ABŞ-da Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
13 Noyabr 2019 15:40
Noyabrın 6-dan 8-dək ABŞ-da Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib. Forumda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin və Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları iştirak ediblər.
Forumun məqsədi ABŞ-ın iri kənd təsərrüfatı ştatlarından olan Oklahomanın aqrar sahədə fəaliyyət göstərən iş adamları ilə Azərbaycanın sahibkar və fermerləri arasında əməkdaşlıq, idxal-ixrac potensialının artırılması, heyvandarlığın inkişafı, orta və iri fermer təsərrüfatlarının idarə olunması, məhsuldarlığın artırılması ilə bağlı tətbiq edilən yeni metodlarla tanışlıq, dənli və dənli-paxlalı bitkilərin müasir üsullarla becərilməsi məsələlərini müzakirə etməkdən ibarət olub.
Forum çərçivəsində Agentlik əməkdaşları bir sıra işgüzar görüşlər keçiriblər. Belə ki, peşəkar aqrobiznes rəhbərləri ilə keçirilən görüşlərdə AQTA-nın fəaliyyəti, qida təhlükəsizliyinin təmin olunması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərlə bağlı məlumat verilib, qida təhlükəsizliyinin müxtəlif sahələrinə qarşılıqlı investisiyaların qoyulması və təcrübə mübadiləsinə şəraitin yaradılması, Oklahoma ştatında təsərrüfatların idarə olunması, tənzimlənməsi və inkişaf etdirilməsi üçün tətbiq olunan qaydalar, potensial quruculuq işləri barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda, heyvanların identifikasiya sisteminin öyrənilməsi, laboratoriya analizlərinin, elmi tədqiqatların aparılması, idxal-ixrac imkanlarının nəzərdən keçirilməsi, müştərək təlim-tədris proqramlarının hazırlanması ilə bağlı müzakirələr aparılıb.
Forumun “Laboratoriyalar və heyvanların identifikasiyası, qeydiyyatı sistemi, bu sistemin heyvan sağlamlığının təmin edilməsində rolu” sessiyasında Agentlik əməkdaşı çıxış edib, ölkəmizdə bu sahədə görülən işlər, həyata keçirilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib, sualları cavablandırıb.
Forum çərçivəsində Oklahoma Dövlət Universitetinin rəhbərliyi ilə də görüş keçirilib və əməkdaşlıq imkanları barədə ətraflı məlumat verilib.
Oxşar xəbərlər
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
AQTA heyvan kəsimi məntəqələrində sağlamlaşdırma işləri aparır
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan kəsimi məntəqələrində aparılan son monitorinqlər zamanı müəyyən edilmiş sanitar-gigiyenik və sanitar-texniki nöqsanların aradan qaldırılması ilə bağlı sahibkarlara müvafiq göstərişlər verilib. Qısa müddət ərzində məntəqələrdə zəruri sağlamlaşdırma işləri aparılıb, aşkar edilmiş nöqsanlar aradan qaldırılıb və obyektlərin normativ tələblərə uyğunlaşdırılması təmin edilib. Sağlamlaşdırma işləri aparılan məntəqələr aşağıdakılardır: • Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 56; • Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 63, 2403-cü məhəllə; • Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ ərazisi.
Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək – Dövlət Proqramı
Prezidentin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi və məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi nəzərdə tutulur. Prosesin icrası ilə heyvan sağlamlığına nəzarət gücləndiriləcək və heyvan mənşəli məhsulların izlənilməsi təmin olunacaq. Bu çərçivədə heyvan sahibləri və fermerlər identikləşdirilmə prosesinin vacibliyi və tələbləri barədə məlumatlandırılacaq, müvafiq təlimlər keçiriləcək. Dövlət Proqramında heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı rəqəmsal imkanların inkişafına da xüsusi diqqət yetirilir. Sənəddə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılmasının heyvan sağlamlığı və biotəhlükəsizliyin təmin olunması baxımından əhəmiyyəti vurğulanır. Sistem heyvanların düzgün qeydiyyatını, sağlamlıq vəziyyətinin izlənilməsini və müvafiq tədbirlərin vaxtında həyata keçirilməsini dəstəkləyir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş