Mineral maddələr heyvan orqanizmində dayaq-hərəkət sisteminin formalaşmasında, həzm proseslərinin, qələvi-turşu balansının və osmotik təzyiqin tənzimlənməsində mühüm rol oynayır. Bu maddələrə daxil olan manqan, dəmir, sink, mis, kobalt, molibden kimi mikroelementlərin isə heyvan orqanizmində metabolik proseslərin tənzimlənməsində, qanyaranmada, orqanizmin müdafiə funksiyasının formalaşmasında, həzm traktında mikrofloranın fəaliyyətində, zülalların biosintezində və digər proseslərdə əhəmiyyəti böyükdür.
Naqqa balığı emal olunduqdan, yəni baş və quyruq hissələri kəsildikdən və təmizləndikdən, həmçinin bişirildikdən sonra nərəkimilərə aid balıqlara xas görünüş alır. Buna görə də, naqqanı nərə balığından fərqləndirmək bir qədər çətinləşir. Bu səbəbdən sözügedən balıq növlərini fərqləndirmək üçün bəzi məqamlara diqqət etmək lazımdır.
Qəhvəyi mərmər bağacığı ölçüsü 12-17 mm, rəngi qəhvəyi, üzərində ləkələr olan, bədəni azacıq yastı və armudvari formalı zərərvericidir. Bu zərərverici 300-dən çox bitki növü ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır.
Virus mənşəli bitki xəstəliklərinin idarə olunmasında ən səmərəli üsul istehsal sahəsinə virusun daxil olmasının qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsidir.
Qida məhsullarının istehlakçılara çatdırılması zamanı temperatur nəzarətdə saxlanılmalıdır. Bunu xarici ölkələrin təcrübəsi də təsdiq edir. Belə ki, məhsulların xarab olmaması və ya keyfiyyətini itirməməsi üçün temperatur rejiminə əməl olunmalıdır.
Çatdırılma zamanı qida məhsullarına hər hansı kənar müdaxilənin qarşısının alınması qablaşdırmanın dizaynı və müdaxiləni aşkar etməyə imkan verən vasitələrlə həyata keçirilir.
Qablaşdırma məhsulları çirklənmədən, xarici mühitdən və fiziki zədələrdən qoruyur, riskləri minimuma endirir. Sarğılar, qida ilə təmasda olan qablar və plastik torbalar kimi ilkin və ikinci dərəcəli qablaşdırma qida məhsullarını birbaşa qoruyur. Üçüncü dərəcəli və ya xarici qablaşdırma isə çatdırılma çantaları və ya soyuducular, yüksək temperatur, günəş şüası, yağış, qar, tullantılar, heyvanlar və zərərvericilər daxil olmaqla, xarici mühitdən qorunmanı təmin edir.
Qida məhsullarının daşınması və çatdırılması zamanı mal qonşuluğu prinsipinə və qablaşdırmaya xüsusi diqqət yetirilməklə çirklənmə riskləri minimuma endirilməlidir. Həmçinin qida məhsulları çatdırılma zamanı zərərvericilər, ətraf mühitdən daxil olan yağıntı və ya digər mənbələr vasitəsilə çirklənmədən mühafizə olunmalıdır.
Heyvan mənşəli qida məhsulları su keçirməyən, paslanmayan, asan yuyula və dezinfeksiya edilə bilən qablarda saxlanmalı və daşınmalıdır. Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda bildirilir.
Pepino mozaika virusu başda pomidor bitkisi olmaqla, pepino, badımcan, kartof, reyhan bitkilərini, habelə Sarmaşıqkimilər, Quşüzümüçiçəklilər, Pəncərkimilər və b. fəsilələrə daxil olan yabanı bitkiləri sirayətləndirir. İlk dəfə 1974-cü ildə Peruda pepino bitkisi üzərində tapılıb. Kanada və Amerika Birləşmiş Ştatları, Çili, Ekvador, Qvatemala və Peru, Morokko, Çin, Avstriya, Belçika, Yunanıstan, Çexiya, Danimarka, Fransa, Almaniya, Macarıstan, İrlandiya, İtaliya, Holandiya, Polşa, Rumıniya, Slovakiya, İspaniya, İsveç və İngiltərədə istixana şəraitində becərilən pomidor bitkilərində rast gəlinməsi qeydə alınmışdır.
Qida məhsullarının daşınması üçün istifadə olunan nəqliyyat vasitələri və konteynerlər sanitar-gigiyenik cəhətdən təmiz və işlək vəziyyətdə saxlanmalı, kənar iylər olmamalı, qida məhsullarının çirklənmədən müdafiəsini təmin etməli və çirkləndiyi halda təmizlənmə və dezinfeksiya tədbirləri aparılmalıdır.
Yay mövsümü ailə və dostlarla açıq havada əyləncə üçün çoxlu imkanlar təqdim edir. Lakin bu zaman qida yolu ilə keçən bakteriyaların yetişməsi üçün də geniş zəmin yarana bilər. Belə ki, isti havada bakteriyalar daha tez bölünüb çoxalır. Yay əyləncələrində, xüsusən də çimərlikdə olarkən qida mənşəli problemlərdən qorunmaq üçün bəzi tövsiyələri daim diqqətdə saxlamaq lazımdır.