“Kənd təsərrüfatında rəqabətliliyin artırılması” (Agricultural Competitiveness Improvement Project) layihəsi
19 May 2023 10:17
Dünya Bankının (DB) Azərbaycanda həyata keçirdiyi “Kənd təsərrüfatında rəqabətliliyin artırılması” layihəsi (Agricultural Competitiveness İmprovement Project) DB Direktorlar Şurası tərəfindən 2013-cü ilin sentyabr ayında təsdiqlənmiş, 2020-ci ilin iyun ayının sonunadək başa çatdırılması nəzərdə tutulsa da, layihənin icra müddəti 2021-ci ilin dekabr ayınadək uzadılmışdır.
Sözügedən layihənin məqsədi kənd məhsulları istehsalçılarına sanitariya və fitosanitariya xidmətlərinin təkmilləşdirilməsi, onlara maliyyə xidmətlərinin göstərilməsi, kənd sahibkarlığının və qida sənayesinin inkişaf etdirilməsidir. Bununla yanaşı, qida təhlükəsizliyi və keyfiyyəti sahəsində tənzimləmə işlərinin təkmilləşməsi də hədəflənir.
Layihənin ümumi dəyəri 53,25 milyon ABŞ dollarıdır ki, bunun 34,5 milyon dolları DB tərəfindən ayrılıb.
Layihə üzrə əsas fəaliyyətlər:
- Sanitar və fitosanitar xidmətlərin dəstəklənməsi;
- Qida məhsullarının təhlükəsizliyi üzrə bacarıqların artırılması;
- Bitki sağlamlığı və fitosanitar sistemin təkmilləşdirilməsi;
- Heyvan sağlamlığı və baytarlıq xidmətləri;
Məqsəd: Kənd təsərrüfatı və ərzaq məhsullarının ticarətində mövcud olan maneələri azaltmaq üçün sanitar və fitosanitar xidmətlərin effektivliyini və səmərəliliyini gücləndirməkdir.
- Kənd təsərrüfatında dəyər zəncirinin inkişafı;
- Aqrobiznesin inkişafı üçün investisiya dəstəyi;
- Toxum sektorunun inkişafı;
Məqsəd: Seçilmiş təchizat zəncirlərinin məhsuldarlığının və bazara inteqrasiyasının yaxşılaşdırılması, dəyər zənciri iştirakçıları arasında əlaqələrin gücləndirilməsi, həmçinin bazara daxil olan toxum növlərinin və bu növlərin keyfiyyətinin yaxşılaşdırılması üzrə fəaliyyətlərin dəstəklənməsidir.
- Kənd təsərrüfatı (aqrobiznes) müsəssisələri üçün maliyyə xidmətləri;
- Azərbaycanın aqro-ərzaq sektorunda fəaliyyət göstərən müəssislərin rəqabətliliyini, istehsalın və keyfiyyətin artırılması, o cümlədən, texnologiyaların təkmilləşdirilməsi üçün ayrılan kredit xətti vasitəsilə inkişaf etdirməkdir;
- Dünya Bankının qaydalarına uyğunluğunun təmin edilməsi məqsədilə Layihə İdarəetmə Qrupunun (LİQ) mütəxəssisləri tərəfindən müvafiq fəaliyyətlərin əlaqələndirilməsi, həmçinin, layihənin həyata keçirilməsi və eyni zamanda idarəedilməsi ilə bağlı inzibati və əməliyyat xərclərinin maliyyələşdirilməsidir.
Layihədən gözlənilən nəticələr:
- Heyvan sağlamlığı və baytarlıq xidmətləri;
- Kənd təsərrüfatında dəyər zəncirinin inkişafı;
- Sanitar və fitosanitar xidmətlərin dəstəklənməsi;
- Qida məhsullarının təhlükəsizliyi üzrə bacarıqların artırılması;
- Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun kadr hazırlığı məqsədilə müfəssəl təlim proqramının hazırlanması və təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur;
- Qida təhlükəsizliyi infrastrukturunun təkmilləşdirilməsi məqsədilə laboratoriyaların avadanlıq və ləvazimatlarla (nümunə götürmə və s.) təchiz edilməsi, o cümlədən laboratoriyaların akkreditasiyasına dəstəyin göstərilməsi və təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur;
- Zərərvericilərə qarşı mübarizə tədbirləri və zərərvericilərin risk analizi sahəsində bacarıqların artırılması nəzərdə tutulmuşdur;
- Bitki sağlamlığı və fitosanitar sistemin təkmilləşdirilməsi;
- Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (AİRS) – heyvan xəstəlikləri və ərzaq təhlükəsizliyi ilə əlaqədar beynəlxalq tələblərə uyğun informasiya sistemi qurulacaq, mərkəzi səviyyədə heyvan xəstəliklərinə nəzarət güclənəcək və epidemioloji təhlil mümkün olacaqdır.
Dünya Bankı tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsiziyi Agentliyinə aşağıda göstərilən istiqamətlərdə dəstəyin göstərilməsi nəzərdə tutulmuşdur:
- İnstitusional inkişaf və potensialın yaradılması;
- Hüquqi və tənzimləyici bazanın təkmilləşdirilməsi;
- Qida təhlükəsizliyi infrastrukturunun və laboratoriyaların inkişafı;
- SPS İdxal Nəzarət Məntəqələrinin yaradılması və istifadəsi;
- Risk əsaslı yoxlama sisteminin inkişafı;
- Məhsulun izlənməsi, heyvanların identifikasiyası və qeydiyyatı sistemi;
- Ziyanvericilərə qarşı mübarizə və risk analizinin gücləndirilməsi.
Oxşar xəbərlər
“Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi haqqında məlumat
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsində fəal iştirakını davam etdirməkdədir. Bununla əlaqədar bildiririk ki, əsas məqsədi istifadəyə yararsız pestisid ehtiyatlarından və çirklənmiş sahələrdən davamlı üzvi çirkləndiricilərin (DÜÇ) ətraf mühitə ötürülməsini azaltmaq və pestisidlərin düzgün idarə edilməsi üçün potensialı gücləndirmək olan adıçəkilən layihənin icrasına 2019-cu ilin may ayında başlanılıb və 2022-ci ilin oktyabr ayına qədər davam etməsi nəzərdə tutulur.
“Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” layihəsi barədə məlumat
Layihənin adı: “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” Layihənin məqsədləri: Layihəninin ümumi məqsədi qida və yemlərin təhlükəsizliyinin artırılmasına töhfə vermək və təkmilləşdirilmiş sanitar və fitosanitar standartlara uyğun ixrac imkanlarını genişləndirməkdir.
FAO-Türkiyə əməkdaşlıq Proqramı çərçivəsində “Milli qida təhlükəsizliyi sistemlərinin təkmilləşdirilməsi və regional əməkdaşlıq” layihəsi haqqında məlumat
Layihənin simvolu: GCP/RER/062/TUR İştirakçı ölkələr: - Azərbaycan Respublikası - Türkiyə Respublikası - Qırğızıstan Respublikası - Moldova Respublikası - Tacikistan Respublikası