AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
16 Mart 2021 17:39
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 15 mart 2021-ci il tarixində ölkə üzrə 333 ictimai iaşə obyektində 574 monitorinq keçirilib. Monitorinqlər zamanı 31 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrarayonda yerləşən fiziki şəxs Əyyubov Kərbbərayiibrahim Əyyub oğluna məxsus kafe;
2. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, fiziki şəxs Babayev Namiq Natiq oğluna məxsus dönər evi;
3. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 25E ünvanında yerləşən, hüquqi şəxs “CP Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus kafe;
4. Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi ev 27a ünvanında yerləşən, fiziki şəxs Musayev Alim Teymur oğluna məxsus “Məclis” çay evi;
5. Bakı şəhəri, Xətai rayonu, M. Hadi və Sarayevo küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus “Pakdad” kafe;
6. Bakı şəhəri, Xətai rayonu, Hadi ev 23H ünvanında yerləşən, fiziki şəxs Əsgərov Əsgər Zahir oğluna məxsus kafe;
7. Bakı şəhəri, Nərimanov rayonu, C. Hacibəyli ev 238 ünvanında yerləşən, fiziki şəxs Rzayev Qalib Hidayət oğluna məxsus “Köz tantuni” dönər evi;
8. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 239 ünvanında yerləşən, fiziki şəxs Əhmədov Elmin Pərviz oğluna məxsus kafe;
9. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 38-də yerləşən hüquqi şəxs "Siti Keyterinq" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Cafecity" restoranı;
10. Bakı şəhəri, Nəsimi rayonu, M. Qardaşları ev 22 ünvanında yerləşən, fiziki şəxs Ömərova Samirə Camalovna qızına məxsus "London" kafesi;
11. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 17 ünvanında yerləşən, fiziki şəxs Salehova Aygül Bəhruz qızına məxsus “Boho Tea Room” kafesi;
12. Bakı şəhəri, Səbail rayonu, Bibi Heybət dalan 2 ünvanında yerləşən, fiziki şəxs Babayeva Gülşən Dumuş qızına məxsus “Elit” kafesi;
13. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ev 7 ünvanında yerləşən, hüquqi şəxs "Ìnci Group of Companies” Qapalı Səhmdar Cəmiyyətinə məxsus kafe;
14. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində yerləşən, fiziki şəxs Məmmədov Aqilə Amil oğluna məxsus kafe;
15. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində yerləşən, fiziki şəxs İslamov Anar Fazəddin məxsus çay evi;
16. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi ev 24m ünvanında yerləşən, fiziki şəxs Məmmədov Etibar Atif oğluna məxsus “Öz kardeşler” kafesi;
17. Bakı şəhəri, Binəqədi rayonu, S. Axundov küçəsində yerləşən, fiziki şəxs Əsədov Təşkilat Rəhim oğluna məxsus “Cratos” restoranı;
18. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri M. Hüseynzadə ünvanında yerləşən, fiziki şəxs Əkbərova Ruhəngiz Qulu qızına məxsus restoran;
19. Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, 29-cu məhəllədə yerləşən, fiziki şəxs Sədiyev Nizami Əbil oğluna məxsus "Şah dönər" kafesi;
20. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Məmmədova Ceyran Məhərrəm qızına məxsus “Bənövşə" restoranı;
21. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ev 1 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Cəlil Arif oğluna məxsus “Lara Otel” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;
22. Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, fiziki şəxs Cəbrayılov Mayis Kamal oğluna məxsus “Farel” restoranı;
23. Göyçay rayonu, Ə. Rəsulzadə küçəsi 125 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Müqəddəs Sirac oğluna məxsus dönər evi;
24. Ağsu rayonu, Azərbaycan küçəsində yerləşən, fiziki şəxs Səmədov Valeh İbrahim oğluna məxsus çay evi;
25. Qazax rayonu, Nəriman Nərimanov küçəsində yerləşən, fiziki şəxs Əliquluyev Elyar Elman oğluna məxsus kafe ;
26. Quba rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs İskəndərov Rafail Musa oğluna məxsus kafe;
27. Quba rayonu, Əliyev prospekti ev 196 ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Ağa Adil oğluna məxsus “Dönər House” kafesi;
28. Salyan rayonu,T. Xəlilbəyli küçəsində yerləşən, fiziki şəxs Rzayev Eldar Əlirza oğluna məxsus “Terassa” restoranı;
29. Yevlax rayonu, Nizami prospektində yerləşən, fiziki şəxs Həsənzadə Vüsal Qərib oğluna məxsus “Xəmsə” restoranı;
30. Ucar rayonu, Qazyan kəndində yerləşən, fiziki şəxs Güləliyev Azad Rasim oğluna məxsus kafe;
31. Gəncə şəhəri, Abuzər Bəy Rzayev ilə P. Səmədov küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Hüseynov Canpolad İsgəndər oğluna məxsus yeməkxana;
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlərin nəticələri açıqlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq 2024-cü ilin 16-20 dekabr tarixlərində həyata keçirilmiş epizootoloji monitorinqlərin nəticələrini açıqlayıb. Tədbir zamanı epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət qoruqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılaraq vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış 60 baş müxtəlif növ vəhşi quşdan diaqnostik material nümunələri götürülüb. Bundan əlavə, 27 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 270 baş, 20 rayonun (şəhər) 223 ailə təsərrüfatında isə ümumilikdə müxtəlif növ 685 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, bununla yanaşı, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb. Toplanmış epizootoloji məlumatlar və götürülmüş nümunələr barədə məlumatlar müvafiq proqrama daxil edilib. Monitorinqlər müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələr müvafiq laboratoriyalarda müayinə edilib. Aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hala rast gəlinməyib.
