Sağlam qidalanma ilə bağlı əl kitabçası hazırlanır
21 May 2021 12:30
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən maarifləndirmə tədbirləri davam etdirilir.
Həyata keçirilən maarifləndirmə tədbirləri çərçivəsində İnstitutunun əməkdaşları tərəfindən “Sağlam qidalanma” əl kitabçası hazırlanır. Sözügedən kitabçada “Sağlam qidalanma nədir”, “Gündəlik istehlak normaları”, “İnsan orqanizmində vitamin və mineralların əhəmiyyəti”, “Sağlam qida rasionunun tərtibi”, “Xəstəliklər zamanı qidalanma”, “Zərərli qidalar”, “Qida zərərvericiləri”, “Sağlam menyu” başlıqları altında maraqlı məlumatlar dərc olunacaq. Ümumilikdə kitabçada qida məhsullarının tərkibinə görə qruplaşdırılması (yağ, zülal, karbohidrat tərkibli və lifli qidalar), gündəlik istehlak edilən təzə və quru meyvələr, tərəvəzlər, un məmulatları, qənnadı məmulatları, ət və ət məhsulları, paxlalılar, süd və süd məhsulları, yağ, şəkər, duz və mayenin gündəlik istehlak normaları, qida məhsullarının tərkibindəki minerallar və vitaminlərin insan orqanizminə təsirləri kimi məsələlərin əhatə edilməsi nəzərdə tutulur. Həmçinin körpələr, uşaqlar, yeniyetmələr, gənclər, yetkin və yaşlı insanlar, hamilə və süd verən qadınlar, vegeterianlar, idmançılar üçün sağlam qida rasionu, o cümlədən diabet, ürək-damar, onkoloji, həzm sistemi, təzyiq, qalxanvari vəzin xəstəlikləri və allergiya zamanı düzgün və sağlam qidalanma qaydaları da kitabçada öz əksini tapacaq. Kitabçada zərərli qidalar, qida zəhərlənmələri, qida məhsullarının düzgün saxlanma qaydaları haqqında da məlumatlar veriləcək. Kitabçanın sonunda “Sağlam menyu” bölməsində detoks təsirə malik kokteyllər, sağlam qızartmalar, salatlar, şorbalar haqqında məlumatların verilməsi də nəzərdə tutulur.
Nəzərə almaq lazımdır ki, qidalanmanın sağlam şəkildə olması orqanizmin digər funksiyalarının da düzgün formada yerinə yetirilməsini və sağlam gələcəyi təmin edir. Məhz bu baxımdan, ölkəmizdə əhalinin sağlam qidalanma barədə maarifləndirilməsi böyük əhəmiyyət kəsb edir.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş