Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Uğurbəyli kəndində fəaliyyət göstərən, Qəribov Pərviz Tofiq oğluna məxsus “Aristokrat” restoranında yoxlama keçirib. Baxış zamanı restoranın manqal sahəsində tavan və divarların təmirsiz olduğu, müvafiq təmizlik işlərinin görülmədiyi, istifadə edilən masaların dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, məhsulların donunun açılması üçün sahənin mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, ev 6 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Zeynalov Ələddin Səfxan oğluna məxsus ərzaq mağazasında yoxlama keçirib. Baxış zamanı mağazanın anbar sahəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, havalandırma sisteminin quraşdırılmadığı, qida məhsullarının birbaşa döşəmə üzərində ara məsafəsi gözlənilmədən saxlanıldığı aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək anbar sahəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi barədə məhdudlaşdırıcı qərar qəbul olunub.
Hacıqabul rayonu, Muğan qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs İbrəhimov Davud Balassan oğluna məxsus "Orxan" kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, kafenin manqal sahəsində havalandırma sisteminin quraşdırılmadığı, qida məhsulları ilə mətbəx ləvazimatlarının eyni sahədə yuyulduğu, qida məhsullarının müvafiq müşayiətedici sənədlərinin mövcud olmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, istifadə olunan suyun filtrdən keçirilmədiyi və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və işlərin görülməsi, xidmətlərin göstərilməsi nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan rayonunun Quyçu kəndində fəaliyyət göstərən, fiziki şəxs Cəlilov Arif İnşallah oğluna məxsus süd və süd məhsullarının istehsalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin emal sahəsində səthlərin yuyulabilən materialla üzlənmədiyi, temperatura və nisbi rütubətə nəzarət edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, istifadə olunan suyun filtrdən keçirilmədiyi, pasterizasiya avadanlıqlarının mövcud olmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.
Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin və DİN-in Ağdam RPŞ-nin əməkdaşları tərəfindən Ağdam rayonu, Təzəkənd stasionar postunda Rüstəmov Sabir Samir oğluna məxsus “Toyota Prius” markalı avtomobilə baxış keçirilən zaman 92 kq iribuynuzlu heyvan cəsədi aşkarlanıb. Baxış zamanı ətdən kəskin qoxu gəldiyi və rənginin tündləşdiyi, antisanitar şəraitdə və temperatur rejiminə əməl edilmədən daşındığı, həmçinin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi müəyyən olunub. Müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yerli istehsal müəssisələrinə məxsus 19 litrlik qablaşdırılmada olan içməli sular və yol kənarlarında, binaların həyətlərində quraşdırılmış modul tipli su aparatları ilə bağlı aparılan monitorinq çərçivəsində Qazax-Tovuz regional inzibati ərazi vahidində fəaliyyət göstərən 2 istehsal müəssisəsindən, həmçinin 6 sahibkara məxsus ümumilikdə 10 modul tipli su aparatından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticələri uyğunsuz olan sahibkarlıq subyektlərində plandankənar yoxlamalar keçirilib və təkrar nümunələr götürülərək müayinələrə cəlb olunub. Su istehsalı müəssisələri və modul tipli su aparatları barəsində toxunulmazlıq qərarı verilib, fəaliyyətləri müvəqqəti dayandırılıb. Müayinələr nəticəsində müəssisələrdə istehsal edilən suların təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanmasa da, modul tipli su aparatlarından götürülmüş nümunələrdə aşkarlanmış uyğunsuzluqla əlaqədar inzibati protokol tərtib olunub və nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.
İstehlakçıların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, həmçinin qida məhsullarının emalı və çatdırılması xidmətlərinin qida təhlükəsizliyi tələblərinə uyğun təşkili Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biridir. Təəssüflə qeyd edək ki, Agentlik tərəfindən aparılan monitorinqlər zamanı bir sıra keytrinq şirkətlərinin qaydalara əməl etmədiyi və ciddi nöqsanlara yol verdiyi aşkar edilib. Belə ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində fəaliyyət göstərən 14 keytrinq xidməti müəssisəsində yoxlama keçirilib. Yoxlamalar zamanı çoxsaylı uyğunsuzluq faktları müəyyən edilib. Aşkar edilmiş əsas uyğunsuzluqlar aşağıdakılardır: − müəssisənin qeydiyyata alınmadan fəaliyyət göstərməsi; − mətbəxdə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmaması; − texnoloji ardıcıllıq prinsipinə əməl olunmaması; − xammal və hazır məhsulların üzərində etiket məlumatlarının olmaması; − xammalların müşayiətedici sənədlərinin olmaması; − yararlılıq müddəti bitmiş məhsulların mövcud olması; − məhsulların saxlanma qaydalarına əməl olunmaması; − dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmaması; − işçi heyətin ilkin və dövrü tibbi müayinədən keçməməsi. Faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Nöqsan aşkarlanan 12 müəssisənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub. Agentlik bir daha xəbərdarlıq edir ki, qida təhlükəsizliyi ilə bağlı tələblərə ciddi riayət olunmalıdır. Qaydalara əməl olunmadığı təqdirdə kütləvi zəhərlənmə, insan həyat və sağlamlığı üçün risklər yarana bilər. Xüsusilə kütləvi tədbirlər zamanı, eləcə də təlim-tədris müəssisələrini qida məhsulları ilə təchiz edən keytrinq şirkətlərində qeydə alınan nöqsanların aradan qaldırılması istiqamətində icrası məcburi göstərişlər verilir. Nəzarət tədbirləri davam etdirilir.
Qidaların saxlanma və emal qaydalarına əməl etməmək qida zəhərlənmələrinə səbəb olur. Ev (məişət) şəraitində isə kütləvi tədbirlər üçün qida hazırlayarkən, xüsusilə diqqətli olmaq lazımdır. Qida mənşəli xəstəliklərin qarşısını almaq, eləcə də zəhərlənmə təhlükəsini aradan qaldırmaq üçün müəyyən qaydalara riayət edilməlidir. Belə ki, qida məhsullarında bakteriyalar 5°C-60°C temperatur aralığında çoxalıb yayılır. Ona görə də həmin interval “təhlükəli zona” adlandırılır. Bu səbəbdən qidalar xüsusiyyətlərindən asılı olaraq düzgün temperaturda saxlanılmalıdır. Belə ki, dondurulmuş qidaların donunun açılması üçün otaq şəraitində deyil, soyuducunun alt bölməsində saxlanılması tövsiyə olunur. İstifadə müddəti keçməsə də, xarabolma əlamətləri olan qidaları istehlak etmək yolverilməzdir. Yeməklər, salatlar, xüsusilə də kremli şirniyyatlar isə 2 saatdan artıq soyuducudan kənarda saxlanılmamalıdır. İsti şəkildə servis edilən qidalar 63 dərəcədən aşağı temperaturda maksimum 2 saat, soyuq şəkildə servis edilən qidalar isə 8 dərəcədən yuxarı temperaturda maksimum 4 saat saxlanıla bilər. Qeyd edək ki, sentyabr ayında İmişli rayonunda keçirilmiş tədbirdə 73 zərərçəkənin olduğu kütləvi zəhərlənmə hadisəsi də məişət zəminində baş verib. Daxil olan bildiriş əsasında Qida Təhlükəsizliyi Agentliyinin Mil-Muğan regional bölməsinin əməkdaşları tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində bir sıra uyğunsuzluqlar (E.Coli O157:H7 və S.aureus törədiciləri) müəyyən edilib. E.Coli O157:H7 insan sağlamlığı üçün təhlükəli olan “Escherichia coli” bakteriyasının ştammıdır. Yoluxmadan sonra insan orqanizmində şiddətli qarın ağrısı, ishal, qusma, bəzi hallarda bədən hərarətinin qalxması və halsızlıq kimi bir sıra simptomlar müşahidə oluna bilər. Qızılı stafilokok şərti-patogen mikrob qruplarına aiddir. Bu bakteriya ilə çirklənmiş qida məhsulları zəhərlənməyə səbəb ola bilər. Qızılı stafilokokun törətdiyi qida zəhərlənməsi adətən bakteriyanın özünün deyil, onun ifraz etdiyi enterotoksinlər nəticəsində baş verir. Bu toksinlər istiliyə davamlıdır və qidanın bişirilməsi zamanı belə tamamilə məhv olmaya bilər. AQTA bir daha ev şəraitində kütləvi tədbirlər üçün hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini diqqətə çatdırır.
Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi, ev 3 ünvanında yerləşən, fiziki şəxs Bədəlova Zeynəb Salamulla qızına məxsus “Bizim Məkan” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, ictimai iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, mətbəx sahəsində işçi masaların asan yuyulan və dezinfeksiyaya davamlı materialdan təşkil edilmədiyi, soyuducularda rəflərin korroziyaya uğradığı və məhsulların saxlanma temperaturuna nəzarət olunmadığı, işçinin ilkin və dövri tibbi müayinədən keçmədiyi, havalandırma sisteminin qurulmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinq çərçivəsində Lənkəran rayonunun Şiləvar kəndində fəaliyyət göstərən, Hənifəyev İlqar Əliəhəd oğluna məxsus “Düşbərə” kafesində və Cəlilabad rayonunun Qurtuluş küçəsində fəaliyyət göstərən, Əliyev Məhəmməd Həmzə oğluna məxsus “Basqal” kafesində çöl quşlarının baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkarlanıb. Sahibkarlıq subyektlərinə quşların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib. Qeyd edək ki, vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır. Belə hallarda heyvan və quşların insanlarla təması zoonoz xəstəliklərin ötürülməsi və bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır. Monitorinqlər mütəmadi olaraq davam etdiriləcək və qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanarsa, Agentlik tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinq çərçivəsində Sabirabad rayonunda fəaliyyət göstərən, fiziki şəxs Piriyev Zöhrab Mehman oğluna məxsus “İZ” ailəvi restoranında 2 baş tovuzquşu, 3 baş qırqovul, 15 baş göyərçinin baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkarlanıb. Sahibkarlıq subyektinə quşların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib. Qeyd edək ki, vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır. Belə hallarda heyvan və quşların insanlarla təması zoonoz xəstəliklərin ötürülməsi və bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır. Monitorinqlər mütəmadi olaraq davam etdiriləcək və qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanarsa, Agentlik tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.
Vətəndaş müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şirvan şəhəri, 1 May küçəsində yerləşən, sahibkar Seyfullayev Cavid Qardaşxan oğluna məxsus “Gül Bağı” restoranında yoxlama keçirib. Baxış zamanı temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, mətbəxdə tavanın asan yuyula bilən gigiyenik materialla üzlənmədiyi, divar və döşəmə səthlərinin çirkləndiyi, işçi masaların korroziyaya davamlı materialdan təşkil olunmadığı, doğrama lövhələrinin tamlığının pozulduğu, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib olunub.
Giriş