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Monqolustanın Xovd vilayətində xırdabuynuzlu heyvanların taun və keçilərin yoluxucu plevropnevmoniyası, Avstriya Respublikasının Aşağı Avstriya, Yuxarı Avstriya, Burqenland, Tirol, Zalsburq ştatlarında blutanq, Polşa Respublikasının Mazoviesk, Lyubelinsk inzibati ərazilərində Nyukasl, Fransa Respublikasının Normandiya regionunda, İsrail Dövlətinin Mərkəz dairəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Xovd vilayətində xırdabuynuzlu heyvanların taun xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların, həmçinin bu ev heyvanlarından alınan məhsulların (virusun məhv edilməsini təmin edən termik emala məruz qalan məhsullar istisna olmaqla) idxalına, habelə qeyd olunan heyvanların Azərbaycan Respublikasının ərazisindən tranzitinə, eləcə də Xovd vilayətində keçilərin yoluxucu plevropnevmoniyası xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların idxalına, habelə Azərbaycan Respublikasının ərazisindən qeyd olunan heyvanların tranzitinə, Aşağı Avstriya, Yuxarı Avstriya, Burqenland, Tirol və Zalsburq ştatlarında xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına, Mazoviesk və Lyubelinsk inzibati ərazilərində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (Nyukasl viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, Normandiya regionunda və Mərkəz dairəsində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ərazilərdən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinə üzv seçilib
Azərbaycan Respublikası Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) İdarəetməyə Nəzarət Komitəsinin üzvü seçilib. Komitədə Azərbaycan, Çin, Avstraliya, Avstriya, Norveç, İrlandiya, Kanada, Çili də daxil olmaqla, ümumilikdə, 16 dövlət təmsil olunur. Bu il ÜHST-nin 91-ci Ali Baş Sessiyasında yaradılan komitənin məqsədi sözügedən təşkilatın normativ sənədlərinin yenilənməsi, maliyyə idarəçiliyi və dünyada sahə üzrə prioritet məsələlərin tənzimlənməsi vəziyyətinin monitorinqinin aparılması və təkmilləşdirilməsindən ibarətdir. Komitənin işi ÜHST-nin Baş Qərargahında yerləşən katiblik tərəfindən koordinasiya ediləcək. Üzv ölkələrin nümayəndələri arasında müxtəlif görüşlərin keçirilməsi, müvafiq sahələr üzrə məsləhətçi və ekspertlərin də iştirakı nəzərdə tutulur. Komitə tərəfindən “İnstitusional, texniki və maliyyə idarəçiliyi üzrə qiymətləndirilmənin nəticələrinə dair hesabat” hazırlanaraq ÜHST-nin rəhbərliyinə təqdim olunacaq. Ölkəmizi İdarəetməyə Nəzarət Komitəsində Azərbaycanın ÜHST-dəki nümayəndəsi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edəcək. Qeyd edək ki, son illər AQTA tərəfindən ölkədə heyvan sağlamlığı və bioloji təhlükəsizliyin təmin edilməsi, başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərinin qarşısının alınması, habelə ətraf mühitdə biotəhlükəsizliyin pozulmasına səbəb olan xəstəliklərə görə sağlamlıq statusunun təsdiq edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə heyvan sağlamlığı sahəsində regional əməkdaşlığın gücləndirilməsi ÜHST tərəfindən yüksək qiymətləndirilir. Belə ki, ölkəmiz dabaq xəstəliyi üzrə Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə məsləhət qrupuna sədr, həmçinin ÜHST-nin “Avropa heyvan rifahı platforması”nın rəhbər komitəsinə üzv seçilib. Cari ildə ölkəmizin xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliklərindən azad olma statusu ÜHST tərəfindən təsdiqlənib. Heyvan sağlamlığı və bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində icra edilən institusional islahatlar nəticəsində ölkəmizə yüksək etimad göstərilərək Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının İdarəetməyə Nəzarət Komitəsinə üzv seçilib.