AQTA-da heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlarla növbəti görüş keçirilib
17 Yanvar 2019 00:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüş keçirilib.
“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli 199 saylı Sərəncamın icrasının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələrə həsr olunan görüşdə ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi kimi məsələlər diqqət mərkəzində olub. Heyvan kəsimi və satışı sahəsində işin daha səmərəli təşkil olunması və istehlakçı hüquqlarının qorunması istiqamətində müvafiq tövsiyələr verilib. Bildirilib ki, ət və ət məhsulları sahəsində vətəndaşların və heyvan satışı ilə məşğul olan müəssisələrin təlabatını ödəmək üçün kəsim məntəqələri fəaliyyətlərini daha səmərəli və şəffaf şəkildə həyata keçirməlidir.
Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rəşad Mafusov heyvan kəsimi ilə məşğul olan sahibkarların qarşılaşdıqları problemləri dinləyib, onların həlli yolları barədə fikir mübadiləsi aparıb, sahibkarları maraqlandıran suallara cavab verib. R. Mafusov bildirib ki, ət məhsulları sahəsində sağlam mühitin formalaşdırılması üçün heyvan kəsimi standartlara uyğun şəkildə həyata keçirilməli və yalnız müəyyən laborator müayinələrdən sonra həmin məhsulların istehlakçılara çatdırılması təmin olunmalıdır.
R. Mafusov sahibkarların diqqətinə çatdırıb ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu istiqamətdə fəaliyyət göstərən subyektlər üçün lazım olan bütün köməkliklər, maarifləndirmə və tövsiyə xarakterli yardımlar həyata keçiriləcəkdir.
Sonda heyvan kəsimi ilə məşğul olan sahibkarlar onları narahat edən məsələlər barədə danışaraq öz fikir və təkliflərini diqqətə çatdırıblar.
Oxşar xəbərlər
Heyvanların identifikasiyası ilə bağlı Litva və Latviya təcrübəsi araşdırılır
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Litva və Latviya respublikalarında səfərdə olub. Səfər çərçivəsində Litvanın Vilnüs və Latviyanın Riqa şəhərlərində kənd təsərrüfatı nazirlikləri, Dövlət Qida və Baytarlıq Xidməti, Kənd Təsərrüfatı Məlumat Mərkəzi və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirilib. Görüşlərdə heyvanların fərdi identifikasiyası və elektron qeydiyyatı, məlumat bazalarının idarə olunması, digər informasiya sistemləri ilə inteqrasiya, heyvanların hərəkətinin izlənilməsi, eləcə də Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) rəqəmsal infrastrukturunun inkişafı məsələləri müzakirə olunub, bu sahələrdə təcrübə mübadiləsi aparılıb. Qeyd edək ki, Litva və Latviyanın qabaqcıl təcrübəsinin öyrənilməsi HİQS-in müasir rəqəmsal həllər əsasında təkmilləşdirilməsinə, heyvan sağlamlığına nəzarətin və qida təhlükəsizliyinin daha da gücləndirilməsinə töhfə verəcək.
Atçılıq təsərrüfatlarında və fərdi qaydada saxlanılan təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə Bakı şəhəri və Abşeron rayonunda təkdırnaqlı heyvanlar arasında 16–20 noyabr tarixlərində epizootoloji monitorinq keçiriləcək. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının beynəlxalq tələbləri nəzərə alınmaqla təşkil olunan tədbirlərin keçirilməsində əsas məqsəd epizootoloji nəzarətdə olan atçılıq təsərrüfatlarının formalaşdırılması, biotəhlükəsizliyin gücləndirilməsi və atların sağlamlığına davamlı nəzarətin təmin edilməsidir. Bu tədbirlər idman və seleksiya məqsədli atların qlobal ticarətini, beynəlxalq hərəkətini və xarici yarışlarda iştirak imkanlarını genişləndirməyə, həmçinin ölkəmizdə dünya səviyyəli turnirlərin təşkilinə xidmət edir. Monitorinq zamanı beynəlxalq ekspertlər tərəfindən müəyyən edilmiş inzibati ərazilərdə yerləşən atçılıq təsərrüfatlarında və fərdi qaydada saxlanılan təkdırnaqlı heyvanlar arasında Yapon ensefaliti, atların Afrika taun xəstəliyi, virus arteriti, infeksion anemiyası və digər xəstəliklər üzrə klinik müayinələr aparılacaq. Götürülmüş diaqnostik nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına təqdim ediləcək. Eyni zamanda, təsərrüfatların baytarlıq-sanitariya vəziyyəti qiymətləndiriləcək, heyvan sahibləri arasında maarifləndirmə işləri aparılacaq. Toplanmış epizootoloji məlumatlar “Epicollect 5” rəqəmsal platforma vasitəsilə təhlil edilərək növbəti tədbirlər planlaşdırılacaqdır.
Quş qripi və Nyukasl xəstəliklərinə qarşı epizootoloji monitorinq keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə vəhşi və ev quşları üzrə quş qripi və Nyukasl xəstəliklərinə qarşı 2−6 noyabr tarixlərində növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, respublika ərazisində risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonaları və digər ərazilərini əhatə edəcək. Monitorinq çərçivəsində ümumi baxış keçiriləcək və xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq. Eyni zamanda, sənaye əsaslı müxtəlif quşçuluq müəssisələrində, rayon və şəhərlərdəki ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinələrin aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə, ölkə üzrə quşçuluq müəssisələrinə, fərdi təsərrüfatlara, su hövzələrinə və parklara baxış keçirilməklə, baytarlıq norma və qaydalarına ciddi əməl olunması üçün maarifləndirmə-təbliğat tədbirləri də həyata keçiriləcək. Tədbirlər müddətində götürülmüş nümunələrin müvafiq müayinələri aparılacaqdır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Azərbaycan və Gürcüstan arasında bitki karantini və baytarlıq sahələrində əməkdaşlıq üzrə iki Anlaşma Memorandumu imzalanıb
Giriş