14 avqust tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Gədəbəy rayonunda fəaliyyət göstərən 7 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
14 avqust tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 5 ticarət müəssisəsi, 6 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 6 müəssisədə nöqsanlar müəyyən olunub.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) “Açıq qapı” layihəsi davam edir. Layihə çərçivəsində xaricdə fəaliyyət göstərən ali məktəblərdə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı ixtisasları üzrə təhsil alan Azərbaycandan olan bir qrup tələbə AQTİ laboratoriyalarında olub.
AQTİ-nin bitki sağlamlığı istiqamətində fəaliyyət göstərən Mərkəzi Fitosanitar Laboratoriyası, həmçinin bu laboratoriyanın Meyvəli Karantin Ekspertiza bölməsi, eləcə də Tovuz Regional Sınaq Laboratoriyası və Xaçmaz Regional Sınaq Laboratoriyası Rusiya Federasiyasının "Ümumrusiya Bitki Karantini Mərkəzi" Federal Dövlət Büdcə Təşkilatı tərəfindən təşkil olunan laboratoriyalararası səriştəlilik sınaqlarına qatılaraq uğurlu nəticələr əldə edib.
“Volt Azərbaycan” MMC-yə məxsus qida məhsullarının çatdırılması (daşınması) müəssisəsində aparılmış planlı yoxlama çərçivəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulması faktları aşkarlanıb.
11 avqust tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Tovuz, Qazax, Xaçmaz rayonlarında fəaliyyət göstərən 15 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
11 avqust tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 11 ticarət müəssisəsi və 10 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 9 müəssisədə nöqsanlar müəyyən olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 6 iyun və 22 iyun tarixli müvafiq sərəncamlarına əsasən, qida təhlükəsizliyi sahəsində və dövlət qulluğunda səmərəli fəaliyyəti ilə əlaqədar “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşlarına mükafatları təqdim olunub.
10 avqust tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Tovuz, Masallı rayonlarında fəaliyyət göstərən 18 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
10 avqust tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 19 ticarət müəssisəsi və 4 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 11 müəssisədə nöqsanlar müəyyən olunub.