Qida Təhlükəsizliyi İnstitutunda növbəti təlim keçirilib
6 Sentyabr 2018 00:00
Sentyabrın 6-da Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Asiya İnkişaf Bankı (ADB) tərəfindən maliyyələşdirilən “CAREC üzv ölkələrində qida zənciri üzrə beynəlxalq qida təhlükəsizliyi standartlarının gücləndirilməsi” TA 9274-REG lahiyəsi çərçivəsində: “ISO/ IEC 17025:2017 Beynəlxalq Standartlara uyğun olaraq laboratoriyaların akkreditasiyası” mövzusunda təlim keçirilib.
Təlimdə “Qida Təhlükəsizliyi Laboratoriyaları üzrə Nəzarət Mütəxəssisi”, beynəlxalq ekspert Upali Samarajayeva təlimçi qismində çıxış edib.
Təlim zamanı “Laboratoriyaların akkreditasiya konsepsiyasına giriş”, “İnfrastrukturun inkişafı, laboratoriyalar və maliyyə tələblərinin inkişafı”, “ISO 17025:2017 Beynəlxalq Standartlara uyğun olaraq keyfiyyətli sistem sənədlərinin hazırlanması” və s. kimi mövzular əsasında təqdimat və müzakirələr aparılıb. Sabahdan praktiki təlimlərə start veriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutu fəaliyyətə başladığı dövrdən ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində müasir standartların, qanunvericilik aktlarının, idarəetmə sistemlərinin tətbiqinə çalışır, eyni zamanda qurumda fəaliyyət göstərən mütəxəssislərin ixtisasının artırılması sahəsində mütəmadi təlimlər təşkil edir.
Oxşar xəbərlər
Ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satış və kəsim xidmətləri davam etdirilib
Müqəddəs Qurban bayramının növbəti günündə Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkə üzrə ümumilikdə 134 ünvanda qurbanlıq heyvanların satış və kəsim xidmətləri davam etdirilib. Bayramın ilk günü ərzində 20 mindən çox iri və xırdabuynuzlu heyvan satışa çıxarılıb. Onlardan 4 mindən çoxu diri halda satılıb, 10 mindən artıq heyvanın isə sanitar-gigiyenik tələblərə uyğun yerində kəsimi həyata keçirilib. Həm məntəqələrdə, həm də səyyar heyvan kəsimi çadırlarında baytarlıq-sanitariya qaydalarına uyğun şərait yaradılıb. Baytarlıq nəzarətindən keçmiş, sanitar-gigiyenik tələblərə uyğun şəkildə kəsilmiş qurbanlıq heyvanların əhaliyə təqdim olunması üçün bütün zəruri tədbirlər görülüb. Kəsimdən əvvəl və sonra ərazinin dezinfeksiya edilməsi, aidiyyəti qurumlar tərəfindən tullantıların daşınması işləri həyata keçirilməkdədir.
İşğaldan azad olunmuş rayonlarda qurbanlıq heyvanların satışı və kəsimi təşkil edilib
Qurban bayramı ilə əlaqədar işğaldan azad olunmuş Ağdam, Cəbrayıl, Füzuli və Laçın rayonlarında qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub. Əhalinin tələbatı nəzərə alınaraq həmin rayonlarda xüsusi kəsim-satış məntəqələri və ya çadırları quraşdırılıb. Həm məntəqələrdə, həm də səyyar çadırlarda baytarlıq-sanitariya qaydalarına uyğun şərait yaradılıb, fasiləsiz su təminatı təşkil edilib. Baytarlıq nəzarətindən keçmiş, sanitar-gigiyenik tələblərə uyğun şəkildə kəsilmiş qurbanlıq heyvanların əhaliyə təqdim olunması üçün bütün zəruri tədbirlər görülüb. Müasir standartlara cavab verən səyyar heyvan kəsimi çadırlarında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları da fəaliyyət göstərir. Qurbanlıq heyvanlarda hər hansı xəstəlik şübhəsi yarandığı halda, daxili orqanlardan nümunələr götürülərək laboratoriyalarda operativ şəkildə müayinə aparılacaq. Qeyd edək ki, Qurban bayramı günlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Aparatının regional bölmələri və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.
Qurban bayramı günlərində ölkə üzrə 134 ünvanda satış və kəsim xidmətləri göstərilir
Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvanların satışı və kəsiminin müvafiq norma və qaydalara uyğun şəkildə təşkili məqsədilə Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti dövlət qurumları tərəfindən bütün zəruri tədbirlər görülüb. Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkə üzrə ümumilikdə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub. Bu məntəqələrin 75-də satış-kəsim, 27-də yalnız satış, 32-də isə yalnız kəsim xidmətləri vətəndaşlara təqdim edilir. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılıb. Həmçinin işğaldan azad edilmiş Ağdam, Cəbrayıl, Füzuli və Laçın rayonlarında da qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Eyni zamanda ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən qurbanlıq heyvan ətinin satışı xidməti də həyata keçirilir. Qurbanlıq heyvanlarda hər hansı xəstəliyə şübhə yarandığı halda baytar həkim tərəfindən daxili orqanlardan nümunələr götürülərək həm yerində fəaliyyət göstərən laboratoriyalarda, həm də Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələr aparılır. Qida Təhlükəsizliyi İnstitutunun stasionar və səyyar laboratoriyaları gücləndirilmiş iş rejimində çalışır. Vətəndaşlardan bayram günlərində heyvan satışı və kəsimi ilə bağlı hər hansı xoşagəlməz hallarla qarşılaşdıqları təqdirdə aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003 - Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş