Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Meyvə və tərəvəz ixracı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edilib
Meyvə və tərəvəz ixracı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edilib

Qida Təhlükəsizliyi Agentliyi meyvə və tərəvəz ixracı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edir ki, ölkəmizdən ixrac olunan bitkiçilik məhsullarının daşınmasında istifadə olunan meşə materiallarından hazırlanmış altlıq və qablaşdırma materialları “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələrək təsdiq edilmiş 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartın tələblərinə uyğun formada işlənməlidir. Həmçinin məhsulların etiketlənməsi idxalçı ölkənin tələblərinə uyğun həyata keçirilməlidir. Beynəlxalq tələblərə əsasən, Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində dövriyyədə olan bütün qablaşdırılmış qida məhsullarında bir sıra məlumatlar qeyd olunmalıdır. Məhsulun qablaşdırmasında qida ilə təmas üçün təhlükəsiz materiallardan istifadə edilməli, taralarda yapışqanlı etiketlər üçün xüsusi sahə ayrılmalı, etiketlər dayanıqlı, oxunaqlı və möhkəm yapışdırılmalıdır. Uyğun işlənmədən keçmiş hər bir taxta qablaşdırmada rəsmi ISPM 15 nişanı olmalıdır. Markalanma iki əks tərəfdə yerləşməli, silinməz, oxunaqlı və daimi olmalı, qırmızı və narıncı rənglərdə olmamalıdır. Taxta qablaşdırma materialları, paletlər fumiqasiya edilməlidir. Fumiqasiya möhürü silinməz, dəqiq, oxunabilən olmalıdır. Qabıqlı taxtadan hazırlanmış altlıq və qablaşdırma materiallarının istifadəsi qadağandır. Sahibkarlar tərəfindən idxalçı ölkənin etiketlənməyə dair tələbləri, həmçinin beynəlxalq standartın meşə materiallarından hazırlanmış altlıqlar və qablaşdırma materiallarına dair tələbləri nəzərə alınmalıdır. Əks təqdirdə idxalçı ölkənin tələblərinə riayət olunmadıqda ixrac olunan bitkiçilik məhsullarına fitosanitar sertifikatların verilməsi ilə bağlı karantin baxışı zamanı qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırmadan imtina ediləcək. Bununla da, etiketlənmə və markalanma ilə bağlı tələblərə riayət olunmayan məhsulların ixracına icazə verilməyəcək.

AQTA GMO məhsullarla bağlı sahibkarlara xəbərdarlıq edib
AQTA GMO məhsullarla bağlı sahibkarlara xəbərdarlıq edib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həyata keçirilən son nəzarət tədbirləri zamanı, xüsusilə ölkəyə xaricdən tərkibində GMO olan qida məhsullarının idxalına cəhd göstərilməsi faktlarını aşkarlayıb. Bununla bağlı olaraq bildirilir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan qida məhsullarının ölkəyə gətirilməsi, istehsalı, dövriyyəsi qanunla qadağandır. Ötən müddət ərzində bu sahədə qanunun icrasının təmin edilməsi məqsədilə AQTA tərəfindən qanunamüvafiq tədbirlər görülərək, bu cür qida məhsullarının idxalına icazə verilmir və belə halların qarşısı qətiyyətlə alınır. Hazırda Agentlik GMO məhsullarla bağlı yoxlama-nəzarət tədbirlərini daha da gücləndirilib. Qeyd edək ki, Agentlik tərəfindən ölkəyə idxal edilən qida məhsulları yoxlama nəzarət tədbirlərinə cəlb edilərək risk qiymətləndirilməsi əsasında müvafiq müayinələr həyata keçirilir. Aparılan son nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından idxal edilən bir sıra məhsul partiyalarından nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında sınaqlara cəlb edilib. Sınaq nəticəsinə əsasən məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər (GMO) aşkarlanıb. Aşkarlanan bütün faktlarla bağlı qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülüb. AQTA bu sahədə fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edərək bir daha diqqətə çatdırır ki, ölkəmizə GMO qida məhsulları idxal edilməsi yolverilməzdir. Belə məhsulların qanunsuz olaraq ölkəmizə idxal edilməsi cəhdlərinin qarşısı isə qətiyyətlə alınacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq, sərt tədbirlər görüləcəkdir.

