Qəhvəyi mərmər bağacığı nədir? - Qəhvəyi mərmər bağacığı ölçüsü 12-17 mm, rəngi qəhvəyi, üzərində ləkələr olan, bədəni azacıq yastı və armudvari formalı zərərvericidir. Bu zərərverici 300-dən çox bitki növü ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Qəhvəyi mərmər bağacığın yayılması: - Qəhvəyi mərmər bağacığın yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayılır. Eyni zamanda yetkin fərdləri təbii yolla (uçmaqla) 35-100 km-dək məsafə qət edə bilirlər. Qəhvəyi mərmər bağacığı ilə mübarizə üsulları: - Payız və qış dövründə qışlama yerlərinin maksimum azaldılması məqsədilə qəhvəyi mərmər bağacığın gizlənə bildiyi sığınacaqlara, o cümlədən qaranlıq yerlərə xüsusi diqqət yetirilir. Yaşayış və köməkçi binalarda pəncərələr torla bağlanır. - Yaşayış binalarında və mənzillərdə müxtəlif əşyaların arxa hissəsinə, həmçinin mühəndis qurğuların arakəsmələrinə xüsusi diqqət yetirilir. Aşkar olunduqları təqdirdə, süpürgə, tozsoran və digər vasitələrlə toplanaraq məhv edilir. - Yaz və yay aylarında əkin sahələrində maksimum sayda meyvə və tərəvəz bitkilərinin yarpaqlarının alt səthi, yarpaq tumurcuqları və meyvə saplaqlarının birləşmə yerləri diqqətlə yoxlanılır. Zərərvericinin aşkar edildiyi əkin sahələrində və təsərrüfat tikililərində toplayıcı (aqreqasiya) feromon tələlər asılır. - Qəhvəyi mərmər bağacığı aşkar olunduğu hallarda kimyəvi mübarizə tədbirləri yalnız mütəxəssislərin tövsiyələri əsasında müəyyən edilməli və zərərvericinin uçuş fəallığının azaldığı axşam saatlarında yerinə yetirilməlidir. İkinci dəfə kimyəvi dərmanlama zərərvericinin I nəsil sürfələrinin çıxdığı vaxt aparıla bilər.
Helmintlər tərəfindən törədilən və heyvanlardan insanlara yoluxan helmintozlar parazitar zoonoz xəstəliklərdəndir. Miqyasına görə bakteriya və virus mənşəli zoonoz xəstəliklərdən sonra ikinci yerdə durur və qlobal xarakter daşıyır. Balıq və balıq məhsullarının istehlakı ilə insanlara yoluxan belə xəstəliklərə anizakidoz, dioktofimoz, difillobotrioz, opistorxoz və digərlərini şamil etmək olar. Anizakidoz (lat. Anisacidosis) – zoonoz nematodoz olub, Anisakidae ailəsinə mənsub Anisakis cinsli helmintlər tərəfindən törədilən xəstəlikdir. Xroniki gedişə malik xəstəlik olmaqla insanlarda toksiko-allergik reaksiyalara və mədə-bağırsaq traktının müxtəlif zədələnmələrinə səbəb olur. Xəstəliyin simptomları (ürəkbulanma, qusma, səpgi, qızdırma, ishal, diareya və s.) qida zəhərlənmələrini xatırladır. Çiy və müvafiq termiki təsirdən keçməyən balıq məhsullarının istehlakı anizakidozun insanlar arasında yayılma riskini artırır.
Meyvə ağaclarının bakterial yanığı xəstəliyi ilk dəfə Şimali Amerikada qeydə alınıb və 1960-cı ildən başlayaraq Avropa və Orta Şərqdə geniş yayılıb. Karantin statusuna görə Cənubi və Şərqi Afrikada, həmçinin Argentina, Braziliya, Çili, Bəhreyn, Çin, Özbəkistan, Belarus, Gürcüstan, Moldova kimi ölkələrdə A1, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan kimi dövlətlərdə A2 siyahısına salınıb. Azərbaycanda ilk dəfə 2019-cu ilin may ayında Zaqatala-Balakən bölgəsindən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyasına daxil olmuş alma və armud ağaclarının nümunələrində aşkar edilib.
