Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin əməkdaşları kənd təsərrüfatı sahəsində dayanaqlılığın təmin olunması, həmçinin bitki sağlamlığının qorunması istiqamətində bilik və bacarıqların artırılması məqsədilə maarifləndirici görüş keçirib. Görüş zamanı iştirakçılara bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin normativ tələblərə uyğun tətbiqi, saxlanma, daşınma və istifadə qaydaları, həmçinin insan sağlamlığına və ətraf mühitə təsirləri barədə ətraflı məlumat verilib. Daha sonra müvafiq sahədə fəaliyyət göstərən sahibkarların mövzu ilə bağlı sualları cavablandırılıb, sahələrdə pestisidlərin və gübrələrin istifadəsində yol verilən ümumi nöqsanlar və onların qarşısının alınması üsulları müzakirə olunub.
Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Şəkidə Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı iştirakçılara Qəhvəyi mərmər bağacığının təsərrüfat əhəmiyyətli bitkilərə vurduğu zərər, payız–qış mövsümündə həyata keçiriləcək mexaniki və profilaktik mübarizə tədbirləri haqqında geniş məlumatlar verilib. Bildirilib ki, zərərvericinin qışlama dövründə evlərə, yardımçı tikililərə və digər qapalı məkanlara toplanmasının qarşısını almaq üçün vaxtında mexaniki toplama və məhv etmə tədbirlərinin aparılması vacibdir. Tədbirlərdə iştirakçıların sualları cavablandırılıb, onlara Qəhvəyi mərmər bağacığına dair buklet və maarifləndirici materiallar təqdim edilib.
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən Qəhvəyi mərmər bağacığının populyasiya sıxlığının azaldılması və yayılmasının qarşısının alınması istiqamətində fitosanitar tədbirləri davam etdirir. Bu çərçivədə Agentliyin Quba-Xaçmaz regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən Xaçmaz rayonunun Yalama kəndində növbəti maarifləndirmə tədbiri keçirilib. Regional bölmənin əməkdaşları tərəfindən payız-qış mövsümündə zərərvericiyə qarşı aparılması zəruri mübarizə üsulları barədə kənd sakinlərinə ətraflı məlumat verilib, maarifləndirici çap materialları paylanıb. Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin aktiv iştirakının vacibliyi vurğulanıb.
Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin fitosanitar müfəttişləri Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri çərçivəsində Gəncə şəhərinin Gülüstan qəsəbəsində, Göygöl rayonunun Topalhəsənli, Qızılhacıllı, Firuzabad kəndlərində monitorinq keçirib. Monitorinq zamanı aşkar edilmiş zərərvericilər məhv edilib, əhali ilə maarifləndirici söhbətlər aparılıb. Payız mövsümü ilə əlaqədar qışlamaya üstünlük verən zərərverici əsasən yaşayış evləri, ictimai iaşə obyektləri, təsərrüfat tikililəri və digər qapalı məkanlarda müşahidə olunduğu üçün mübarizədə fəal və diqqətli olmaları, müvafiq tədbirlər görmələri nəzərə çatdırılıb.
Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin əməkdaşları Qəhvəyi mərmər bağacığına (Halyomorpha halys) qarşı maarifləndirici tədbirləri davam etdirir. Bu dəfə Balakən və Zaqatalanın 9 kəndinin sakinləri ilə görüşlər keçirilib. Sakinlərə zərərvericinin bitkilərə və kənd təsərrüfatına vurduğu ziyan, eləcə də payız-qış mövsümündə aparılmalı mübarizə tədbirləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, temperaturun aşağı düşməsi səbəbindən Qəhvəyi mərmər bağacığı aktivliyini itirərək yaşayış evlərinin, təsərrüfat binalarının, daş və taxta aralıqlarının, eləcə də digər isti sığınacaqların içərisində gizlənir. Görüşlər zamanı həmin gizlənmə yerləri əyani şəkildə sakinlərə göstərilir, zərərvericinin aşkarlanması və məhv edilməsi prosesi nümayiş etdirilib. Maarifləndirmə tədbirlərinin məqsədi əhalini payız-qış dövründə aparılan mexaniki mübarizə işlərinə cəlb etmək, zərərvericinin növbəti vegetasiya mövsümündə artmasının qarşısını almaqdır.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir. Tədbirlər çərçivəsində Xaçmaz rayonunun Tel kəndində həyətyanı sahələrə baxış keçirilib, feromon tələlər asılıb. Daha sonra kənd sakinləri ilə maarifləndirici söhbətlər aparılıb və zərərverici ilə mübarizə üsulları barədə çap materialları paylanılıb.
Son günlərdə qonşu ölkələrdən Azərbaycana miqrasiya edən Qəhvəyi mərmər bağacığı xüsusilə Zaqatala və Balakən bölgələrində kütləvi şəkildə görünür. Payızda zərərverici fəallığını itirir və qışlamağa üstünlük verir — bu dövr mübarizə üçün ən əlverişli vaxtdır! Bağacıqla necə mübarizə aparmaq olar? - AQTA və digər qurumlar kimyəvi və feromon tələləri ilə tədbirlər görür. - Mexaniki mübarizə — süni tələlərin quraşdırılması ən təbii üsullardandır. - Yaşayış yerlərində əşyaların arxa hissələrinə diqqət yetirin, aşkar etdiyiniz bağacığı süpürgə və tozsoranla toplayıb məhv edin. Bağacıqla mübarizədə vətəndaşların iştirakı çox önəmlidir!
Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planının icrası çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki-Zaqatala regional bölməsinin əməkdaşları Zaqatala və Balakən rayonlarında sakinlərlə növbəti maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı payız-qış mövsümündə zərərvericiyə qarşı aparılacaq mexaniki mübarizə tədbirləri barədə ətraflı məlumat verilib. Zərərverici ilə mübarizədə mexaniki üsullardan geniş istifadə edildiyi qeyd olunur. Bununla yanaşı, Mazımçay sərhəd-keçid məntəqəsində nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktik söhbətlər aparılıb, nəqliyyat vasitələrinin dezinseksiya edilməsinin zərərvericinin uzaq məsafələrə yayılmasının qarşısının alınmasında mühüm rol oynadığı vurğulanıb.
Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri davam edir. 300-dən çox bitki növü ilə qidalanan zərərverici payız dövründə fizioloji aktivliyini itirir və bitkilər üçün birbaşa təhlükə yaratmır. Bu mövsümdə qışlamaya üstünlük verdiyi üçün zərərverici əsasən yaşayış evlərində, ictimai-iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda müşahidə olunur. Qida Təhlükəsizliyi Agentliyi və əlaqədar qurumların təmsil olunduğu Regional Əlaqələndirmə Mərkəzləri tərəfindən vəziyyət nəzarətdə saxlanılaraq müvafiq tədbirlər görülür. Lakin yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılması insan sağlamlığı üçün risklər yarada bilər. Buna görə də sakinlərin zərərvericiləri mexaniki üsullarla toplayaraq məhv etməsi xüsusilə vacibdir. Qeyd edək ki, beynəlxalq təcrübədə də Qəhvəyi mərmər bağacığı ilə mübarizədə mexaniki üsuldan geniş istifadə olunur. Bura aldadıcı tələlər, süni yaradılmış sığınacaq yerləri daxildir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır. Vətəndaşlar Qəhvəyi mərmər bağacığı ilə mübarizədə diqqətli və məsuliyyətli olmalıdırlar. Hazırki qışlama dövründə aparılmalı olan mexaniki yolla mübarizə üsulu zərərvericinin populyasiyasının qarşısını ala bilər.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev və Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin gedişi ilə tanış olmaq məqsədilə Balakən və Zaqatala rayonlarına səfər edib. Səfər çərçivəsində hər iki qurumun rəhbər şəxsləri yerli təsərrüfatlara baş çəkib, zərərverici ilə mübarizə istiqamətində görülən işlər, tətbiq olunan metodlar və profilaktik tədbirlərin icrası ilə maraqlanıblar. Fermerlərə zərərvericinin yayılmasının qarşısının alınması üçün aparılan müşahidə və maarifləndirmə işləri barədə ətraflı məlumat verilib, vətəndaşlara praktik tövsiyələr təqdim olunub. Qəhvəyi mərmər bağacığının yayılma xüsusiyyətləri, təsərrüfata vurduğu zərərlər və məhv edilmə üsulları barədə maarifləndirici söhbətlər aparılıb. Səfər zamanı Balakən və Zaqatala rayon icra hakimiyyətlərində məsul şəxslərlə də görüş keçirilib, zərərvericiyə qarşı mübarizənin təşkilində yerli idarəetmə orqanlarının və icmaların birgə fəaliyyətinin əhəmiyyəti nəzərə çatdırılıb. Daha sonra rəhbər şəxslər Mazımçay Sərhəd-Gömrük Keçid Məntəqəsində olub. Burada Qəhvəyi mərmər bağacığının ölkə ərazisinə daxil olmasının qarşısının alınması məqsədilə həyata keçirilən fitosanitar nəzarət tədbirləri ilə tanış olublar və sərhəd nəzarətində qabaqlayıcı tədbirlərin vacibliyini qeyd ediblər. Ölkə üzrə fitosanitar sabitliyin təmin olunması, zərərvericinin yayılma ocaqlarının ləğvi və mübarizə tədbirlərinin sistemli şəkildə həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planının icrası məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin əməkdaşları Şəki və Qax rayonlarında sakinlərlə maarifləndirici görüşlər keçiriblər. İstehsal müəssisələrində, ictimai iaşə obyektlərində təşkil olunan görüşlərdə Qəhvəyi mərmər bağacığının yayılma xüsusiyyətləri, təsərrüfata vurduğu zərər və ona qarşı effektiv mübarizə üsulları barədə geniş məlumat verilib. Zərərvericinin qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında təmizləmə və təmir işləri aparılmalıdır. Aşkar edildikləri təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır. Bildirilib ki, yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılması insan sağlamlığı üçün risklər yarada bilər. Buna görə də sakinlərin zərərvericiləri mexaniki üsullarla toplayaraq məhv etməsi xüsusilə vacibdir.
Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planının icrası məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Yalama və Qaraçı kəndlərində həyətyanı sahələrə baxış keçirilib, feromon tələlər asılıb. Daha sonra kənd sakinləri ilə maarifləndirici söhbətlər aparılıb və Qəhvəyi mərmər bağacığının biologiyası, ona qarşı mümkün mübarizə üsulları haqqında çap materialları paylanılıb.
Giriş