Qida məhsullarının istehlakçılara çatdırılması zamanı temperatur nəzarətdə saxlanılmalıdır. Bunu xarici ölkələrin təcrübəsi də təsdiq edir. Belə ki, məhsulların xarab olmaması və ya keyfiyyətini itirməməsi üçün temperatur rejiminə əməl olunmalıdır.
Çatdırılma zamanı qida məhsullarına hər hansı kənar müdaxilənin qarşısının alınması qablaşdırmanın dizaynı və müdaxiləni aşkar etməyə imkan verən vasitələrlə həyata keçirilir.
Qablaşdırma məhsulları çirklənmədən, xarici mühitdən və fiziki zədələrdən qoruyur, riskləri minimuma endirir. Sarğılar, qida ilə təmasda olan qablar və plastik torbalar kimi ilkin və ikinci dərəcəli qablaşdırma qida məhsullarını birbaşa qoruyur. Üçüncü dərəcəli və ya xarici qablaşdırma isə çatdırılma çantaları və ya soyuducular, yüksək temperatur, günəş şüası, yağış, qar, tullantılar, heyvanlar və zərərvericilər daxil olmaqla, xarici mühitdən qorunmanı təmin edir.
Qida məhsullarının daşınması və çatdırılması zamanı mal qonşuluğu prinsipinə və qablaşdırmaya xüsusi diqqət yetirilməklə çirklənmə riskləri minimuma endirilməlidir. Həmçinin qida məhsulları çatdırılma zamanı zərərvericilər, ətraf mühitdən daxil olan yağıntı və ya digər mənbələr vasitəsilə çirklənmədən mühafizə olunmalıdır.
Heyvan mənşəli qida məhsulları su keçirməyən, paslanmayan, asan yuyula və dezinfeksiya edilə bilən qablarda saxlanmalı və daşınmalıdır. Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda bildirilir.
Pepino mozaika virusu başda pomidor bitkisi olmaqla, pepino, badımcan, kartof, reyhan bitkilərini, habelə Sarmaşıqkimilər, Quşüzümüçiçəklilər, Pəncərkimilər və b. fəsilələrə daxil olan yabanı bitkiləri sirayətləndirir. İlk dəfə 1974-cü ildə Peruda pepino bitkisi üzərində tapılıb. Kanada və Amerika Birləşmiş Ştatları, Çili, Ekvador, Qvatemala və Peru, Morokko, Çin, Avstriya, Belçika, Yunanıstan, Çexiya, Danimarka, Fransa, Almaniya, Macarıstan, İrlandiya, İtaliya, Holandiya, Polşa, Rumıniya, Slovakiya, İspaniya, İsveç və İngiltərədə istixana şəraitində becərilən pomidor bitkilərində rast gəlinməsi qeydə alınmışdır.
Qida məhsullarının daşınması üçün istifadə olunan nəqliyyat vasitələri və konteynerlər sanitar-gigiyenik cəhətdən təmiz və işlək vəziyyətdə saxlanmalı, kənar iylər olmamalı, qida məhsullarının çirklənmədən müdafiəsini təmin etməli və çirkləndiyi halda təmizlənmə və dezinfeksiya tədbirləri aparılmalıdır.
Yay mövsümü ailə və dostlarla açıq havada əyləncə üçün çoxlu imkanlar təqdim edir. Lakin bu zaman qida yolu ilə keçən bakteriyaların yetişməsi üçün də geniş zəmin yarana bilər. Belə ki, isti havada bakteriyalar daha tez bölünüb çoxalır. Yay əyləncələrində, xüsusən də çimərlikdə olarkən qida mənşəli problemlərdən qorunmaq üçün bəzi tövsiyələri daim diqqətdə saxlamaq lazımdır.
Yağ turşularının xüsusiyyəti onların molekulundakı karbon atomlarının və karbon atomları arasındakı ikiqat rabitələrin sayı, eləcə də bu rabitələrin yerləşdiyi mövqeyə görə müəyyən edilir.
Qidaların zәnginlәşdirilmәsi qidalanma ilə əlaqədar yaranan bir sıra xәstәliklәrin aradan qaldırılmasına kömək edir. Müxtəlif ölkələrdə aparılan 50 tədqiqatın təhlili göstərib ki, qidaların yod, fol turşusu, A vitamini və dəmirlə zənginləşdirilməsi ciddi xəstəliklərin kəskin azalmasına səbəb olub.
Qidalar uzun müddət saxlanılmaq, həmçinin israfçılığın qarşısını almaq və qida təhlükəsizliyini təmin etmək məqsədilə qablaşdırılır. Qidaları qablaşdırmaqdan ötrü ilk dəfə qalayla örtülmüş konserv qutular üçün patent XIX əsrin əvvəllərində Böyük Britaniyadan olan tacir Peter Durand tərəfindən alınıb. Lakin qidaların qablaşdırılması prosesinin daha əvvələ təsadüf etdiyi təxmin olunur. Belə ki, insanlar hələ qədim zamanlarda qidaların daşınması və saxlanması üçün ağacların qabığından və ya yarpaqlarından istifadə ediblər. Sonrakı dövrlərdə onlar bunun üçün heyvan dərisindən, toxunmuş otlardan, boş ağac kötüklərindən və digər vasitələrdən yararlanıblar. Metal və saxsı qabların hazırlanması isə qablaşdırmanın inkişafına təkan verib.
Heyvanlardan insanlara və ya insanlardan heyvanlara keçə bilən və həm insanlarda, həm də heyvanlarda müşahidə edilən yoluxucu xəstəliklər var. Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən bu xəstəliklər zoonoz xəstəliklər adlandırılır.