
2024-cü il 26 fevral - 1 mart tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Şirvan şəhəri və Şamaxı, Ağcabədi, Şəmkir, Tovuz, Xaçmaz, Oğuz rayonlarında fəaliyyət göstərən 27 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

Şəki şəhəri, Abdulla Şaiq küçəsində fəaliyyət göstərən toyuq kəsimi müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Gəncə şəhəri, Tağı Arani küçəsi ilə Kimyaçılar küçəsinin kəsişməsində fəaliyyət göstərən ticarət obyektində Agentlik əməkdaşları tərəfindən yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə saxta alkoqollu içkilər aşkarlanıb.

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 3, mənzil 15 ünvanında fəaliyyət göstərən “Sahra Baku” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.

2024-cü il 19-23 fevral tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şamaxı, Bərdə, Ağcabədi, Tovuz, Xaçmaz rayonları üzrə fəaliyyət göstərən 15 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

Samux rayonunda fəaliyyət göstərən “Qara-Çanaq” alkoqollu içkilərin istehsalı müəssisəsində keçirilən yoxlama zamanı müəssisədə sanitariya norma və qaydalarının, gigiyena normativlərinin, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərinin cəlb olunması ilə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir heyvan kəsimi məntəqələrinin yaradılması istiqamətində tədbirləri davam etdirir.

Ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi sahəsindəki vəziyyətə həsr olunan videoçarx “Yeni videolar Kodeks Etimad Fondunun təsirlərini nümayiş etdirir” sərlövhəli məqalə ilə birlikdə Kodeks Alimentariusun veb-saytında yayımlanıb.

AQTA tərəfindən növbəti, “Şəkərin azaldılması orqanizmimizə necə təsir edəcək?” mövzusunda videoçarx hazırlanıb. Videoçarxda şəkər qəbulunu azaltmağın 7 əsas faydasından bəhs olunub

Xalq artisti, xanəndə Mənsum İbrahimov da kampaniyaya qoşulub. Muğam ustası Agentliyin “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına dəstək olaraq vətəndaşlara sağlam həyat tərzi üçün şəkəri azaltmağı tövsiyə edib.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə mütəmadi olaraq təlimlər keçirilir.