2020 - 2021-ci illər ərzində dünya ölkələrində baş vermiş quş qripi xəstəliyi və görülən tədbirlər barədə məlumat
14 İyun 2021 17:01
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) “Ümumdünya Heyvan Sağlamlığı İnformasiya Sistemi (WAHIS)” vasitəsi ilə verilmiş məlumatlara əsasən, ötən ilin yanvar ayından başlayaraq vəhşi təbiətdə və təsərrüfat quşları arasında yüksək patogenli quş qripi xəstəliyi artmaqda davam etmiş, 2020-ci ilin oktyabr ayının ortalarından etibarən yayılma arealı sürətlə genişlənərək daha böyük coğrafi əraziləri əhatə etmişdir. WAHIS-in məlumatlarına əsasən, hazırda dünyanın 54 ölkəsində xəstəlik davam etməkdədir. Ev quşları arasında xəstəlik alovlanmalarının qeydə alındığı, respublikamızla idxal əlaqəsi olan 44 ölkədən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Agentlik tərəfindən diri quş və quşçuluq məhsullarının idxalına OİE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla müvəqqəti məhdudiyyətlər tətbiq olunmuşdur. Qalan digər 10 ölkədə xəstəlik vəhşi və ya təsərrüfat əhəmiyyəti olmayan quşlar arasında baş verdiyi üçün, OİE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nin 10.4.1-ci maddəsinin 8-ci bəndinə uyğun olaraq, məhdudiyyət tədbirləri tətbiq edilməmişdir.
Dünya ölkələri üzrə məlumat aşağıdakı cədvəldə təqdim olunur:
|
S/s |
Ölkə adı |
Xəstəlik ocaqlarının sayı |
|
1 |
Fransa |
677 |
|
2 |
Almaniya |
523 |
|
3 |
Macarıstan |
289 |
|
4 |
Cənubi Koreya |
277 |
|
5 |
Polşa |
248 |
|
6 |
Cənubi Afrika Respukası |
146 |
|
7 |
Misir |
123 |
|
8 |
Çin |
119 |
|
9 |
İran İslam Respublikası |
100 |
|
10 |
Vyetnam |
98 |
|
11 |
Danimarka |
95 |
|
12 |
İsveç |
92 |
|
13 |
Rusiya Federasiyası |
80 |
|
14 |
Niderland |
79 |
|
15 |
Yaponiya |
77 |
|
16 |
İngiltərə |
76 |
|
17 |
Hindistan |
38 |
|
18 |
İrlandiya |
37 |
|
19 |
Estoniya |
26 |
|
20 |
Belçika |
25 |
|
21 |
Latviya |
23 |
|
22 |
İsrail |
21 |
|
23 |
İtaliya |
19 |
|
24 |
Finlandiya |
18 |
|
25 |
Norveç |
14 |
|
26 |
Ukrayna |
14 |
|
27 |
Litva |
13 |
|
28 |
Qazaxıstan |
12 |
|
29 |
Rumıniya |
11 |
|
30 |
Çexiya |
10 |
|
31 |
Bolqarıstan |
9 |
|
32 |
Küveyt |
9 |
|
33 |
Slovakiya |
7 |
|
34 |
Amerika Birləşmiş Ştatları |
6 |
|
35 |
İndoneziya |
6 |
|
36 |
Nepal |
6 |
|
37 |
Əlcəzair |
5 |
|
38 |
Xorvatiya |
5 |
|
39 |
Lesoto |
5 |
|
40 |
Şotlandiya |
4 |
|
41 |
Filippin |
3 |
|
42 |
Şimali İrlandiya |
3 |
|
43 |
Kamboca |
3 |
|
44 |
Avstraliya |
3 |
|
45 |
Şimali Koreya |
3 |
|
46 |
Əfqanıstan |
3 |
|
47 |
Yunanıstan |
3 |
|
48 |
İraq |
3 |
|
49 |
Uels |
3 |
|
50 |
Laos |
3 |
|
51 |
Mali |
2 |
|
52 |
Səudiyyə Ərəbistanı |
1 |
|
53 |
Nigeriya |
1 |
|
54 |
Seneqal |
1 |
2020-ci və 2021-ci illərin ötən dövrü ərzində quş qripi xəstəliyi qeydə alınmasıyla bağlı bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiqi həyata keçirilmiş ölkələrin siyahısı.
|
S/s |
Ölkə adı |
|
1 |
Almaniya |
|
2 |
Macarıstan |
|
3 |
Cənubi Koreya |
|
4 |
Çin |
|
5 |
Danimarka |
|
6 |
Polşa |
|
7 |
Vyetnam |
|
8 |
Rusiya Federasiyası |
|
9 |
Niderland |
|
9 |
Yaponiya |
|
11 |
Hindistan |
|
12 |
İran İslam Respublikası |
|
13 |
İngiltərə |
|
14 |
İrlandiya |
|
15 |
Belçika |
|
16 |
İsrail |
|
17 |
İtaliya |
|
18 |
Ukrayna |
|
19 |
Fransa |
|
20 |
Qazaxıstan |
|
21 |
Rumıniya |
|
22 |
Çexiya |
|
23 |
Bolqarıstan |
|
24 |
Slovakiya |
|
25 |
İsveç |
|
26 |
Amerika Birləşmiş Ştatları |
|
27 |
Xorvatiya |
|
28 |
Şotlandiya |
|
29 |
Litva |
|
30 |
Filippin |
|
31 |
Şimali İrlandiya |
|
32 |
İraq |
|
33 |
Uels |
|
34 |
Səudiyyə Ərəbistanı |
|
35 |
Küveyt |
|
36 |
Kamboca |
|
37 |
Finlandiya |
|
38 |
Estoniya |
|
39 |
Əfqanısta |
|
40 |
Nepal |
|
41 |
Əlcəzair |
|
42 |
Cənubi Afrika |
|
43 |
Mali |
|
44 |
Lesoto |
Oxşar xəbərlər
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Giriş