“Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” layihəsi barədə məlumat
19 May 2023 10:28
Layihənin adı: “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi”
Layihənin məqsədləri: Layihəninin ümumi məqsədi qida və yemlərin təhlükəsizliyinin artırılmasına töhfə vermək və təkmilləşdirilmiş sanitar və fitosanitar standartlara uyğun ixrac imkanlarını genişləndirməkdir.
Layihənin xüsusi məqsədi bitki mənşəli qida və yemlər üzrə sanitar və fitosanitar qanunvericiliyin təkmilləşdirilməsi və həyata keçirilməsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə dəstəyin göstərilməsidir.
Layihənin icra müddəti: Layihənin icra müddəti 27 aydır (24 ay layihənin həyata keçirilməsi və 3 ay bağlanma dövrü).
Layihənin büdcəsi: Qrant üçün maksimum büdcə 1,500,000 avrodur .
Layihə aşağıdakı 4 komponentdən ibarətdir:
Komponent 1. – Qida təhlükəsizliyi qanunvericiliyi:
Nəticə. Milli qida qanunvericiliyinin Avropa İttifaqi qanunvericiliyinə daha da uyğunlaşdırılmışdır.
Komponent 2. - Bitki mühafizə vasitələrinə nəzarət və bazara çıxarılmasına icazə:
Nəticə. Bitki mühafizə vasitələrinə nəzarət və onların bazara çıxarılmasına icazə sistemi qanunvericilik çərçivəsində hazırlanır və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiqlənir.
Komponent 3. - 1 və 2-ci komponentlər üzrə təkmilləşdirilmiş qanunvericilik əsasında qalıq monitorinq proqramlarının hazırlanması:
Nəticə. Bitki mənşəli məhsullarda pestisid qalıqları, ağır metallar, miktoksinlər və digər arzuolunmaz/qadağan olunmuş maddələr üzrə (ixrac üçün nəzərdə tutulan məhsullar əsas götürülməklə) monitorinq proqramları hazırlanmış, AQTA səviyyəsində təsdiq edilmiş və həyata keçirilməsində dəstək göstərilmişdir.
Komponent 4. - İT əsaslı fitosanitar informasiya sisteminin məlumat bazası:
Nəticə. İT əsaslı fitosanitar informasiya sistemi hazırlanmış və AQTA tərəfindən təsdiqlənmişdir.
Oxşar xəbərlər
“Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi haqqında məlumat
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsində fəal iştirakını davam etdirməkdədir. Bununla əlaqədar bildiririk ki, əsas məqsədi istifadəyə yararsız pestisid ehtiyatlarından və çirklənmiş sahələrdən davamlı üzvi çirkləndiricilərin (DÜÇ) ətraf mühitə ötürülməsini azaltmaq və pestisidlərin düzgün idarə edilməsi üçün potensialı gücləndirmək olan adıçəkilən layihənin icrasına 2019-cu ilin may ayında başlanılıb və 2022-ci ilin oktyabr ayına qədər davam etməsi nəzərdə tutulur.
FAO-Türkiyə əməkdaşlıq Proqramı çərçivəsində “Milli qida təhlükəsizliyi sistemlərinin təkmilləşdirilməsi və regional əməkdaşlıq” layihəsi haqqında məlumat
Layihənin simvolu: GCP/RER/062/TUR İştirakçı ölkələr: - Azərbaycan Respublikası - Türkiyə Respublikası - Qırğızıstan Respublikası - Moldova Respublikası - Tacikistan Respublikası
“Kənd təsərrüfatında rəqabətliliyin artırılması” (Agricultural Competitiveness Improvement Project) layihəsi
Dünya Bankının (DB) Azərbaycanda həyata keçirdiyi “Kənd təsərrüfatında rəqabətliliyin artırılması” layihəsi (Agricultural Competitiveness İmprovement Project) DB Direktorlar Şurası tərəfindən 2013-cü ilin sentyabr ayında təsdiqlənmiş, 2020-ci ilin iyun ayının sonunadək başa çatdırılması nəzərdə tutulsa da, layihənin icra müddəti 2021-ci ilin dekabr ayınadək uzadılmışdır.