Qida məhsullarının daşınması üçün istifadə olunan nəqliyyat vasitələri və konteynerlər sanitar-gigiyenik cəhətdən təmiz və işlək vəziyyətdə saxlanmalı, kənar iylər olmamalı, qida məhsullarının çirklənmədən müdafiəsini təmin etməli və çirkləndiyi halda təmizlənmə və dezinfeksiya tədbirləri aparılmalıdır.
Yay mövsümü ailə və dostlarla açıq havada əyləncə üçün çoxlu imkanlar təqdim edir. Lakin bu zaman qida yolu ilə keçən bakteriyaların yetişməsi üçün də geniş zəmin yarana bilər. Belə ki, isti havada bakteriyalar daha tez bölünüb çoxalır. Yay əyləncələrində, xüsusən də çimərlikdə olarkən qida mənşəli problemlərdən qorunmaq üçün bəzi tövsiyələri daim diqqətdə saxlamaq lazımdır.
Yağ turşularının xüsusiyyəti onların molekulundakı karbon atomlarının və karbon atomları arasındakı ikiqat rabitələrin sayı, eləcə də bu rabitələrin yerləşdiyi mövqeyə görə müəyyən edilir.
Qidaların zәnginlәşdirilmәsi qidalanma ilə əlaqədar yaranan bir sıra xәstәliklәrin aradan qaldırılmasına kömək edir. Müxtəlif ölkələrdə aparılan 50 tədqiqatın təhlili göstərib ki, qidaların yod, fol turşusu, A vitamini və dəmirlə zənginləşdirilməsi ciddi xəstəliklərin kəskin azalmasına səbəb olub.
Qidalar uzun müddət saxlanılmaq, həmçinin israfçılığın qarşısını almaq və qida təhlükəsizliyini təmin etmək məqsədilə qablaşdırılır. Qidaları qablaşdırmaqdan ötrü ilk dəfə qalayla örtülmüş konserv qutular üçün patent XIX əsrin əvvəllərində Böyük Britaniyadan olan tacir Peter Durand tərəfindən alınıb. Lakin qidaların qablaşdırılması prosesinin daha əvvələ təsadüf etdiyi təxmin olunur. Belə ki, insanlar hələ qədim zamanlarda qidaların daşınması və saxlanması üçün ağacların qabığından və ya yarpaqlarından istifadə ediblər. Sonrakı dövrlərdə onlar bunun üçün heyvan dərisindən, toxunmuş otlardan, boş ağac kötüklərindən və digər vasitələrdən yararlanıblar. Metal və saxsı qabların hazırlanması isə qablaşdırmanın inkişafına təkan verib.
Heyvanlardan insanlara və ya insanlardan heyvanlara keçə bilən və həm insanlarda, həm də heyvanlarda müşahidə edilən yoluxucu xəstəliklər var. Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən bu xəstəliklər zoonoz xəstəliklər adlandırılır.
Yersinioz qızılbalıqlarda (alabalıq) tez-tez rast gəlinən kəskin və xroniki infeksion xəstəlikdir. Həm təbii mühitdə, həm də akvakultura şəraitində olan qızılbalıqlar bu xəstəliyə çox həssasdır. Ona görə də, qızılbalıqlar, xüsusilə də onların cavan fərdləri yersinioz xəstəliyinə daha tez yoluxur.
Fındıq yastıcası əsasən gavalı, moruq və üzümə ziyan vursa da, fındıq, qoz, armud, heyva, ərik, şaftalı, gilas, badam və digər meyvə bitkiləri, o cümlədən müxtəlif dekorativ və enliyarpaqlı meşə bitkilərinə (xüsusən də ağ akasiyaya) də ziyan vurur.
Balıqçılıq təsərrüfatlarının qurulması, avadanlıqlarla təchiz edilməsi, istismarı və bu təsərrüfatlarda sanitariya rejiminə əməl olunması xüsusi qaydalar əsasında həyata keçirilməlidir.
Qeyri-düzgün qidalanma insanın iş qabiliyyətini və orqanizminin müdafiə gücünü azaldır. Həmçinin orqanizmdə maddələr mübadiləsini pozur, insanın vaxtından əvvəl qocalmasına və onda bir çox, o cümlədən infeksion xəstəliklərin yaranmasına səbəb olur.
Duzdan hələ bəşəriyyətin ilk çağlarında yeməklərin dadını və duzluluğunu artırmaq üçün istifadə olunub. Duzun emalı ilə bağlı ilkin fəaliyyətlər isə 8000 il əvvələ təsadüf edir. Natrium xlorid kimi bilinən duz 40% natrium və 60% xlorid ionlarından ibarətdir. Qışda duz əlavə edilərək ət və digər mövsümi qidaların uzun müddət saxlanması duzu çox əh
Giriş