Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli sentyabrın 26-sı saat 15:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 70) 405 01 85 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla sentyabrın 25-dək qəbula yazıla bilərlər.
Kütləvi tədbirlər zamanı iştirakçıların qidalanmasının təhlükəsiz və mövcud tələblərə uyğun təşkili Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən təmin edilir. Bu çərçivədə qidalanmanı təşkil edəcək keytrinq müəssisələrinin rəhbərləri ilə görüş keçirilib. Görüşdə qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ tələblər bir daha sahibkarların diqqətinə çatdırılıb, keytrinq şirkətləri tərəfindən görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib. Bundan əlavə, qida məhsullarının keyfiyyəti və təhlükəsizlik tələblərinə uyğunluğu, onların düzgün daşınması və saxlanma şəraiti, həmçinin personalın gigiyenik hazırlığı ilə bağlı əlavə tövsiyələr təqdim edilib.
Haşimoto qalxanabənzər vəzin xroniki iltihabi xəstəliyidir. Mütəmadi olaraq hormonlara nəzarət etməklə xəstəliyi stabil saxlamaq mümkündür. Lakin bəzi elmi əsaslı qidalanma yanaşmaları ilə xəstəliyin gedişatını yüngülləşdirmək və simptomları azaltmaq mümkündür. Haşimoto xəstələri üçün faydalı hesab edilən qidalar arasında zülal mənbələri, sağlam yağlar, kompleks karbohidratlar, lif və antioksidantlar, fermentləşdirilmiş qidalar, həmçinin selenium, sink və dəmir baxımından zəngin məhsullar yer alır. Şirin içkilər, ağ un məmulatları, “fast food”, artıq miqdarda süd məhsullarından istifadədən isə uzaq durmaq məsləhətdir. Daha ətraflı məlumat üçün videoya keçid edin!
Qida Təhlükəsizliyi Agentliyi kütləvi tədbirlər zamanı qidalanmanın təşkilinə nəzarət və tənzimləmə tədbirləri ilə əlaqədar hazırlıq işlərini davam etdirir. Tədbirlər çərçivəsində Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları Gəncə şəhəri və Göygöl rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektlərinin qida təhlükəsizliyi sahəsində qiymətləndirilməsi məqsədilə monitorinqlər həyata keçirib. Bəzi ictimai iaşə müəssisələrində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb, nöqsanların aradan qaldırılması ilə bağlı məsul şəxslərə icrası məcburi göstərişlər verilib.
Daxil olan vətəndaş şikayəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən, “Lalə Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi”nə məxsus “Lalə” kafesində yoxlama keçirib. Baxış zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin döşəmə, divar, tavanın və işçi masaların asan yuyula bilən, korroziyaya davamlı materialla üzlənmədiyi, havalandırma və drenaj sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafedə işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib, sahibkar barəsində inzibati protokol tərtib olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib. Ötən həftə ərzində dünya üzrə blutanq, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi və yüksək patogen quş qripi ilə bağlı yeni xəstəlik halları aşkar olunub. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib. Videoməlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:
Kütləvi tədbirlər zamanı istehlakçılara sağlam və təhlükəsiz ictimai iaşə xidmətlərini göstərmək üçün həmin müəssisələrdə qida məhsullarının daşınmasına dair tələblərə riayət olunmalıdır. Belə ki, qida məhsullarının daşınması zamanı keyfiyyət və təhlükəsizlik tam şəkildə qorunmalıdır. Tez xarab olan məhsullar yalnız xüsusi qablarda və temperatur şəraiti olan avadanlıqlarda saxlanmalı və daşınmalıdır. Qida məhsulları hazırlanarkən düzgün bişirilmə temperaturuna riayət edilməlidir. Dondurulmuş qida məhsullarının donunun açılması proseduru patogen mikroorqanizmlərin artımı və ya qidada toksinlərin əmələ gəlməsinə imkan verməyən şəraitdə həyata keçirilməlidir. Donu açılan qida məhsulları təkrar dondurularaq istifadə olunmamalıdır. Mövzu ilə bağlı hazırlanmış videonu linkdən izləyə bilərsiniz:
Daxil olan müraciət əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Qurbanov Asif Yusif oğluna məxsus süd məhsullarının emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı emal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Süd məhsullarının saxlanma şəraitinə əməl olunmadığı, mütəmadi olaraq təmizlik işlərinin görülmədiyi, yuma sahəsində tullantı və digər materialların saxlandığı, temperatura nəzarət cihazının yerləşdirilmədiyi və digər nöqsanlar aşkarlanıb. Həmçinin anbarda minimum keyfiyyət və təhlükəsizliyinə dair müşayiətedici sənədləri, etiket və markalanması olmayan şor, dovğa, xama, kəsmik məhsulları aşkarlanıb. Nümunələr götürülərək müayinələrə cəlb olunub. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin əməkdaşları tərəfindən cari ilin 8 ayı ərzində keçirilən yoxlamalar zamanı 41 ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Bunlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 7 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Həmin müəssisələrdən 3-ü tam sağlamlaşdırılaraq, yəni obyektin qida təhlükəsizliyi tələblərinə uyğunluğu təmin edilərək fəaliyyəti bərpa olunub, 4-də isə müvafiq tədbirlər görülməkdədir. Sözügedən müəssisələr aşağıdakılardır:
Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Aran regional bölməsinin əməkdaşları tərəfindən cari ilin 8 ayı ərzində keçirilən yoxlamalar zamanı 53 ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Bunlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 9 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Həmin müəssisələrdən 6-sı tam sağlamlaşdırılaraq, yəni obyektin qida təhlükəsizliyi tələblərinə uyğunluğu təmin edilərək fəaliyyəti bərpa olunub, 3-də isə müvafiq tədbirlər görülməkdədir. Sözügedən müəssisələr aşağıdakılardır:
Multimedia
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Çinə ixrac imkanlarımız genişlənir - Real TV
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş