AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
7 Aprel 2021 15:21
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 6 aprel 2021-ci il tarixində ölkə üzrə 418 ictimai iaşə obyektində 696 monitorinq keçirilib. Monitorinqlər zamanı 21 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən, fiziki şəxs Süleymanov Bəhruz Adil oğluna məxsus kafe;
2. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsində yerləşən, fiziki şəxs Orucov Elbrus Seyfəddin oğluna məxsus çayxana və kafe;
3. Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev 29 küçəsində yerləşən, fiziki şəxs Quliyev Ruslan Eldar oğluna məxsus çay evi;
4. Bakı şəhəri, Nərimanov rayonu, F. X. Xoyski küç., ev 115 ünvanında yerləşən, fiziki şəxs Ömərov Ramiz Ağamir oğluna məxsus “Barkod” çay evi;
5. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küç., ev 25 ünvanında yerləşən, fiziki şəxs Həsənov Abdulla Eyvaz oğluna məxsus "Olimp" pub;
6. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küç., ev 3 ünvanında yerləşən, fiziki şəxs Ələkbərov Kamran Vidadi oğluna məxsus "Alibaba Nargilə lounge” kafesi;
7. Bakı şəhəri, Nizami rayonu, Oktay Vəliyev küçəsində yerləşən, fiziki şəxs Elşən İbrahimova məxsus "Cənub" restoranı;
8. Bakı şəhəri, Nizami rayonu, Oktay Vəliyev küçəsində yerləşən, hüquqi şəxs "Nicat -K" firmasına məxsus "Azəri pivə bar";
9. Bakı şəhəri, Binəqədi rayonu, H. Babaşov küç., ev 5 ünvanında yerləşən, fiziki şəxs Haqverdiyev Samir Təşkilat oğluna məxsus “018 Pub” kafesi;
10. Bakı şəhəri, Nərimanov rayonu, Abdulvahab Salamzadə küç., ev 45 ünvanında yerləşən, fiziki şəxs Əbil Abbasov Sahib oğluna məxsus “Golden Life” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;
11. Sumqayıt şəhəri, Koroğlu prospekti, 8 mkr-da yerləşən, fiziki şəxs Malayev Eyvaz Abbas oğluna məxsus "Ekzotika" kafesi;
12. Tovuz rayonu, Alakol ünvanında yerləşən, fiziki şəxs Məmmədov Elşən Zaman oğluna məxsus kafe;
13. Lənkəran şəhəri, Qala Xiyabanı 13a ünvanında yerləşən, fiziki şəxs Cavadov Elvin Tarix oğluna məxsus dönərxana;
14. Lənkəran şəhəri, Qala Xiyabanı ünvanında yerləşən, fiziki şəxs Fəttahova Həlimə Fətəli qızına məxsus “Boranı” kafesi;
15. Lənkəran şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Məmmədov Orxan Xidmət oğluna məxsus “Köz” dönər evi;
16. Gəncə şəhəri, Süleyman Rüstəm küçəsində yerləşən, fiziki şəxs Əliyev İxtiyar Xalis oğluna məxsus "Manqal" kafesi;
17. Qəbələ rayonu, İlisu kəndində yerləşən, fiziki şəxs Abdullayev Tariyel Qubadxan oğluna məxsus kafe;
18. Qax rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Əsgərov Xaləddin Hafiz oğluna məxsus kafe;
19. Şirvan şəhəri, Ordubadi küçəsində yerləşən, fiziki şəxs Mahmudov Rauf Rafiq oğluna məxsus kafe;
20. İsmayıllı rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Qurbanov Əlirza Məhəmməd oğluna məxsus kafe;
21. Kürdəmir rayonu, Qaraqocalı kəndində yerləşən, fiziki şəxs Sədiyev Əfqan Abdulla oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Giriş