Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
AQTA “Yummy Catering” MMC-yə məxsus ictimai iaşə obyektində nöqsanlar aşkarlayıb
AQTA “Yummy Catering” MMC-yə məxsus ictimai iaşə obyektində nöqsanlar aşkarlayıb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi–Xırdalan şosesi 1M ünvanında fəaliyyət göstərən “Yummy Catering” MMC-yə məxsus "Cənub" ictimai iaşə obyektində yoxlama keçirib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə texnoloji ardıcıllıq və mal qonşuluğu qaydasına əməl olunmadığı, temperatur göstəricilərinin qeydiyyatı və monitorinqinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, soyuq qəlyanaltıların hazırlandığı sahənin müvafiq soyuducu avadanlıqla təmin edilmədiyi və digər uyğunsuzluqlar aşkarlanıb. Nəzarət tədbiri zamanı müəssisənin eyni zamanda, keytrinq xidməti fəaliyyəti ilə məşğul olduğu da müəyyən olunub. Faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati protokol tərtib edilib, sahibkar inzibati məsuliyyətə cəlb olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib. Lakin müəyyən edilmiş müddət ərzində uyğunsuzluqlar aradan qaldırılmadığından müəssisənin qida təhlükəsizliyi reyestrindən çıxarışı ləğv edilib və obyektin fəaliyyəti məhdudlaşdırılıb. AQTA istehlakçıların sağlamlığının qorunması məqsədilə qida zəncirinin bütün mərhələlərində nəzarət tədbirlərini davam etdirir və sahibkarları qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə çağırır.

Energetik içkilər adi sərinləşdirici içki deyil: İstehlakçılar nələrə diqqət etməlidir?
Energetik içkilər adi sərinləşdirici içki deyil: İstehlakçılar nələrə diqqət etməlidir?

Son illər energetik içkilərin istehlakı, xüsusilə də gənclər arasında nəzərəçarpacaq dərəcədə artıb. İsti hava şəraitində bəzi insanlar bu məhsulları sərinləşdirici içki kimi qəbul etsələr də, energetik içkilər tərkibi və təsirinə görə adi sərinləşdirici içkilərdən fərqlənir. Bu cür məhsulların tərkibində kofein, taurin, quarana, jenşen, inozitol, B qrupu vitaminləri, qlükoronolakton və digər bitki mənşəli komponentlər mövcud ola bilər.  Mövcud tələblərə əsasən energetik içkilərin 18 yaşdan aşağı şəxslərə satışı qadağandır. Həmçinin bu məhsulların alkoqollu içkilərlə birlikdə və ya qarışdırılaraq istifadəsi tövsiyə edilmir. Energetik içkilərin yaşlı şəxslər, hamilə və süd verən qadınlar, eləcə də diabet, ürək-damar sistemi xəstəlikləri, böyrək çatışmazlığı, hipertoniya, sinir oyanıqlığı, yuxusuzluq və metabolizm pozuntuları olan insanlar tərəfindən istifadəsi məsləhət görülmür. Energetik içkilərin gündəlik istehlak həcminin 500 millilitrdən artıq olmaması tövsiyə olunur. Bundan əlavə, bu məhsulların idman və digər intensiv fiziki fəaliyyətlərdən əvvəl, fəaliyyət zamanı və sonra istifadəsi məqsədəuyğun hesab edilmir. Qanunvericiliyə uyğun olaraq energetik içkilərin etiketində mütləq şəkildə “Energetik içki” ifadəsi yazılmalıdır.   Ətraflı:

Video
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib