
23-24 oktyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Ağcabədi, Masallı, Tovuz rayonlarında fəaliyyət göstərən 12 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

Bakı şəhəri, Nəsimi rayonu, A.Puşkin küçəsi, ev 13 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mehdiyev Ramal Rivan oğluna məxsus “Puşkin” restoranında antisanitar vəziyyətlə bağlı daxil olmuş məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Nəzarət tədbirləri çərçivəsində Gəncə şəhəri, N.Nərimanov küçəsi, ev 360A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ələsgərova Xatirə Şərif qızına məxsus çörək istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.

Daxil olan məlumat əsasında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında fəaliyyət göstərən, “İmpeks-Musa” MMC-yə məxsus “Şah İnn” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

19-20 oktyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Abşeron, Lənkəran, Xaçmaz, Qax rayonlarında fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

Nəzarət tədbirləri çərçivəsində Gəncə şəhərində fəaliyyət göstərən “Ballı” şirniyyat istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.

19 oktyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 8 ticarət müəssisəsi, o cümlədən 1 aptek və 14 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 13 müəssisədə nöqsanlar müəyyən olunub.

Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Quliyeva Ruhiyyə Calal qızına məxsus unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində Agentlik əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin, sanitariya norma və qaydalarının pozulduğu məlum olub.

18 oktyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 6 ticarət müəssisəsi və 3 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 6 müəssisədə nöqsanlar müəyyən olunub.

17-18 oktyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Şamaxı, Masallı, Qazax rayonlarında fəaliyyət göstərən 14 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

17 oktyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 7 ticarət müəssisəsi, o cümlədən 2 aptek və 11 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 14 müəssisədə nöqsanlar müəyyən olunub.

5-16 oktyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 83 ticarət müəssisəsi, o cümlədən 2 aptek və 50 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 69 müəssisədə nöqsanlar müəyyən olunub.