Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
“Kolorit” restoranında heyvanların qanunsuz saxlanıldığı aşkar olunub
“Kolorit” restoranında heyvanların qanunsuz saxlanıldığı aşkar olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində saxlanması ilə bağlı monitorinqləri davam etdirir. Monitorinq çərçivəsində Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Kolorit” restoranına baxış keçirilib. Baxış zamanı heyvan və quşların baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkar olunub. Heyvan və quşların növü, miqdarı müəyyən edilib, onların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib. Qeyd edək ki, vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır. Belə hallarda heyvan və quşların insanlarla təması zoonoz xəstəliklərin ötürülməsi və bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır. AQTA bildirir ki, monitorinqlər mütəmadi olaraq davam etdiriləcək və qanunvericiliyin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə, Agentlik tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.

Keytrinq fəaliyyəti göstərən müəssisələrdə sanitar-gigiyenik qaydalara ciddi əməl olunmalıdır
Keytrinq fəaliyyəti göstərən müəssisələrdə sanitar-gigiyenik qaydalara ciddi əməl olunmalıdır

Keytrinq fəaliyyəti göstərən müəssisələrdə qida məhsullarının hazırlanması və çatdırılması zamanı sanitar qaydalara ciddi şəkildə riayət edilməlidir. Belə ki, ilkin olaraq xammalın qəbulu üçün xüsusi sahə təşkil edilməlidir. Emal sahələri isə təyinatı üzrə ayrılmalıdır. Bu sahələrin ayrılmasında əsas məqsəd texnoloji ardıcıllığa riayət edilməsi, çarpaz çirklənmənin qarşısının alınması və temperatur rejiminə riayət edilməklə məhsulların hazırlanmasından ibarətdir.  Bu müəssisələrdə mühüm amillərdən biri də hazır qida məhsullarının qablaşdırılması prosesidir. Hazır qidaların qablaşdırması məhsulun çirklənməsinin qarşısını alacaq formada həyata keçirilməlidir. Əks təqdirdə qida məhsulunun çirklənmə mənbəyi olan qablaşdırma materialları ilə sirayətlənməsi nəticəsində məhsullarda fiziki, kimyəvi və mikrobioloji çirklənmə baş verir ki, bu da insan həyatı və sağlamlığı üçün risk yaradır.  Keytrinq xidməti zamanı qida blokunda isti yeməklər və soyuq qəlyanaltıların daşınması üçün temperaturu müəyyən müddət ərzində stabil saxlayan termobokslar təşkil edilməlidir.  Qida məhsullarının daşınması üçün istifadə olunan nəqliyyat vasitələri və konteynerlər sanitar gigiyenik cəhətdən təmiz və işlək vəziyyətdə saxlanmalı, kənar iylər olmamalı, qida məhsullarının çirklənmədən müdafiəsini təmin etməlidir. Termoboksların xüsusi ayrılmış yerlərdə xüsusi yuyucu və dezinfeksiyaedici maddələrlə yuyulub təmizlənməsi həyata keçirilməlidir.  Mövzu ilə bağlı hazırlanmış videonu linkdən izləyə bilərsiniz:

Video
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib