə, yol kənarlarında, məhəllələrdə və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, həmçinin baytarlıq şəhadətnaməsi olmadan heyvanların daşınması yolverilməzdir.
Giriş