AQTA GMO məhsullarla bağlı nəzarət tədbirlərini gücləndirib
AQTA GMO məhsullarla bağlı nəzarət tədbirlərini gücləndirib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istehlakçı hüquqlarının qorunması və əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Ölkəyə idxal edilən qida məhsulları yoxlama nəzarət tədbirlərinə cəlb edilərək risk qiymətləndirilməsi əsasında müvafiq müayinələr həyata keçirilir. Aparılan son nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nuru Yaqubov tərəfindən İran İslam Respublikasından idxal edilən “Satareh Nadi Qida maddələri Sənaye Qrupu” şirkətinin istehsalı olan (07.11.2024-cü il istehsal tarixli, 06.11.2025-ci il son istifadə tarixli, 312 partiya nömrəli) ümumi çəkisi 7312.32 kq “Nadi Sapaka” əmtəə nişanlı kreker, “Ramamehr Arya Co” şirkətinin istehsalı olan (12.10.2024-cü il istehsal tarixli, 17.07.2025-ci il son istifadə tarixli, “A” partiya nömrəli) ümumi çəkisi 886,76 kq “Lucy Snack” əmtəə nişanlı qarğıdalı çubuqları, “Satareh Nadi Qida maddələri Sənaye Qrupu” şirkətinin istehsalı olan (26.09.2024-cü il istehsal tarixli, 25.09.2025-ci il son istifadə tarixli, 270 partiya nömrəli) ümumi çəkisi 824,64 kq “Nadi” əmtəə nişanlı kreker, “Amadeh Laziz” şirkətinin istehsalı olan (06.07.2024-cü il istehsal tarixli, 05.07.2025-ci il son istifadə tarixli, 0142 partiya nömrəli) ümumi çəkisi 10400 kq “Elit” əmtəə nişanlı hazır şorba (makaron şorbası) məhsulu partiyalarından nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında sınaqlara cəlb edilib. Sınaq nəticəsinə əsasən, məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər (GMO) aşkarlanıb. Bundan əlavə, İrandan fiziki şəxs Fərhad Dünyamalıyev tərəfindən idxal edilən “Tak Parsan Qida Sənaye” şirkətinin istehsalı olan (23.11.2024-cü il istehsal tarixli, 23.11.2025-ci il son istifadə tarixli, İAGL 0903 partiya nömrəli) ümumi çəkisi 5126,40 kq “Croissant Mr Cake” əmtəə nişanlı unlu qənnadı məhsulu (kruassan) partiyasından nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında sınaqlara cəlb edilib. Sınaq nəticələrinə əsasən, həmin məhsullarda da GMO aşkarlanıb. Aşkarlanan bütün faktlarla bağlı qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülüb. Bu istiqamətdə nəzarət və tənzimləmə tədbirləri gücləndirilib. Qeyd edək ki, AQTA ölkəyə gətirilməsi, istehsalı, dövriyyəsi qanunla qadağan olunan GMO-lu məhsullarla bağlı yoxlama-nəzarət tədbirlərini daha da genişləndirib. Bu sahədə hazırda davam etdirilən yoxlama-nəzarət tədbirlərinin nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq məlumatlar veriləcəkdir.

“Qida Təhlükəsizliyi Könüllüləri”nə qoşulmaq istəyən gənclərin qeydiyyatı başlayıb
“Qida Təhlükəsizliyi Könüllüləri”nə qoşulmaq istəyən gənclərin qeydiyyatı başlayıb

“Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupuna yeni üzv olmaq istəyən gənclər üçün qeydiyyat prosesinə start verilib. Qida təhlükəsizliyi və ya bu sahəyə yaxın digər istiqamətlər üzrə təhsilə malik, yaşı 16-29 arası olan şəxslər könüllülük fəaliyyəti üçün müraciət edə bilərlər. Təşəbbüs qrupunda yeni fəaliyyətə başlayacaq könüllülər müxtəlif təlim və infoturlara, həmçinin istehlakçılar arasında maarifləndirmə işlərinin və sorğuların aparılmasına cəlb olunacaqlar. Eləcə də onlar ali, orta-ixtisas və peşə təhsili müəssisələri ilə qurulan sıx əməkdaşlıq çərçivəsində həyata keçirilən işlərdə iştirak edəcəklər. Könüllülər barədə məlumatlar müvafiq bazaya əlavə olunacaq və onlara müvafiq sertifikatlar təqdim ediləcək. Qeyd edək ki, “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun əsas məqsədi ölkəmizdə qida təhlükəsizliyi və gənclər siyasəti üzrə həyata keçirilən fəaliyyətlərə ictimai dəstəyin göstərilməsindən, eyni zamanda gənclərin müvafiq sahələrə töhfə verməsinə şərait yaratmaqdan ibarətdir. “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupuna yeni üzv olmaq istəyən gənclər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/1hcvP

Yüksək risk qrupuna aid məhsulların istehsalı və emalı aparılan yerli qida obyektlərinin təsdiqi tələb olunur
Yüksək risk qrupuna aid məhsulların istehsalı və emalı aparılan yerli qida obyektlərinin təsdiqi tələb olunur

