Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli oktyabrın 2-si saat 10:00-da Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi 44 ünvanında Naxçıvan şəhəri və Culfa, Ordubad, Babək, Kəngərli, Sədərək, Şahbuz, Şərur rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq oktyabrın 1-dək qəbula yazıla bilərlər.
Son dövrlərdə ictimai iaşə müəssisələri və ailəvi istirahət mərkəzlərində müxtəlif növ vəhşi heyvan və quşların saxlanılaraq nümayiş etdirilməsi hallarının geniş yayılması müşahidə olunur. Bu hal heyvan və quşların insanlarla təması, zoonoz xəstəlik törədicilərinin insanlara ötürülməsi, həmçinin ölkədə bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır. Qeyd etmək lazımdır ki, vəhşi heyvan və quşların ailəvi istirahət məkanlarında və ictimai iaşə müəssisələrində saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır. Belə hallarda yarana biləcək təhlükəli xəstəliklərin qarşısının alınması və biotəhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə üzrə ictimai iaşə müəssisələrində və ailəvi istirahət mərkəzlərində müvafiq monitorinqlərə başlayıb. AQTA diqqətə çatdırır ki, monitorinqlər mütəmadi olaraq davam etdiriləcək və qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilərsə, Agentlik tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli sentyabrın 26-sı saat 15:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 70) 405 01 85 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla sentyabrın 25-dək qəbula yazıla bilərlər.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) meyvə və tərəvəz məhsullarının ixracı ilə məşğul olan sahibkarlara müraciət edib. Bildiririk ki, beynəlxalq ticarət zamanı karantin zərərvericilərinin yayılmasının qarşısının alması ilə bağlı beynəlxalq standartların və idxalçı ölkələrin tələblərinin pozulması gələcəkdə ixrac potensialına mənfi təsir göstərməklə yanaşı, müəyyən qadağalara da səbəb ola bilər. İxrac olunan bitkiçilik məhsullarının qablaşdırılmasında istifadə edilən bəzi materiallara yapışqanlı stikerlərlə vurulan etiket məlumatları beynəlxalq standartların tələblərinə uyğun olaraq dayanıqlı, oxunaqlı və möhkəm olmalıdır. Tələblərə əməl edilmədikdə bu hal idxalçı ölkələrin tələblərinin pozulmasına gətirib çıxarır ki, bu da uyğunsuzluq kimi dəyərləndirilir. Ənənəvi qablaşdırmadan müasir qablaşdırmaya keçid və beynəlxalq standartlara uyğun qablaşdırma növlərindən istifadə gələcəkdə ixrac potensialını və məhsulların xarici bazarlarda rəqabət qabiliyyətini artıra bilər. Hazırda bitkiçilik məhsullarının ixracında artım dinamikası qeydə alınmaqdadır. Odur ki, bitkiçilik məhsullarının idxalçı ölkələrin etiketlənmə və qablaşdırma materiallarına dair tələblərinə, həmçinin “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələrək təsdiq edilmiş Beynəlxalq Standartların tələblərininə ciddi riayət edilməlidir. Sahibkarlar əlavə sualları yaranacağı təqdirdə, Agentliyin mərkəzi aparatına, həmçinin müvafiq regional bölmələrinə və 1003 qaynar xəttinə zəng vuraraq müraciət edə bilərlər.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli sentyabrın 11-i saat 15:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 70) 405 01 85 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli sentyabrın 4-ü saat 15:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 70) 405 01 85 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
Məlum olduğu kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2025-ci il 20 may tarixli 56 nömrəli Qərarı ilə “Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları” (bundan sonra – Qaydalar) təsdiq edilib. Bu Qaydalar insan həyat və sağlamlığını, eləcə də istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası mərhələlərində istifadə olunan qida məhsulları ilə təmasda olan material və məmulatlara dair tələbləri müəyyənləşdirir. Eyni zamanda ölkədə istehsal və emal edilən, habelə Nazirlər Kabinetinin 2023-cü il 4 aprel tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida təhlükəsizliyi nəzarətinə aid edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı”nda göstərilən material və məmulatları əhatə edir. Qaydalara əsasən, qida məhsulları ilə təmasda olan material və məmulatlar insan sağlamlığına təhlükə yaratmamalı, qida məhsulunun tərkibini mənfi istiqamətdə dəyişməməli, habelə qida məhsulunun orqanoleptik (rəng, qoxu və s.) xüsusiyyətlərinin pisləşməsinə səbəb olmamalıdır. Bundan əlavə, Qaydalarda müxtəlif növ, o cümlədən kağız, metal və şüşə əsaslı material və məmulatlara, habelə onların etiketlənməsinə dair xüsusi tələblər əksini tapıb, sözügedən məhsulların istehsalı ilə bağlı bəzi məhdudiyyətlər müəyyyən edilib. Qida məhsullarının qablaşdırılmasında istifadə olunan material və məmulatların istehsalı zamanı sözügedən Qaydaların tələblərinə əməl olunması bu sahədə keyfiyyət və təhlükəsizlik göstəricilərinin yüksəldilməsi işinə ciddi töhfə verəcək. Məlumat üçün qeyd edirik ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.8-ci maddəsində “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə cavab verməyən qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalına, emalına, satış məqsədilə saxlanmasına, satışına və ya başqa cür özgəninkiləşdirilməsinə görə fiziki, vəzifəli və hüquqi şəxslər üçün müəyyən məbləğlərdə cərimələr nəzərdə tutulub. Nəzərinizə çatdırırıq ki, Qaydalar 2025-ci ilin 20 avqust tarixindən qüvvəyə minir. Qaydalarla aşağıdakı link vasitəsi ilə yaxından tanış ola bilərsiniz: https://e-qanun.az/framework/59853
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli avqustun 18-i saat 10:00-da Naftalan şəhər Heydər Əliyev Mərkəzində Naftalan, Gəncə şəhərləri və Samux, Kəlbəcər, Daşkəsən, Göygöl, Goranboy, Xocalı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq avqustun 17-dək qəbula yazıla bilərlər. Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti dövlət qurumlarının və beynəlxalq ekspertlərin iştirakı ilə respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərlə çirklənmiş ərazilərin mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi aparılıb, həyata keçirilən tədqiqatlar və risk analizləri nəticəsində 11 rayon üzrə 14 məntəqədə bu cür təhlükə potensiallı obyektlərin mövcudluğu müəyyən edilib. Ötən il Agentlik və Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyasının birgə təşəbbüsü ilə cəlb edilmiş xüsusi lisenziyalı şirkət tərəfindən Ağstafa və Beyləqan rayonlarından ümumilikdə 747 ton istifadəyə yararsız pestisidin və həmin maddələrlə bilavasitə qarışaraq çirklənmiş torpaq kütləsinin beynəlxalq təhlükəsizlik tələblərinə uyğun qaydada qablaşdırılması və zərərsizləşdirilməsi məqsədilə xüsusi nəqliyyat vasitəsilə “Cəngi pestisid poliqonu”na daşınması və yerləşdirilməsi təmin olunub. Ağstafa və Beyləqan rayonlarında daşınmanın həyata keçirildiyi ərazilərdə çirklənməyə məruz qalmış torpaq sahələrinin bioloji üsullarla bərpası (bioremediasiya) məqsədilə Agentlik tərəfindən müvafiq təlimat və Vahid Plan hazırlanaraq aidiyyəti dövlət qurumlarının iştirakı ilə bu istiqamətdə işlərin icrasına başlanılıb. Qeyd edək ki, həyata keçirilən bu tədbirlər növbəti mərhələdə digər rayonlardakı təhlükə potensiallı obyektlərdə də davam etdiriləcək, müəyyən edilmiş istifadəyə yararsız pestisidlərin zərərsizləşdirilməsi üzrə ardıcıl addımlar atılacaq. Ağstafa və Beyləqan rayonları üzrə keçmiş Kənd Kimya Birliklərinin ərazilərində icra olunan, eləcə də yaxın müddətdə digər rayonlarda həyata keçirilməsi planlaşdırılan tədbirlər ölkə üçün strateji əhəmiyyət daşıyır. Bu fəaliyyətlər ətraf mühitin mühafizəsinə yönəldilməklə yanaşı, ekosistemin qorunmasına, insan sağlamlığı, heyvanlar və bitkilər üçün potensial risklərin qarşısının alınmasına xidmət edir.
Qida Təhlükəsizliyi Agentliyi bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlara müraciət edərək, beynəlxalq ticarətdə tətbiq olunan qablaşdırma və etiketlənmə tələblərinə ciddi şəkildə əməl olunmasının vacibliyini xatırladır. Bu istiqamətdə Agentlik tərəfindən sahibkarlarla dəfələrlə görüşlər keçirilib və ixrac zamanı mümkün risklərin qarşısının alınması məqsədilə vacib məsələlər diqqətə çatdırılıb. Belə ki, ixrac olunan məhsulların etiketləri məhsul barədə bütün zəruri məlumatları əks etdirməli, tara üzərində dayanıqlı, oxunaqlı və möhkəm şəkildə yerləşdirilməlidir. Həmçinin idxalçı ölkələrin müxtəlif bitkiçilik məhsulları üzrə tövsiyə olunan qutu növlərindən istifadə edilməlidir. Bitkiçilik məhsullarının daşınmasında istifadə olunan meşə materiallarından hazırlanmış altlıqlar və taxta qablaşdırma materialları “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyaya əsasən təsdiq edilmiş 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartın tələblərinə uyğun şəkildə işlənməlidir. Bildiririk ki, sahibkarlar ixrac zamanı qablaşdırma və etiketlənmə ilə bağlı beynəlxalq tələblərə tam əməl etməli, məhsullar düzgün tərtibatda və təhlükəsiz şəkildə təqdim olunmalıdır. Qeyd olunan tələblərin pozulması halları gələcəkdə ixrac prosesində ciddi fəsadlara yol aça bilər. Qida Təhlükəsizliyi Agentliyi bütün sahibkarları bir daha diqqətli olmağa, beynəlxalq tələblərə ciddi yanaşmağa və ixrac prosesi zamanı heç bir riskə yol verməməyə çağırır.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyulun 4-ü saat 10:00-da Abşeron rayon Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri və Abşeron, Zəngilan, Qubadlı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq iyulun 3-dək qəbula yazıla bilərlər. Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.
Qida Təhlükəsizliyi Agentliyi meyvə və tərəvəz ixracı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edir ki, ölkəmizdən ixrac olunan bitkiçilik məhsullarının daşınmasında istifadə olunan meşə materiallarından hazırlanmış altlıq və qablaşdırma materialları “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələrək təsdiq edilmiş 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartın tələblərinə uyğun formada işlənməlidir. Həmçinin məhsulların etiketlənməsi idxalçı ölkənin tələblərinə uyğun həyata keçirilməlidir. Beynəlxalq tələblərə əsasən, Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində dövriyyədə olan bütün qablaşdırılmış qida məhsullarında bir sıra məlumatlar qeyd olunmalıdır. Məhsulun qablaşdırmasında qida ilə təmas üçün təhlükəsiz materiallardan istifadə edilməli, taralarda yapışqanlı etiketlər üçün xüsusi sahə ayrılmalı, etiketlər dayanıqlı, oxunaqlı və möhkəm yapışdırılmalıdır. Uyğun işlənmədən keçmiş hər bir taxta qablaşdırmada rəsmi ISPM 15 nişanı olmalıdır. Markalanma iki əks tərəfdə yerləşməli, silinməz, oxunaqlı və daimi olmalı, qırmızı və narıncı rənglərdə olmamalıdır. Taxta qablaşdırma materialları, paletlər fumiqasiya edilməlidir. Fumiqasiya möhürü silinməz, dəqiq, oxunabilən olmalıdır. Qabıqlı taxtadan hazırlanmış altlıq və qablaşdırma materiallarının istifadəsi qadağandır. Sahibkarlar tərəfindən idxalçı ölkənin etiketlənməyə dair tələbləri, həmçinin beynəlxalq standartın meşə materiallarından hazırlanmış altlıqlar və qablaşdırma materiallarına dair tələbləri nəzərə alınmalıdır. Əks təqdirdə idxalçı ölkənin tələblərinə riayət olunmadıqda ixrac olunan bitkiçilik məhsullarına fitosanitar sertifikatların verilməsi ilə bağlı karantin baxışı zamanı qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırmadan imtina ediləcək. Bununla da, etiketlənmə və markalanma ilə bağlı tələblərə riayət olunmayan məhsulların ixracına icazə verilməyəcək.
Giriş