AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
1 May 2021 16:31
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 30 aprel 2021-ci il tarixində ölkə üzrə 453 ictimai iaşə obyektində 762 monitorinq keçirilib. Monitorinqlər zamanı 30 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Qüllə 22 ünvanında yerləşən, fiziki şəxs Məmmədli Məzahir Fərman oğluna məxsus “Tatell Baku” restoranı;
2. Bakı şəhəri, Səbail rayonu, Kiçik qala küçəsi, ev 88 ünvanında yerləşən, fiziki şəxs İbadov Emil Nazim oğluna məxsus “Qəbələ” restoranı;
3. Bakı şəhəri, Səbail rayonu, Kiçik qala küçəsi, ev 90 ünvanında yerləşən, hüquqi şəxs “Seaside Hostel” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Kasamasa” restoranı;
4. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 26D ünvanında yerləşən, fiziki şəxs Abasov Orxan Elxan oğluna məxsus restoran;
5. Bakı şəhəri, Qaradağ rayonu, Ələt ŞTQ, Salyan döngəsi, ev 71 ünvanında yerləşən, fiziki şəxs Abuzərov Ceyhun Ağaverdi oğluna məxsus “Dana pub” kafesi;
6. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 174 ünvanında yerləşən, fiziki şəxs İlqar Kazımov Orucəli oğluna məxsus “Doneretto” dönər evi;
7. Bakı şəhəri, Yasamal rayonu, Azad Mirzəyev küçəsi, ev 583 ünvanında yerləşən, fiziki şəxs Elman Hümbətov Əkrəm oğluna məxsus “By Şirulla” restoranı;
8. Bakı şəhəri, Binəqədi rayonu, Xəndan küçəsi, ev 50E ünvanında yerləşən, fiziki şəxs İbrahim Zahir Ağababa oğluna məxsus “Kürə-Pizza” kafesi;
9. Bakı şəhəri, Yasamal rayonu, Naxçıvani küçəsi, ev 15 ünvanında yerləşən, fiziki şəxs Tağıyev Salman Ağahəsən oğluna məxsus “Beer Daha” kafesi;
10. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, Heydər Əliyev küçəsində yerləşən, fiziki şəxs Mənsimov Nurəli Əkbər oğluna məxsus kafe”
11. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 5 və 5a ünvanında yerləşən, fiziki şəxs Əliyev Aynur Rəşid oğluna məxsus kafe;
12. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən, fiziki şəxs Əlibəyli İlham Həsən oğluna məxsus kafe;
13. Bakı şəhəri, Sabunçu rayonu, Muxtar Fətəliyev küçəsi 29a ünvanında yerləşən, fiziki şəxs Namazov Araz Almaz oğluna məxsus kafe;
14. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə. İsazadə küçəsində yerləşən, fiziki şəxs Babayev Sədail Sərdar oğluna məxsus "Bağ" kafesi;
15. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 83 ünvanında yerləşən, fiziki şəxs Mirzəyev Rəşad Asif oğluna məxsus kafe;
16. Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 225, mənzil 41 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Teymura məxsus “Balık Ekmek” restoranı;
17. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 22 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Eldəniz Məmməd oğluna məxsus “Bahar lahmacun” kafesi;
18. Bakı şəhəri, Xətai rayonu, Hadi küçəsi, ev 136A ünvanında yerləşən, fiziki şəxs Əsgərov Firuz Mahmud oğluna məxsus restoran;
19. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 45, mənzil 2 ünvanında yerləşən, fiziki şəxs Tağıyev Tağı Vaqif oğluna məxsus “Qədirxum” kafesi;
20. Bakı şəhəri, Nizami rayonu, Qarayev 65c ünvanında yerləşən, hüquqi şəxs “Başarı” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Antep Lahmacun” restoranı;
21. Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 42 ünvanında yerləşən, fiziki şəxs Səlimov Arif Qara oğluna məxsus “White Rabbit” kafesi;
22. Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində yerləşən, fiziki şəxs Abdullayev Zaur Alikoviçə mıxsus “Nanə” restoranı;
23. Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi 63 ünvanında yerləşən, fiziki şəxs Dəmirov Elsevər Telman oğluna məxsus çay evi;
24. Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 225, mənzil 25 ünvanında yerləşən, fiziki şəxs Halil Karipa məxsus dönər evi;
25. Hacıqabul rayonu, Muğan qəsəbəsində yerləşən, fiziki şəxs Məmmədov Nizami Bilal oğluna məxsus kafe;
26. İsmayıllı rayonu, Cavanşir küçəsində yerləşən, fiziki şəxs İsmayılov Xəyal Ehsan oğluna məxsus kafe;
27. Qazax rayonu, Nəriman Nərimanov qəsəbəsində yerləşən, fiziki şəxs İmişov Elnur Mehman oğluna məxsus çay evi;
28. Sumqayıt şəhəri, 2-ci məhəllədə yerləşən, fiziki şəxs Mikayılova Ceyran Teyyub qızına məxsus “Karakoç" kafesi;
29. Abşeron rayonu, Masazır kəndi, Ə. Vahid küçəsi, Palma restoranının yanında yerləşən, fiziki şəxs Nəcəfov Saməddin Əhliyət oğluna məxsus dönər evi;
30. Bakı şəhəri, Nərimanov rayonu, Vurğun küçəsi 934, “Ambassador Hotel”in tərkibində fəaliyyət göstərən restoran.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş