Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Bitkiçilik məhsullarının ixracına hazırlıqla bağlı sahibkarlarla görüş keçirilib
Bitkiçilik məhsullarının ixracına hazırlıqla bağlı sahibkarlarla görüş keçirilib

Qida Təhlükəsizliyi Agentliyi payız mövsümü ilə əlaqədar bitkiçilik məhsullarının ixracına hazırlıq məqsədilə bitkiçilik məhsullarının istehsalı, idxalı və ixracı sahəsində fəaliyyət göstərən sahibkarlarla onlayn görüş keçirib. Görüşdə “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın sədri Bəşir Quliyev və “Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın sədri Nemət Seyfullayev də iştirak edib. Tədbirdə Agentliyin sədr müavini Əziz Şərifov ölkədə bitkiçilik məhsullarının ixrac potensialının artırılması istiqamətində AQTA tərəfindən həyata keçirilən dəstək tədbirlərindən söz açıb, ixrac prosesində istehsalçı və ixracatçıların qarşılaşa biləcəyi məsələlərdən danışıb, mövcud tələblər və idxalçı ölkələrin standartlarına uyğunluğun təmin edilməsi ilə əlaqədar geniş məlumat verib. Görüşdə idxalçı ölkələrin bitkiçilik məhsullarına dair fitosanitar tələblərinə, həmçinin məhsulların etiketlənməsi və qablaşdırmasına dair tələblərə ciddi şəkildə əməl edilməsinin vacibliyi vurğulanıb. Taxta materiallarına dair beynəlxalq tələblər, pestisid qalıqlarının yol verilən miqdarı, istehsalatda sağlam əkin materiallarından istifadə olunması kimi məsələlər də sahibkarların diqqətinə çatdırılıb.  Sonda sahibkarların problemləri dinlənilib və onların həlli istiqamətində müzakirələr aparılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.

Nar və xurma istehsalçıları ilə görüş keçirilib
Nar və xurma istehsalçıları ilə görüş keçirilib

Qida Təhlükəsizliyi Agentliyi kənd təsərrüfatı məhsullarının təhlükəsiz istehsalının təmin edilməsi, zərərli orqanizmlərin nəzarətdə saxlanılması və beynəlxalq fitosanitar tələblərə uyğunluğun artırılması istiqamətində tədbirlərini davam etdirir. Bu çərçivədə nar və xurma istehsalında qida təhlükəsizliyi və fitosanitar tələblərə riayət olunmasının təmin edilməsi məqsədilə yerli istehsalçılarla görüş keçirilib. Görüşdə istehsal prosesinin bütün mərhələlərində təhlükəsizlik və uyğunluğun təmin olunmasına dair bir sıra mühüm məsələlər müzakirə edilib. Zərərli orqanizmlərin yayılmasının qarşısının alınması məqsədilə profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi və monitorinq sistemlərinin tətbiqi ilə bağlı tövsiyələr verilib. Tədbirdə pestisidlərin tətbiqi zamanı düzgün dozanın, tətbiq intervallarının və gözləmə müddətlərinin qorunmasının məhsulun təhlükəsizliyi və keyfiyyəti üçün önəmli olduğu vurğulanıb. Bildirilib ki, məhsulların qablaşdırılmasında istifadə olunan ağac mənşəli materialların ISPM 15 beynəlxalq standartlarına cavab verməsi vacibdir. Bu xüsusilə ixrac prosesində fitosanitar risklərin minimuma endirilməsi baxımından əhəmiyyətlidir.

Pomidor istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
Pomidor istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə pomidor istehsalı sahəsində qida təhlükəsizliyinin və fitosanitar tələblərə riayət olunmasının təmin edilməsi məqsədilə sahibkarlarla onlayn formatda görüş təşkil olunub. Görüşdə istehsal prosesinin bütün mərhələlərində təhlükəsizliyin və uyğunluğun təmin olunmasının, həmçinin əkin sahələrinin əkindən öncə dezinfeksiyasının, eləcə də xəstəlik və zərərverici daşıyıcısı olmayan, sağlam və sertifikatlaşdırılmış əkin materiallarından istifadə olunmasının bitki sağlamlığının qorunmasında əsas şərtlərdən biri olduğu diqqətə çatdırılıb. Görüş zamanı zərərli orqanizmlərin yayılmasının qarşısının alınması məqsədilə profilaktik fitosanitar tədbirlərin həyata keçirilməsi, istehsal sahələrində bitki sağlamlığının izlənəbilirliyinin təmin edilməsi və monitorinq sistemlərinin tətbiqi ilə bağlı tövsiyələr verilib. Həmçinin, məhsulların qablaşdırılmasında istifadə olunan ağac mənşəli materialların ISPM 15 beynəlxalq standartlarına cavab verməsinin xüsusilə ixrac prosesində fitosanitar risklərin minimuma endirilməsi baxımından əhəmiyyətli olduğu qeyd olunub. Görüşdə pestisidlərin tətbiqi zamanı düzgün dozanın, tətbiq intervallarının və gözləmə müddətlərinin qorunmasının məhsulun təhlükəsizliyi və keyfiyyəti üçün vacib olduğu vurğulanıb. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

AQTA ilə Polşa Respublikasının Bitki Mühafizəsi və Toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında görüş keçirilib
AQTA ilə Polşa Respublikasının Bitki Mühafizəsi və Toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında görüş keçirilib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə Polşa Respublikasının Bitki Mühafizəsi və Toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında onlayn formatda görüş keçirilib.  Görüşdə hər iki qurumun müvafiq struktur bölmələrinin rəhbər və ekspertləri iştirak ediblər. Toplantının əsas məqsədi bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin qeydiyyatı, ekspertizası, təhlükəsiz istifadəsi, dövriyyəsinə nəzarət və monitorinq mexanizmləri üzrə qarşılıqlı təcrübə mübadiləsi aparmaq, həmçinin bu sahədə beynəlxalq əməkdaşlığı gücləndirmək olub. Müzakirələr zamanı pestisidlərin və gübrələrin qeydiyyatı prosedurları, tətbiq olunan ekspertiza qaydaları, komponentlərin keyfiyyət və təhlükəsizlik meyarları, ekotoksikoloji və toksikoloji qiymətləndirmə metodları barədə Polşa təcrübəsi təqdim edilib. Həmçinin, sənədlərin qiymətləndirilməsi zamanı hansı hallarda ərizələrin rədd edildiyi, düzəlişdən sonra yenidən müraciət imkanı, fərqli formulasiya və konsentrasiyaların qeydiyyatı, feromon və müxtəlif rəngli məhsulların qeydiyyatı prosedurları müzakirə olunub. Tərəflər etiketləmə, məhsul keyfiyyəti və laborator parametrlərə dair tələblər barədə fikir mübadiləsi aparıblar.  Görüşdə istehsal, saxlanma, satış və istifadəyə dair texniki və normativ tələblər, lisenziya və icazə prosedurları, həmçinin satış məntəqələri və anbarlarda texniki-təhlükəsizlik standartları da nəzərdən keçirilib. Sonda tərəflər bu sahədə əməkdaşlığın genişləndirilməsi, normativ-hüquqi tələblərin uyğunlaşdırılması və gələcəkdə qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsi barədə razılığa gəliblər.

Onlayn Xidmət Sertifikatın yoxlanılması
Video
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib