Parisdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Ümumdünya Nümayəndələr Assambleyasının 93-cü Baş Sessiyası işə başlayıb.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) səyyar qida laboratoriyası Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü (WUF13) Sessiyası çərçivəsində fəaliyyətini uğurla davam etdirir. Laboratoriyada tədbir zamanı istehlak olunan su və qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəriciləri operativ şəkildə yerində müayinədən keçirilir.
Milli Məclisin deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov “Erkən kəsimə son” kampaniyasını dəstəkləyir. Deputatın sözlərinə görə, dini ənənələrimizə əsasən, 6 aylıqdan aşağı quzuların qurbanlıq kimi kəsilməsi doğru hesab olunmur. O vurğulayıb ki, həm dini dəyərlər, həm də ərzaq təhlükəsizliyi baxımından bu məsələyə hər kəs həssas və məsuliyyətlə yanaşmalıdır.
Qida Təhlükəsizliyi Agentliyinin “AQTA hara baxır?” layihəsinin yeni buraxılışında qida zəncirinin müxtəlif mərhələlərində həyata keçirilən sağlamlaşdırma tədbirlərindən bəhs olunur. Materialda heyvan və ərzaq bazarlarında, eləcə də istehsal müəssisələrində aparılan sağlamlaşdırma işlərinin qida təhlükəsizliyinin təmin olunmasındakı rolu diqqətə çatdırılır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idmançılar və gənclər arasında sağlam, təhlükəsiz qidalanma vərdişlərinin formalaşdırılması, idman qidaları və bioloji aktiv qida məhsullarının düzgün istifadəsinin təşviqi məqsədilə “Doğru seçim, yüksək nəticə” adlı kampaniyasını davam etdirir.
Qurbanlıq heyvanların kəsimi zamanı bir sıra baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə ciddi əməl olunmalıdır. Azərbaycan Respublikasında bu sahə “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” sərəncama uyğun olaraq nəzarətdə saxlanılır və qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində mütəmadi tədbirlər görülür. Qurban bayramı günlərində heyvanların kəsimi və satışı yalnız aidiyyəti dövlət qurumlarının müəyyən etdiyi xüsusi məntəqələrdə həyata keçirilməlidir. Küçələrdə, yol kənarlarında, məhəllələrdə və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, həmçinin baytarlıq şəhadətnaməsi olmadan heyvanların daşınması yolverilməzdir.
Parisdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Baş Qərargahında İdarəetməyə Nəzarət Komitəsinin 10-cu görüşü keçirilir. Komitənin işində ölkəmizi AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri Qalib Əbdüləliyev təmsil edir. Tədbirin gündəliyinə dünya heyvan sağlamlığı sistemində aparılacaq islahatların planı, “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində insan-heyvan-ətraf mühit sağlamlığının qorunması, qida təhlükəsizliyi, həmçinin maliyyələşmə və idarəetmədə rəqəmsallaşmanın genişləndirilməsi məsələləri daxildir.
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən “Milli Monitorinq Planı”na uyğun olaraq Zirə, Hövsan, Binə və Maştağa qəsəbələrində yerləşən pomidor və müxtəlif meyvələr yetişdirilən istixanalarda, eləcə də meyvə bağlarında monitorinqlər həyata keçirilib. Monitorinqlər çərçivəsində bitkilərin inkişaf mərhələsi, xəstəlik və zərərvericilərin yayılma ehtimalı, həmçinin fitosanitar vəziyyət yerində qiymətləndirilib, mövcud risklər təhlil olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyaya işgüzar səfər çərçivəsində Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert ilə görüş keçirib. Görüş zamanı cari il ərzində Azərbaycan Respublikasından Rusiya Federasiyasına kənd təsərrüfatı məhsullarının ixracının daha da artırılması və ixrac proseslərinin sadələşdirilməsi imkanları nəzərdən keçirilib.
Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Adəm İsgəndərov tərəfindən Türkiyədən idxal olunan (11.11.2025-11.01.2028-ci il istehsal və son istifadə tarixli), “Tocura İlaç Sanayi Ve Ticaret A.Ş” müəssisəsinin istehsalı olan 3025 ədəd “Exnabet” əmtəə nişanlı, eləcə də “Ren Farm" MMC-nin İtaliyadan idxal etdiyi (01.11.2025-01.11.2027-ci il istehsal və son istifadə tarixli) “Alsa Lab SRL” müəssisəsinin istehsalı olan 3047 ədəd “Deluar Drops” bioloji aktiv qida məhsullarından Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Multimedia
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Çinə ixrac imkanlarımız genişlənir - Real TV
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş