Qida zəhərlənmələrinə daha çox yay aylarında təsadüf edilir. Zəhərlənmələrə bakteriya və onların toksinləri, viruslar, parazitlər və ya kimyəvi maddələrlə yoluxmuş qida və su qəbulu səbəb ola bilər. Araşdırmalar göstərir ki, zəhərlənmələrə əsasən qida məhsulları ilə düzgün davranmamaq, qidaların saxlanma və emal qaydalarına əməl etməmək səbəb olur. Qida vasitəsilə yaran
Arı mumu - işçi arılar tərəfindən sintez olunan, xarakterik bal qoxusuna malik, yağabənzər, çoxkomponentli bərk maddədir. Sarı, ağ və ya ağımtıl rəngdə olur. Sarı arı mumu bilbaşa pətəkdən, digərləri sarı bal mumundan əldə edilir. Arılar mumu tüpürcək vəzilərinin şirəsində həll edərək şanın toxunması prosesində ondan yararlanırlar. Ana və erkək arılarda mum ifrazat vəzilər
Yay mövsümü ailə və dostlarla açıq havada əyləncə üçün çoxlu imkanlar təqdim edir. Lakin bu zaman qida yolu ilə keçən bakteriyaların yetişməsi üçün də geniş zəmin yarana bilər. Belə ki, isti havada bakteriyalar daha tez bölünüb çoxalır. Yay əyləncələrində, xüsusən də çimərlikdə olarkən qida mənşəli problemlərdən qorunmaq üçün bəzi tövsiyələri daim diqqətdə saxlamaq lazımdır. İlk növbədə gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Qida təhlükəsizliyi əllərin düzgün və təmiz yuyulmasından başlayır.
Pestisidlər ziyanverici, xəstəlik və alaq otları ilə mübarizə aparmaq, onlara nəzarət edə bilmək və zərərlərini azaltmaq, eləcə də məhsuldarlığı artırmaq məqsədilə geniş istifadə olunan kimyəvi maddələrdir. Pestisidlərdən istifadənin bir çox problemləri onların ksenobiotik, yəni təbiət üçün yad kimyəvi birləşmələr olmasından irəli gəlir. Pestisidlərin daşınması, tətbiq
Hazırda insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu zoonoz xəstəliklər hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən heyvanlardan insanlara və ya insanlardan heyvanlara keçə bilən, insan və heyvanlar üçün ümumi yoluxucu xəstəliklər belə adlanır. Etiologiyasından asılı ol
Dabaq – cütdırnaqlı heyvanların yoluxduğu virus mənşəli xəstəlikdir. Heyvanın yemdən imtina etməsi, gövşəmənin pozulması və ya tam dayanması, ağızdan selik axının çoxalması, yüksək hərarət, dırnaq və yelində yaraların əmələ gəlməsi, ağızda, burun ətrafında qabarcıqların yaranması və başqa əlamətlərlə özünü göstərir. Xəstəliyin törədicisi RNT tə
Qida məhsullarının tərkibində yaranan toksiki elementlər insan sağlamlığı üçün ciddi təhlükə törədir. Aflatoksin də qidanın təhlükəsizliyinə və dəyərliliyinə mənfi təsir göstərən zəhərli maddələrdəndir. Bu toksinin miqdarı normadan yüksək olduqda insan sağlamlığı üçün xüsusi təhlükə mənbəyinə çevrilir. Qeyd edək ki,
Mətbəxdə qida təhlükəsizliyinin təmin edilməsi üçün bir çox qaydalara riayət olunmalıdır. Əksər mikroorqanizmlər xəstəlik törətməsə də, təhlükəli mikroorqanizmlər torpaqda, suda və bütün canlılarda geniş yayılıb. Bu mikroorqanizmlər əllərdə, dəsmallarda, qab-qacaqda, xüsusən kəsici taxtalarda daşınır, ən kiçik təmasda belə onlar qidaya k
Bitki mühafizə qaydalarına düzgün əməl etməklə əkin sahələrindən daha keyfiyyətli və yüksək məhsul əldə etmək və iqtisadi gəlir səviyyəsini yüksəltmək mümkündür. Odur ki, zərərli orqanizmlərlə mübarizədə kompleks şəkildə aqrotexniki, fiziki, mexaniki, kimyəvi və bioloji üsullardan istifadə olunması böyük əhəmiyyət kəsb edir. Zərərli orqan
Hazırda dünyanın 50-yə yaxın ölkəsində yayılan Cənub-Şərqi Asiya mənşəli Sitrus ağqanadlısı (Dialeurodes citri) sitrus bitkilərinin əsas zərərvericilərindən biridir. Azərbaycanda ilk dəfə 60-cı illərdə rast gəlinən zərərverici respublikanın müxtəlif bölgələrində, xüsusən də sitrus meyvəçiliyi inkişaf etmiş cənub bölgəsində geniş yayılıb. Sitrus ağqanadlıs
Təbii bal antiseptik, bakterisid, iltihaba qarşı, bərpaedici, sakitləşdirici və tonuslaşdırıcı təsirlərə malikdir. Odur ki, burun-boğaz, ürək-damar, mədə-bağırsaq, qaraciyər, göz, dəri, oynaq xəstəliklərinin müalicəsində əvəzolunmaz dərman vasitəsi kimi tətbiq edilir. Həmçinin kosmetik məqsədlər üçün baldan geniş istifadə olunur. Yetişmiş balın 15-20 %-i sud
Qida və dərmanın eyni vaxtda qəbulu dərmanın orqanizmdə paylanması, xaric olması və nəticədə farmakoterapiyanın effektivliyi və təhlükəsizliyinə güclü təsir göstərə bilər. Qida ilə dərmanın qarşılıqlı əlaqəsi dərmanların oral tətbiqində əsas problemlərdən biridir. Son illərdə farmakokinetik qida-dərman qarşılıqlı təsirini idarə edən mexanizmləri aydınlaşdırmaq üç&uu