Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sağlam qidalanma ilə bağlı bir neçə vacib amilə diqqət çəkir.
Aflatoksinin yaranmasına təsir göstərən əsas amillərdən biri də fındıqların anbarlarda düzgün saxlanılmamasıdır. Bu baxımdan saxlanma zamanı qurudulan fındıqlar qaydalara uyğun şəkildə anbarlarda saxlanılmalıdır. Anbarlarda hava axını, quruluq və sərinlik təmin edilməli, temperatur 0-10° C-ni, nəmlik 70 %-i keçməməlidir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi istehlakçıları tərkibində şəkər olan qida məhsullarını alarkən diqqətli olmağa və həmin məhsulların etiket məlumatlarına nəzər yetirməyə çağırır.
Şəkərdən istifadə yeməklərə və içkilərə ləzzət qatmağın ən populyar yollarından biridir. Lakin bu cazibədar dad orqanizmimizə özü ilə birlikdə sağlamlıq üçün risklər də gətirə bilər.
Dəmir hüceyrələrimizin mühərrikini işə salan yanacaq kimidir. Bu, qanımızı qırmızı edən və bədənimizin hər tərəfinə oksigeni daşıyan hemoqlobinin yaranması üçün şərtdir.
Respublikamızda üzümçülük iqtisadiyyatın ənənəvi və aparıcı sahələrindən biri hesab edilir. Bu sahənin inkişafı nəticəsində əldə olunan yüksək iqtisadi gəlir insanların sosial-iqtisadi rifahının yaxşılaşdırılmasında rol oynayır.
Ölkəmizdə fauna və floranın mühafizəsi baxımından heyvan və quşların müəyyən olunmuş qaydalar çərçivəsində ovlanması mühüm ekoloji əhəmiyyət kəsb edir. Müvafiq qurumlar tərəfindən hər il ov mövsümü ərəfəsində ov ərazisi, həmçinin hər bir heyvan və quşun ovlanma müddəti barədə əhaliyə məlumat verilir.
İnsanlar yeməli göbələklərdən qədim zamanlardan istifadə edirlər. Bu məhsul zülallar, aktiv fermentlər, bitki şəkərləri, A, C, D, B qrupu vitaminləri, həmçinin selen, kalium, dəmir və sink duzları ilə zəngindir. Diqqətlə seçilmiş göbələklərdən düzgün hazırlanmış yeməklər təhlükəsiz və ləzzətli olur.
Qəhvəyi mərmər bağacığı polifaq (bir çox bitki növü ilə qidalanan) zərərvericidir. Bu zərərvericinin ölçüsü 12-17 mm, rəngi qəhvəyidir. Üzərində ləkələr olur, bədəni azacıq yastı və armudvari formalıdır. Qəhvəyi mərmər bağacığı 300-dən çox bitki növü ilə qidalanır və onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır.
Naqqa balığı emal olunduqdan, yəni baş və quyruq hissələri kəsildikdən və təmizləndikdən, həmçinin bişirildikdən sonra nərəkimilərə aid balıqlara xas görünüş alır. Buna görə də, naqqanı nərə balığından fərqləndirmək bir qədər çətinləşir. Bu səbəbdən sözügedən balıq növlərini fərqləndirmək üçün bəzi məqamlara diqqət etmək lazımdır.
Qəhvəyi mərmər bağacığı ölçüsü 12-17 mm, rəngi qəhvəyi, üzərində ləkələr olan, bədəni azacıq yastı və armudvari formalı zərərvericidir. Bu zərərverici 300-dən çox bitki növü ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır.