AQTA 2019-2020-ci tədris ili üçün “Sağlam məktəbli” layihəsinə start verib
27 Sentyabr 2019 16:57
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı şəhəri və regionlarda yerləşən ümumtəhsil məktəblərində maarifləndirmə tədbirlərinə yenidən başlayıb. Yeni tədris ilində ilk görüşlər Gəncə şəhəri Nizami Aydın adına 18 nömrəli tam orta məktəb və Mingəçevir şəhəri Texniki Humanitar liseyin şagirdləri ilə keçirilib.
Tədbirdə şagirdlərə layihə və Agentliyin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib, onlara Agentliyin hazırladığı sosial videoçarxlar təqdim edilib. Daha sonra Agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, qida məhsullarında etiket məlumatları, “Fast food”un zərərləri, süd və süd məhsullarının faydaları barədə ətraflı məlumat verilib. Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onlara sağlam qidalanma ilə əlaqədar maarifləndirici materiallar paylanılıb.
Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin bu tədris ilində də bütün bölgələrdə keçirilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Heyvan kəsimi məntəqələrində hansı tələblərə əməl olunmalıdır?
Heyvan mənşəli qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi üçün heyvan kəsimi yalnız baytarlıq-sanitariya və qida təhlükəsizliyi tələblərinə cavab verən kəsim məntəqələrində həyata keçirilməlidir. Kəsim məntəqələrində istehsal prosesinin təhlükəsiz və gigiyenik şəkildə təşkili üçün “çirkli” və “təmiz” zonalar ayrılmalı, heyvanların kəsimdən əvvəl saxlanılması, kəsim, ətin emalı, qablaşdırılması və soyudulması üçün zəruri sahələrin olması vacibdir.
AQTA, Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatı
Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi ilə bağlı ilkin epidemioloji araşdırmalara əsasən xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təması müəyyən edilib. Xəstəliyə şübhəli olan ilk şəxsdən götürülmüş müayinə materialının laborator müayinəsi nəticəsində “qarayara xəstəliyi” diaqnozu təsdiq edilmişdir. Hazırda təmasda olan şəxslər müəyyənləşdirilmış, tibbi müşahidəyə cəlb edilmiş və hər hansı dəri yarası olan şəxslərdən laborator müayinələrin aparılması üçün nümunələr toplanılmışdır. Xəstə heyvanla təmasda olan 9 nəfər şəxs aşkarlanaraq Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilmişdir. Xəstəliklə təmasda olan şəxslər əsasən Samux rayon sakinləridir. Sözügedən şəxslərdən laborator müayinə üçün nümunələr toplanmış və Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilmişdir.
Ağdaş heyvan satışı bazarı fəaliyyətə başlayıb
Ağdaş rayonunda yerləşən iri və xırdabuynuzlu heyvan satışı bazarı fəaliyyətini bərpa edib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qiymətləndirilməsindən sonra müasir baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun yenidən təşkil olunub. Bazarda baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb, kliniki baxış platforması, dezbaryerlər, izolyatorlar, heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar quraşdırılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş