8 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
28 İyul 2023 17:51
![8 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub](https://afsa.gov.az/resized/resize649/center/pages/6988/26-27.jpg)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
26-27 iyul tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 6 ticarət müəssisəsi, o cümlədən 7 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 8 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 1, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 5, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 5, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq ilə bağlı 2 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
1 |
"Gold Əminə" hipermarket |
Gəncə şəhəri, 3-cü mikrorayon, Xətai pr. 25A |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
İctimai iaşə müəssisələri |
|||
2 |
"Fish home" restoranı |
Binəqədi rayonu, N.Nərimanov küçəsi, ev 15F |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
3 |
"Papaq lounge" kafesi |
Nəsimi rayonu, Vaqif prospekti, ev 53C |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
4 |
"Nicat" yeməkxanası |
Lənkəran rayonu, Bürcəli kəndi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
5 |
"Şəlalə" restoranı |
Lənkəran rayonu, Hirkan kəndi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
6 |
"Şuşa Qalası" restoranı |
Nizami rayonu, M.Əliyev küçəsi, 2404-cü məhəllə, ev 17C |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
7 |
"Zil" restoranı |
Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 58C |
Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq |
8 |
"Alça bağı" restoranı |
Cəlilabad şəhəri ,Qurtuluş prospekti |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
Oxşar xəbərlər
![Ticarət şəbəkələrində satışda olan dondurmalarla bağlı nəzarət tədbirləri davam edir](https://afsa.gov.az/resized/resize224/center/pages/9344/1.jpg)
Ticarət şəbəkələrində satışda olan dondurmalarla bağlı nəzarət tədbirləri davam edir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhəri daxil olmaqla, respublikanın bütün regionlarında ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinqləri davam etdirir.
![Bakıda fəaliyyət göstərən süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9343/whatsapp-image-2024-07-18-at-151942.jpg)
Bakıda fəaliyyət göstərən süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 18 Oktyabr küçəsi 37 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Cəfərov Əli Telman oğluna məxsus süd məhsullarının emalı müəssisəsində plandankənar yoxlama keçirib.
![Bakıda fəaliyyət göstərən iaşə obyektində bir sıra nöqsanlar aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9342/whatsapp-image-2024-07-18-at-150502.jpg)
Bakıda fəaliyyət göstərən iaşə obyektində bir sıra nöqsanlar aşkarlanıb
Media vasitələrində yayılmış video görüntülər əsasında Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 9 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əsədova İlhamə Zəkaray qızına məxsus “Təndir N1” iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən olunub.