Qida mənşəli zoonoz xəstəliklər adətən mikroorqanizmlərlə çirklənmiş heyvan mənşəli qida məhsullarının insanlar tərəfindən istehlakı zamanı baş verir. Avropa Birliyi ölkələrində hər il yüz minlərlə insanın qida mənşəli zoonoz xəstəliklərə yoluxma halı qeydə alınır. Bir faktı qeyd etmək kifayətdir ki, zoonoz xəstəliklərin insan sağlamlığı baxımından nə qədər təhlükəli olduğu barədə təsəvvür yaransın: hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür. Bu infeksiya insanlara xəstə heyvanların əti, ondan hazırlanmış yarımfabrikat və digər məhsullar, ölmüş heyvanın leşi, dərisi, daxili orqanları, qarayara sporları ilə çirklənmiş torpaq, su, hava və digər xarici mühit amilləri vasitəsilə ötürülür. Qarayara törədicilərinin transmissiv ötürülməsində qansoran həşəratlar da müəyyən rol oynayır.
Qida sənayesində geniş istifadə olunan qablaşdırma materiallarından biri də plastik qablaşdırmadır. Dünyada hər il 250 milyon tondan çox istehsal edilən polistirol, polipropilen, polietilen, polimetilmetakrilat və polivinilxlorid kimi neft əsaslı sintetik plastiklər gündəlik həyatımızın bütün sahələrində geniş istifadə olunur. Belə neft əsaslı sintetik qablaşdırma materiallarının çürüməsi isə əsrlər ərzində baş verir. Nəticədə təbiətdə uzun müddət parçalana bilmədiyi üçün ətraf mühitin çirklənməsinə və digər zəhərli təsirlərə səbəb olur. Bu materiallardan yaranan tullantıların artması ekoloji problemlərə gətirib çıxarır.
Bir çox kənd təsərrüfatı bitkilərinin yüksək məhsuldarlığını təmin etmək üçün pestisidlərin tətbiqi vacibdir. Lakin bu zaman yaranan problemlərdən biri onların tətbiq olunduğu sahədən kənar ərazilərə yayıla bilməsidir. İstənilən pestisidin tətbiqi zamanı işçi məhlul damcılarının və ya buxarın hava axını vasitəsilə yayılması və yaxınlıqda olan qeyri-hədəf həssas bitkilərə mənfi təsiri baş verə bilər.
Quduzluq virus mənşəli olub sinir sisteminin iltihabı ilə səciyyələnən ağır infeksion zoonoz xəstəlikdir. Bu infeksiya növü ilə demək olar ki, bütün növ ev və kənd təsərrüfatı heyvanları, vəhşi heyvanlar, həmçinin insanlar yoluxur.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən istehlakçıların qida zəhərlənmələrindən qorunması məqsədilə növbəti maarifləndirici videoçarx hazırlanıb.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinin Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun əməkdaşları tərəfindən 2024-cü il üzrə “Milli Monitorinq Planı” çərçivəsində həyata keçirdikləri monitorinqlər zamanı tumlu-çəyirdəkli meyvə bağlarından götürülən nümunələrdə karantin tətbiq edilən Qonur monilioz çürümə xəstəliyinin aşkarlanma hallarına rast gəlinmişdir.
Ev (məişət) şəraitində qida hazırlayarkən qida mənşəli xəstəliklərin qarşısını almaq, eləcə də zəhərlənmə təhlükəsini aradan qaldırmaq üçün müəyyən qaydalara diqqət edilməlidir.
Qida zəhərlənmələri bütün dünyada tez-tez rast gəlinən bir haldır və isti havalarda, yaz-yay aylarında daha çox təsadüf edilir. Zəhərlənmələrə mikroorqanizmlər, onların toksinləri və ya kimyəvi maddələrlə çirklənmiş qida qəbulu səbəb ola bilər.
Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat şəkildə təşkili üçün heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməlidir.