AQTA antisanitar şəraitdə fəaliyyət göstərən alkoqolsuz içkilər istehsal edən müəssisə aşkarladı
5 Dekabr 2019 17:20
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Daxil olan məlumat əsasında Agentliyin əməkdaşları Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı şossesində fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı ilə məşğul olan “DMC KOMPANİ” MMC-yə məxsus sexdə yoxlama keçiriblər. Yoxlama zamanı antisanitar vəziyyətdə fəaliyyət göstərən sexdə sanitariya norma və qaydalarının kobud şəkildə pozulduğu, qida təhlükəsizliyi sahəsində texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb. Məlum olub ki, müəssisə tərəfindən istifadə olunan xammalların, suyun və hazır məhsulların təhlükəsizlik göstəriciləri müayinə olunmadan satışa verilir.
Eyni zamanda küçələrdən, şadlıq evlərindən digər istehsalçılara məxsus, istifadə edilmiş şüşə butulkalar yığılaraq texnoloji prosesə, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyularaq, dezinfeksiya olunmadan təkrar istifadə edilir. Müəyyən edilib ki, müəssisədə dezinfeksiya, dezinseksiya, deratizasiya işləri aparılmır. Məhsul istehsalında istifadə olunan xammal və köməkçi materiallar düzgün şəraitdə saxlanılmır.
Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan (“Vita friut” nişanlı düses alkoqolsuz içki, “Vita fruit” nişanlı şaftalı nektarı, “Aqua Light” nişanlı qazsız su) götürülən nümunələr müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş