AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
4 May 2021 16:59
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il mayın 3-də ölkə üzrə 457 ictimai iaşə obyektində 770 monitorinq keçirilib. Monitorinqlər zamanı 23 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev 11 ünvanında yerləşən, fiziki şəxs Əliyev Cavid Cabir oğluna məxsus restoran;
2. Bakı şəhəri, Yasamal rayonu, Ə. Salamzadə küç., ev 3m ünvanında yerləşən, fiziki şəxs Allahverdi Teymur Tofiq oğluna məxsus restoran;
3. Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində yerləşən, hüquqi şəxs “Retro Holding” MMC-yə məxsus “Retro Şam” restoranı;
4. Bakı şəhəri, Nizami rayonu, Qarayev pr., ev 34S ünvanında yerləşən, hüquqi şəxs "AZEMAT" MMC-yə məxsus “Dominos pizza” evi;
5. Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi 7 ünvanında yerləşən, fiziki şəxs Axundov Fuad Taryel oğluna məxsus çay evi;
6. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ştq, Almas İldırım küçəsində yerləşən, fiziki şəxs Şəkərov İmran İslam oğluna məxsus kafe;
7. Bakı şəhəri, Binəqədi rayonu, S. Axundov küç., ev 15/1 ünvanında yerləşən, fiziki şəxs Şükürov Fariz Hümmət oğluna məxsus kafe;
8. Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küç., ev 5 ünvanında yerləşən, fiziki şəxs Kərimov Cahangir Xalid oğluna məxsus kafe;
9. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 43b ünvanında yerləşən, fiziki şəxs Məmmədov Abubəkr Bəhram oğluna məxsus “Darçın” restoranı;
10. Bakı şəhəri, Sabunçu rayonu, Xasməmmədov 5 ünvanında yerləşən, fiziki şəxs Məcidov Mahir Şirxan oğluna məxsus kafe;
11. Bakı şəhəri, Binəqədi rayonu, S. Axundov 249 E/F ünvanında yerləşən, fiziki şəxs Mamedova Həqiqət Müzəffər qızına məxsus “Taksim Kebab” restoranı;
12. Bakı şəhəri, Binəqədi rayonu, S. Axundov 7D ünvanında yerləşən, fiziki şəxs Həşimov Elburus Yaşar oğluna məxsus kafe;
13. Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi ilə Səməd Vurğun və M. Əliyev küçələrinin kəsişməsində yerləşən, hüquqi şəxs "ÖZSÜT AZƏRBAYCAN" MMC-yə məxsus "Özsüt qış parkı" restoranı;
14. Bakı şəhəri, Nəsimi rayonu, Qış Parkı ərazisində yerləşən, fiziki şəxs Qüdrətzadə İmran Ziyafət oğluna məxsus çay evi;
15. Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küç., ev 17 ünvanında yerləşən, fiziki şəxs Tağıyev Yunis Həsənalı oğluna məxsus dönər evi;
16. Bakı şəhəri, Nəsimi rayonu, Aslanov 101 ünvanında yerləşən, fiziki şəxs Salmanova Səbinə Etibar qızına məxsus “Road” pub;
17. Sumqayıt şəhəri, Azərbaycan küçəsi, 18-ci məhəllədə yerləşən, fiziki şəxs Abdulhəşimova Xatın Bəxtiyar qızına məxsus "Sünbül" kafesi;
18. Bərdə rayonu, Nazırlı küçəsində yerləşən, fiziki şəxs İbrahimov Allahverdi Səyyat oğluna məxsus kafe;
19. Bərdə rayonu, Hacılar kəndində yerləşən, fiziki şəxs Yahyalı Musa Zahid oğluna məxsus kafe;
20. Saatlı rayonu, H. Əliyev prospekti 285 ünvanında yerləşən, fiziki şəxs Süleymanov Ülvi Nazim oğluna məxsus kafe;
21. Gəncə şəhəri, Hacıkənd qəsəbəsində yerləşən, fiziki şəxs Əliyev Seymur Davud oğluna məxsus kafe;
22. Cəlilabad rayonu, Qurtuluş prospektində yerləşən, fiziki şəxs Əliyev Emin Nazim oğluna məxsus kafe;
23. Kürdəmir rayonu, Xırdapay ünvanında yerləşən, fiziki şəxs İsrafilov Azər Rza oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş