Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Abşeron rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu ərasizində fəaliyyət göstərən, fiziki şəxs İbrahimov Sakit Hüsi oğluna məxsus içməli su istehsalı müəssisəsində 19 litrlik sudan götürülmüş nümunənin müayinəsi nəticəsində uyğunsuzluq aşkarlanıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Abşeron rayonu, Qobu qəsəbəsi, B.Səfəroğlu küçəsi, ev 1 ünvanında fəaliyyət göstərən, “Ayna Su” MMC-yə məxsus içməli su istehsalı müəssisəsində 19 litrlik sudan götürülmüş nümunənin müayinəsi nəticəsində uyğunsuzluq aşkarlanıb.
Bərdə rayonu, Seyid Yusifli kəndində fəaliyyət göstərən Qasımov Sahib Müzəffər oğluna məxsus pendir sexində plandankənar yoxlama həyata keçirilib.
Qida Təhlükəsizliyi Agentliyi bir daha ictimai iaşə sahəsində çalışan sahibkarları qida təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Abşeron rayonunun Novxanı kəndində fəaliyyət göstərən, fiziki şəxs Zeynalova Sevda Nofel qızına məxsus içməli su istehsalı müəssisəsində 19 litrlik sudan götürülmüş nümunənin müayinəsi nəticəsində uyğunsuzluq aşkarlanıb.
Daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonunun Təzəkənd kəndində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Rasim Fazil oğluna məxsus süd qəbulu məntəqəsində yoxlama keçirib. Baxış zamanı məntəqədə normativ hüquqi aktların və sanitar
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan rayonu, Şorsulu kəndində fəaliyyət göstərən, fiziki şəxs Mehdiyev Bayram Qənbəralı oğluna məxsus yem satışı mağazasında yoxlama keçirib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, D.Bünyadzadə küçəsi 31B ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əzizov Bəylər Abas oğluna məxsus içməli su istehsalı müəssisəsində 19 litrlik sudan götürülmüş nümunənin müayinəsi nəticəsində uyğunsuzluq aşkarlanıb.
Astara şəhəri, Gənclər küçəsində fəaliyyət göstərən fiziki şəxs Mikayılova Aynur Adil qızına məxsus "Sahil" kafesində keçirilmiş planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
Rusiya Federasiyasının istehsalçı şirkəti “Kurinoe Çarstvo” müəssisəsinə məxsus dondurulmuş toyuq dərisi məhsulunda aşkarlanmış uyğunsuzluqla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən idxalla bağlı qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb. Belə ki, AQTA-nın bildirişi əsasında, Rusiyanın aidiyyəti qurumu tərəfindən istehsalçı müəssisədə nəzarət tədbirləri görülüb və laborator müayinələr aparılıb. Müvafiq sağlamlaşdırma tədbirləri ilə bağlı AQTA-ya ətraflı məlumat verilib. Rusiya tərəfindən gücləndirilmiş nəzarət tədbirlərinin görülməsi, həmçinin qarşılıqlı idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanətin verilməsi nəzərə alınaraq, istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb. AQTA-nın qərarı ilə bağlı Rusiya Federasiyası Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinə müvafiq məlumat verilib.
Daxil olmuş müraciət əsasında Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi 14 ünvanında yerləşən "Füzuli" kafesində yoxlama keçirilib.
Nəzarət tədbirləri çərçivəsində "PTP AZEL" MMC-nin Yaponiyadan idxal etdiyi 126 kq 360 ədəd “DR. PEPPER CAN 350G” əmtəə nişanlı və 120 kq, 240 ədəd“GRAPE 500ML” əmtəə nişanlı meyvə aromalı qazlı su məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim edilib. Laborator müayinələr nəticəsində nümunələrdə benzoy turşusunun kütlə qatılıq miqdarının normadan artıq olduğu aşkarlanıb.
Giriş