Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən, fiziki şəxs Hacıyev Vüqar Füzuli oğluna məxsus quş kəsimi sexində yoxlama keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən baxış zamanı müəssisənin sanitar-gigiyenik tələblərə əməl edilmədən qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib. Belə ki, sexdə ev quşlarının baytarlıq tələbləri və heyvan rifahı gözlənilmədən kəsiminin həyata keçirildiyi məlum olub. Müəssisədə havalandırma sistemi qurulmayıb. Kondensasiya prosesi zamanı yaranmış sular tavandan birbaşa qida məhsullarının üzərinə tökülür. Tüklərin təmizlənməsi, pörtlədilməsi, içalatın təmizlənməsi eyni sahədə həyata keçirilir. İşçilər tibbi müayinəyə cəlb olunmayıb. Alət və ləvazimatların yuyulub təmizlənməsi üçün yuma sahəsi təşkil edilməyib. Kəsimi aparılmış toyuqların baytarlıq ekspertizasından keçirilmədən satışa verildiyi aşkarlanıb. Müəssisənin fəaliyyətinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib, rəhbəri barəsində inzibati protokol tərtib olunub. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Linkə keçid edərək videoməlumatla tanış ola bilərsiniz:
AQTA ticarət şəbəkələrində satışa çıxarılan Yeni il hədiyyə qutuları və məhsulları ilə bağlı monitorinqləri davam etdirir. Cari ilin 11-27 dekabr tarixlərində keçirilən monitorinqlər zamanı 347 sahibkarlıq subyektində 21182 məhsula baxış keçirilib. Belə ki, 86 obyektdə qutuların üzərində etiket məlumatlarının olmadığı və yaxud düzgün aparılmadığı müəyyən edilib. Aşkarlanan uyğunsuzluqlarla əlaqədar mövcud tələblərə cavab verməyən 3068 ədəd hədiyyə qutusu müvafiq qaydada aktlaşdırılaraq satışdan kənarlaşdırılıb. Nəzarət tədbirləri davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “D” yaşayış sahəsi, ev 19 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Məğrur İsa oğluna məxsus “Kovan” ictimai iaşə müəssisəsində yoxlama keçirib. Baxış zamanı ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, dondurucu və soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu, soyuducuda baytarlıq ekspertizasından keçirilməyən, müvafiq baytarlıq sənədləri ilə müşayiət edilməyən bildirçin, toyuq, balıq və mal ətləri aşkarlanıb. Sahibkar sosial şəbəkədə yerləşdirilmiş video ilə bağlı izahatında ov quşlarının satışının həyata keçirilmədiyini, müştəri cəlb etmək məqsədilə reklam etdiklərini bildirib. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək qida obyektinin fəaliyyəti müvvəqəti dayandırılıb, müşayiətedici sənədləri olmayan məhsulların satışı qadağan edilib.
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağsu şəhəri, X.Natəvan küçəsində yerləşən, fiziki şəxs Binyətli Binyət Mehman oğluna məxsus “Çinaraltı” restoranında yoxlama keçirib. Baxış zamanı ictimai iaşə obyektində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Faktla bağlı obyektin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.
Bakı şəhərinin Binəqədi rayonunda (Avtovağzal metrostansiyasının ikinci çıxışı) fəaliyyət göstərən, fiziki şəxs Süleymanov Vüsal Akif oğluna məxsus çadırtipli kafedə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib. Yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik qaydaların pozulduğu aşkarlanıb. Belə ki, qida obyektinin zibil yeşiklərinin yanında yerləşdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, məhsulların saxlanması üçün soyuducu və dondurucunun mövcud olmadığı, toyuq hissələrinin açıq şəraitdə saxlandığı, bəzi qidaların birbaşa döşəmənin üzərinə yığıldığı məlum olub. Həmçinin qida məhsullarının, alət və ləvazimatların, eləcə də işçilərin əllərinin yuyulması üçün yuma çanaqlarının təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb. Yoxlama zamanı istehlaka hazır qidalardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə laborator müayinələrə cəlb edilib. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, qida obyektinin fəaliyyəti dayandırılıb.
Lənkəran rayonu, Qurunba kəndində Almasov Qüdrət Cabir oğluna məxsus “Bizim” marketdə və Astara şəhəri, H.Əliyev prospektində Məstiyev Seymur Sahib oğluna məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, marketlərdə “Piterskaya”, “Naturel”, “Беленькая”, “Bakineç”, “The Botany”, “Wheat Water” və “Губернаторская” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb. Normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Faktla bağlı inzibati protokol tərtib edilib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, 4-cü mkr, C.Cabbarlı küçəsində fəaliyyət göstərən, fiziki şəxs Süleymanova Təranə Saleh qızına məxsus “Banu” şirniyyat istehsalı müəssisəsində plandankənar yoxlama keçirib. Baxış zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, kremli qənnadı məmulatlarının temperatur rejiminə əməl edilmədən saxlanıldığı, istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, istehsal sahəsində döşəmə və divarların asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” çağırış kampaniyasını davam etdirir. Bu dəfə yayımlanan videoçarxda “PAŞA Holding” MMC-nin tərkibində fəaliyyət göstərən “Bravo” marketlər şəbəkəsinin Baş icraçı direktoru Jaime Teixeira pərakəndə satış sektorunda qida təhlükəsizliyi proseslərinin əhəmiyyətindən danışır. O bildirir ki, qida təhlükəsizliyi təkcə mağazada satılan məhsulların keyfiyyəti ilə məhdudlaşmır. Bu, istehsalçıdan başlayaraq logistika mərhələlərini və satış nöqtələrində aparılan son yoxlamaları əhatə edən bütöv bir təchizat zəncirinin nəticəsidir. Jaime Teixeira təchizatçıların düzgün seçimi, məhsulların mənşəyinin şəffaflığı və təhlükəsizlik standartlarına ciddi riayət olunmasının istehlakçı sağlamlığının qorunmasında əsas rol oynadığını vurğulayır. Etibarsız mənbələrdən əldə edilən və nəzarətdən kənarda qalan məhsullar görünməz təhlükələr yaradır. Yalnız təhlükəsizliyi sübut edilmiş, standartlara uyğun məhsulların satışa çıxarılması sağlam və etibarlı qida mühitinin formalaşmasına imkan verir. Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!
Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 61 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Xaliqova Tənzilə Saməddin qızına məxsus "Kababçı" ictimai iaşə müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Masallı rayonu, İsgəndərli kəndində fəaliyyət göstərən Həşimli Mais Təvəkgül oğluna məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, marketdə “Piterskaya”, “Губернаторская”, “Organic”, “Документ” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb. Normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Cəlilabad rayonu, H.Əliyev prospekti, ev 9 ünvanında Quliyev Füzuli Əvəz oğluna məxsus “055 şərab evi” mağazasında, rayonun Göytəpə şəhəri, F.Bayramov küçəsi, ev 87 ünvanında Qurbanov Hikmət Əliağa oğluna məxsus “Məhəllə” marketdə və Cəlilabad şəhəri, H.Əliyev prospektində Əliyev Akif Ağaxan oğluna məxsus “Yaşar” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Yoxlama zamanı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb. Normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Faktlarla bağlı inzibati protokol tərtib edilib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Müşfiq küçəsi, ev 3 ünvanında fiziki şəxs Salahov Şahin Salam oğluna məxsus həyətyanı sahədə qida təhlükəsizliyi qeydiyyatından keçmədən, antisanitar şəraitdə qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlanıb. Belə ki, yoxlama zamanı baytarlıq-müşayiətedici sənədləri olmayan 2000 baş ev quşunun baytarlıq tələbləri və heyvan rifahı gözlənilmədən kəsiminin həyata keçirildiyi məlum olub. Müəssisə daxilində havalandırma sistemlərinin quraşdırılmaması nəticəsində kondensasiya prosesi zamanı yaranmış suların, o cümlədən yağış sularının tavandan birbaşa qida məhsullarının üzərinə töküldüyü, kəsim prosesində sanitar-gigiyenik tələblərə riayət edilmədiyi, tüklərin təmizlənməsi, pörtlədilməsi, içalatın təmizlənməsinin eyni sahədə həyata keçirildiyi, kəsilmiş toyuqların birbaşa döşəmə üzərinə yığıldığı müəyyən edilib. Eyni zamanda "kənd toyuğu" təəssüratı yaratmaq məqsədilə mənşəyi məlum olmayan rənglərdən istifadə edilərək toyuqların rənglənməsi halları da aşkarlanıb. Sahibkar ev quşlarının bazarlarda satışa çıxarıldığını bildirib. Faktla bağlı sahibkar barəsində inzibati icraata başlanılıb. Toyuqların kəsimi və toyuq məhsullarının dövriyyəsi qadağan edilib, məhsullar ərazidən kənarlaşdırılaraq saxlanca verilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Müəssisənin fəaliyyəti dayandırılıb. Araşdırmalar davam etdirilir. Linkə keçid edərək videoməlumatla tanış ola bilərsiniz:
Giriş