Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Adəm İsgəndərov tərəfindən Türkiyədən idxal olunan (11.11.2025-11.01.2028-ci il istehsal və son istifadə tarixli), “Tocura İlaç Sanayi Ve Ticaret A.Ş” müəssisəsinin istehsalı olan 3025 ədəd “Exnabet” əmtəə nişanlı, eləcə də “Ren Farm" MMC-nin İtaliyadan idxal etdiyi (01.11.2025-01.11.2027-ci il istehsal və son istifadə tarixli) “Alsa Lab SRL” müəssisəsinin istehsalı olan 3047 ədəd “Deluar Drops” bioloji aktiv qida məhsullarından Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idmançılar və gənclər arasında sağlam, təhlükəsiz qidalanma vərdişlərinin formalaşdırılması, idman qidaları və bioloji aktiv qida məhsullarının düzgün istifadəsinin təşviqi məqsədilə “Doğru seçim, yüksək nəticə” adlı kampaniyasını davam etdirir. Layihənin növbəti qonağı tamblinq üzrə milli komandanın üzvü, Avropa və dünya çempionu Tofiq Əliyevdir. 17 ildir peşəkar idman fəaliyyəti ilə məşğul olan idmançının sözlərinə görə, qazandığı uğurlarla əlaqədar ona tez-tez istifadə etdiyi idman qidaları və bioloji aktiv qida məhsulları ilə bağlı suallar ünvanlanır.
Qurbanlıq heyvan kəsimi və satışının sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 76-da həm kəsim, həm satış, 27-də qurbanlıq heyvanların yalnız satışı, 31-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək.
Ümumdünya Şəhərsalma Forumunun (WUF13) On Üçüncü Sessiyası zamanı iştirakçıların təhlükəsiz qida ilə təmin olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nəzarət tədbirləri həyata keçirilir. Tədbirə hazırlıq çərçivəsində qonaqların yerləşdiriləcəyi otellərin qida bloklarında qiymətləndirmələr aparılıb. Yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlarla bağlı obyektlərə icrası məcburi göstərişlər verilib və metodiki dəstək göstərilib. Təkrar qiymətləndirmələr nəticəsində nöqsanların aradan qaldırıldığı müəyyən edilib. Bununla yanaşı, şəhər mərkəzində və otellərə yaxın ərazilərdə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində, eləcə də iri ticarət mərkəzlərində ümumilikdə 300-ə yaxın obyektdə monitorinq aparılıb. Həmin müəssisələrdə sağlamlaşdırma tədbirləri həyata keçirilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, mediada “Alp Delux” şadlıq evində yoxlama aparılmaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisinin xaricdən keçə biləcək xüsusi təhlükəli xəstəliklərdən qorunması məqsədilə sərhəd-keçid məntəqələrində nəzarət tədbirləri həyata keçirir.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağcabədi rayonu, B.Sərdarov küçəsi ünvanında fəaliyyət göstərən sahibkar Quliyev Pərviz Əlayiq oğluna məxsus “7 Gözəl ” şadlıq evində yoxlama həyata keçirilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idmançılar və gənclər arasında sağlam, təhlükəsiz qidalanma vərdişlərinin formalaşdırılması, idman qidaları və bioloji aktiv qida məhsullarının düzgün istifadəsinin təşviqi məqsədilə “Doğru seçim, yüksək nəticə” adlı yeni maarifləndirici layihəyə start verib.
Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 40 ünvanında fəaliyyət göstərən “Hayal Kahvesi” MMC-yə məxsus “Hayal Kahvesi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Yoxlama zamanı yararlılıq müddəti bitmiş müxtəlif növ qida məhsulları (xardal, bəkməz, sous, sirop, əriştə, maya və sair), həmçinin qanunvericiliyə uyğun etiketlənməyən və müşayiətedici sənədləri olmayan pendir aşkarlanıb. Eyni zamanda obyektdə mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı, anbar sahəsində rəflərin yuyulabilən və gigiyenik materialdan təşkil olunmadığı və digər tələblərin pozulduğu müəyyən edilib. Obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız qida məhsulları dövriyyədən çıxarılaraq məhv edilib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi, ev 2403, m.33F ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mehdiyev Mahir Rauf oğluna məxsus “Alp Delux” şadlıq evində yoxlama keçirib.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Lənkəran rayonu, Şiləvar kəndində fəaliyyət göstərən vəzifəli şəxs Nəsirov Cavid Aydın oğluna məxsus ərzaq mağazasında plandankənar yoxlama keçirilib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Goranboy rayonu, Düzqışlaq kəndində fəaliyyət göstərən, Verdiyev Azər Nəriman oğluna məxsus “Eşqin” şadlıq sarayında yoxlama keçirib. Baxış zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Giriş