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinə nəzarət sisteminin daha təkmil qaydada təşkil edilməsi, eyni zamanda yüksək risk qrupuna aid olan heyvan mənşəli məhsulların, o cümlədən alkoqollu içkilərin istehsalı və emalı aparılan müəssisələrdə sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə qida obyektlərinin təsdiqi prosesi davam etdirilir. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, təsdiqi tələb olunan qida obyektləri cavabdeh qida subyektinin ərizəsinin qeydiyyata alındığı tarixdən 30 iş günü müddətində Agentlik tərəfindən müəssisədə aparılacaq yerində qiymətləndirmə və götürülmüş məhsul nümunələrinin nəticələrinə əsasən təsdiq edilir və ya təsdiqindən imtina olunur. Qiymətləndirmə zamanı aşkarlanmış uyğunsuzluqlar infrastruktur və avadanlıqla əlaqəli olmadığı, həmçinin təhlükəli qida və yem məhsullarının istehsalına və emalına şərait yaratmadığı halda isə qida obyekti uyğunsuzluqların 90 təqvim günündən gec olmayaraq aradan qaldırılması şərtilə təsdiq edilir. Sahibkarların diqqətinə çatdırılır ki, qanunvericiliyə əsasən, yüksək risk qrupuna aid edilən heyvan mənşəli məhsulların, o cümlədən alkoqollu içkilərin istehsalı, emalı və dövriyyəsi aparılan müəssisələrin qiymətləndirilməsi üçün Agentliyə müraciət edilməlidir. Sahibkarlar qida obyektinin təsdiqi üçün AQTA-nın https://e-afsa.gov.az/ saytında “Asan imza” ilə şəxsi kabinetlərinə daxil olaraq onlayn şəkildə və ya şəxsən, kağız daşıyıcıda “ASAN xidmət” mərkəzlərinə, kiçik və orta biznes evlərinə (KOB evlərində) və ya Agentliyə yaxınlaşmaqla müraciət edə bilərlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qida obyektinin təsdiq olunması ilə bağlı Reyestdən çıxarış üçün iri və orta sahibkarlıq subyektlərinə münasibətdə dövlət rüsumunun ödənişi nəzərdə tutulub. Qida sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri, habelə bələdiyyə və dövlət orqanları (qurumları) isə dövlət rüsumundan azaddır. Məlumat üçün bildiririk ki, qida təhlükəsizliyi qeydiyyatına və təsdiqinə dair müraciətlərin qəbulu prosesi tam elektronlaşdırılıb. Sahibkarlar qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiqi tələb olunan qida zənciri obyektlərinin siyahısı, eləcə də digər məsələlər barədə məlumat əldə etmək üçün Agentliyin “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlaya bilərlər.

AQTİ növbəti laboratoriyalararası səriştəlilik sınağı ilə bağlı müraciətlərin qəbuluna başlayıb
AQTİ növbəti laboratoriyalararası səriştəlilik sınağı ilə bağlı müraciətlərin qəbuluna başlayıb

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarını davam etdirir Pivə nümunəsində həqiqi ekstraktivlik, gətirilmiş ekstraktivlik, sıxlıq və pH parametrlərinin müayinəsi üzrə növbəti səriştəlilik sınağına qatılmaq üçün 31 oktyabr 2024-cü il İnstituta sonuncu müraciət tarixi müəyyən olunub. Bu səriştəlilik sınağının proqramı ilə AQTİ-nin rəsmi saytı (www.afsi.gov.az) vasitəsilə tanış olmaq mümkündür. Saytda yaradılan “Səriştəlilik sınaqları” adlı bölmədə bu səriştəlilik sınağının proqramı və laboratoriyaların həmin sınaqda iştirak etməsi üçün lazım olan sənədlər (“Müraciət forması”, “Nəticələrin qeydiyyat forması”) yerləşdirilib. Laboratoriyaların sınaqda iştirakını təmin etməkdən ötrü saytdakı müvafiq bölmədə yerləşdirilən “Müraciət forması” doldurularaq info.pt@afsa.gov.az elektron poçtuna göndərilməlidir. Sınaqlar yekunlaşdıqdan sonra isə nəticələr “Nəticələrin qeydiyyat forması” doldurularaq eyni ünvana yollanmalıdır. Səriştəlilik sınaqlarının nəticələri İnstitutun saytında yerləşdiriləcək. Laboratoriyaların nəticələri konfidensiallığı qorumaq məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanacaq.Qeyd edək ki, sınaqlar ISO 17043 “Uyğunluğun Qiymətləndirilməsi-Səriştəlilik Sınaqlarına Ümumi Tələblər" standartı əsasında təşkil edilir və qiymətləndirmələr bu standartın tələblərinə əsasən beynəlxalq standartlara uyğun olaraq aparılır.

Onlayn Xidmət Sertifikatın yoxlanılması
Video
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib