Pomidor istehsalı təsərrüfatlarında monitorinqlər keçirilib
19 Yanvar 2023 10:17
![Pomidor istehsalı təsərrüfatlarında monitorinqlər keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/4483/16824835818231.jpg)
![Pomidor istehsalı təsərrüfatlarında monitorinqlər keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/4483/16824835818232.jpg)
![Pomidor istehsalı təsərrüfatlarında monitorinqlər keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/4483/16824835818233.jpg)
![Pomidor istehsalı təsərrüfatlarında monitorinqlər keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/4483/16824835818231.jpg)
![Pomidor istehsalı təsərrüfatlarında monitorinqlər keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/4483/16824835818232.jpg)
![Pomidor istehsalı təsərrüfatlarında monitorinqlər keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/4483/16824835818233.jpg)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən zərərli orqanizmlərin ölkə ərazisində vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə mövsümə uyğun olaraq istixanalarda fitosanitar monitorinqlər aparılıb.
Agentliyin Qazax-Tovuz regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən Şəmkir rayonu ərazisində yerləşən pomidor istehsalı təsərrüfatlarında aparılmış monitorinqlər zamanı simptomlu bitki hissələrindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində hər hansı uyğunsuzluq halı müəyyən edilməyib.
Monitorinq zamanı təsərrüfat sahiblərinə, o cümlədən təsərrüfatda çalışan işçilərə pomidorun əsas xəstəlik və zərərvericiləri haqqında məlumat verilib, “İstixanalarda zərərli orqanizmlərin idarə olunmasına dair Təlimat”da göstərilən tədbirlərin praktikada tətbiqi və pestisidlərlə işləyən zaman təhlükəsizlik qaydalarına əməl olunması ilə əlaqədar müvafiq istiqamət verilib.
Oxşar xəbərlər
![Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9300/1717404874425.jpg)
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
![İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/9190/1.jpg)
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
![Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9072/3-pestisid-qaligi00-00-09-15still004.jpg)
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.
![Bioloji aktiv qida məhsullarının idxalı zamanı riayət edilməsi vacib tələblər](https://img.youtube.com/vi/TUM1wv6QTHY/hqdefault.jpg)